Icma.az
close
up
RU
“Zəngilan Azərbaycanın yaşıl enerji və nəqliyyat mərkəzinə çevrilir” DEPUTAT

“Zəngilan Azərbaycanın yaşıl enerji və nəqliyyat mərkəzinə çevrilir” DEPUTAT

Icma.az bildirir, Gununsesi portalına istinadən.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Zəngilan şəhəri və rayonu 27 ildən artıq müddət ərzində nəzarətsiz qalmışdır. Soydaşlarımızın Ermənistanın etnik təmizlənmə siyasətinin qurbanı olmuşdu.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi və 2023-cü ildə “Dövlət Suverenliyinin Tam Bərpası Əməliyyatı” zamanı ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Vətən Müharibəsində, 20 oktyabr tarixində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğaldan azad edildi. 23 dekabr 2020-ci il tarixində bayrağımız Zəngilan rayonunda dalğalandı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu, bölgənin tarixi və coğrafi əhəmiyyətini bir daha ortaya qoydu. 20 oktyabr Zəngilan şəhərinin işğaldan azad edilməsi günü kimi qeyd edilir. Zəngilan məcazi mənada desək, Zəngəzura giriş qapısıdır. Bu rayon coğrafi cəhətdən çox əhəmiyyətli strateji ərazidir. Belə ki, TRİPP yolundan keçəcək dəmiryolu xətti Zəngilandan da keçəcək, beləliklə də, rayonun nəqliyyat infrastrukturuna töhfə verilmiş olacaq.

Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. İlk pilot layihə çərçivəsində Ağalı kəndində 200 evdən ibarət kənd salınmışdır. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Burada məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Ağalı kəndi ağıllı kənd konsepsiyasının ilk dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. “Ağıllı kənd” layihələri, kənd təsərrüfatı inkişafı, ekoloji tarazlığın qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə atılan addımlar arasında yer alır. Zəngilanın günəş enerjisi potensialı, bu bölgəni “yaşıl enerji” zonasına çevirmək məqsədini güdür.

Zəngilan şəhərində və kəndlərində elektrik, su, qaz, rabitə kimi əsas infrastrukturlar sıfırdan qurulmağa başlanmışdır. Yeni avtomobil yolları, körpülər və dəmir yolu xətləri inşa olunur, xüsusilə Horadiz–Zəngilan dəmir yolu xətti layihəsi həyata keçirilir. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci ilin oktyabrında istifadəyə verildi. Bu hava limanı regionun inkişafı və logistik əhəmiyyət baxımından vacib addımdır.

Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışır.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. 2020-ci ilin 20 oktyabrı Zəngilan əhalisi üçün tarixə ümid və qürur günü kimi yazıldı. Bu xoş günlər, xalqla dövlətin birliyinin, səbir və iradənin təntənəsidir. Allah bu günü bizə yaşadan şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı versin!

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri