Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Tapılan əşyaya sahib çıxa bilərikmi? Hüquqşünasdan açıqlama

Tapılan əşyaya sahib çıxa bilərikmi? Hüquqşünasdan açıqlama

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tapıntı sözü Azərbaycan dilində “tapılan şey” mənasını ifadə edir. Hüquqi nöqteyi-nəzərdən yanaşdıqda isə, bu termin mülki hüquq institutu olmaqla o, sahibsiz əmlakın bir növu hesab olunur.

Hüquq ədəbiyyatında tapıntı termini dedikdə, itirilmə nəticəsində əşyanın mülkiyyətçisinin və ya ona sahiblik hüququ olan digər səlahiyyətli şəxslərin iradəsindən asılı olmadan onların sahibliyindən çıxan və hər hansı bir şəxs tərəfindən aşkar edilən əşya başa düşülür”

Bunu Moderator.az-a hüquqşünas Yunis Xəlilov deyib.

Hüquqşünasın sözlərinə görə, tapıntı mülkiyyətçisinin və ya sahibliyi həyata keçirən digər şəxslərin itirdiyi, hər hansı bir digər şəxsin tapdığı əşyadır:

“Buradan isə aydın olur ki, əşyanın mülkiyyətçi tərəfindən itirilməsi və onun başqa bir şəxs tərəfindən tapılması təsadüfilik əlaməti ilə xarakterizə olunur. Yəni bu zaman sahibi əşyanı istəmədən təsadüfi şəkildə itirir və digər şəxs həmin itirilmiş əşyanı təsadüfən tapır. Belə olduqda isə, təbii ki, əsl mülkiyyətçi və əşyanı tapan şəxs qabaqcadan düşünülmüş şəkildə heç bir niyyət güdmür və şüurlu olaraq bilərəkdən qəsdən edilən hər hansı hərəkətlər edilmir. 

Məhz yuxarıda dediklərimiz “imtina edilmiş əşya” ilə “itirilmiş əşya”nın hüquqi rejimlərini fərqləndirməyə əsas verir. Belə ki, imtina edilmiş əşya mülkiyyətçinin mülkiyyətindən onun öz iradəsi ilə çıxdığı halda, itirilmiş əşya onun iradəsindən asılı olmayaraq onun mülkiyyətindən çıxır.

İtirilmiş əşyanı tapan şəxsin avtomatik olaraq həmin əşyanın mülkiyyətçisinə çevrilməsinin ən azı ədalətsizlik və haqsızlıq olmasını düşünmək üçün isə hüquqşünas olmağa ehtiyac yoxdur. Lakin tapıntı ilə bağlı məsələnin hüquqi tənzimlənməsi zərurətdən qaynaqlanır. Çünki əşyanın tapılması, onun geri qaytarılmasının ümumməcburi qaydalarının olmasına həqiqətən ehtiyac vardır. Əvvəldə də qeyd etdiyimiz kimi, tapıntı mülki hüquq institutudur və ölkəmizdə onun hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 186-cı maddəsi ilə nizama salınır. Analoji müddəalar digər dövlətlərin mülki qanunveriviliyində də vardır. Məsələn, Almaniya Mülki Qanunnaməsinin 973-cü paraqrafı, Yaponiya Mülki Məcəlləsinin 240-cı maddəsi birbaşa tapıntının hüquqi rejiminə həsr olunmuşdur. Tapıntı ilə bağlı münasibətləri tənzimləyən oxşar maddələrə İtaliya və İsveçrənin qanunvericiliyində də rast gəlmək olar.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə gəlincə, onun 186-cı maddəsinin birinci hissəsində deyilir ki, “İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir”.

Həmin maddənin ikinci hissəsinə görə əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra TAPINTIYA MÜLKİYYƏT HÜQUQU ƏLDƏ EDİR. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir”.

Hüquqşünas qeyd edib ki,  bu maddədən birmənalı şəkildə başa düşülür ki, qanunvericilik itirilmiş əşyanın onu tapan şəxsin mülkiyyətinə keçməsini müddətlə əlaqələndirmişdir:

“Belə ki, bir illik müddətdən sonra əşya onu tapanın xüsusi mülkiyyətinə keçir, belə olduqda isə əşyanı itirmiş əsl mülkiyyətçinin isə mülkiyyət hüququ xətm olunur.

İtaliya dövlətinin paralel mövqeyinə nəzər salsaq görərik ki, bu ölkənin mülki qanunvericiliyinə görə itmiş əşyanı tapan şəxs bu barədə mətbuatda məlumat verməlidir. Məlumat dərc edildiyi vaxtdan bir il müddətində əşyanı itirən şəxs, yəni mülkiyyətçi tapılmadıqda, həmin əşya onu tapan şəxsin mülkiyyətinə keçir.

Mülki Məcəllənin sözügedən madddəsinin üçüncü hissəsində isə göstərilir ki, səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.

Müqayisə üçün qeyd edək ki, ölkəmizin keçmiş mülki qanunvericiliyindən fərqli olaraq hazırda qüvvədə olan Mülki Məcəllə itmiş əşyanı tapana ixtiyar verir ki, o, əşyanı qaytararkən həmin əşyanı qəbul etmək səlahiyyəti olan şəxsdən (əşyanı itirmiş mülkiyyətçidən, əşyaya sahiblik hüququ olan şəxsdən və s.) mükafat tələb etsin.

Yuxarıda da qeyd etdiyimiz kimi mülki məcəllə mükafatın, yaxud da qanunvericiliyin dili ilə desək, bəxşişin məbləğıni tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda nəzərdə tutur. Maraqlıdır ki, Yaponiya mülki qanunvericiliyinə görə pul mükafatının məbləği əşyanın dəyərinin 5 faizindən 20 faizinədək müəyyən olunur.

Bundan başqa, mülki qanunvericiliyimizin mövqeyinə görə əşyanı tapan şəxs səlahiyyətli şəxsdən digər xərclərin ödənilməsini də tələb etmək hüququna malikdir. Belə xərclərə adətən, əşyanın səlahiyyətli şəxsin olduğu yerdə təhvil verilməsi ilə əlaqədar olan xərcləri (yol pulu, daşıma haqqı və s.), əşyanın saxlanılmasına çəkilən xərcləri (məsələn, tutaq ki, tapıntı heyvan olarsa, onun yemlənməsinə və ya baytar müayinəsinə çəkilən xərclər), səlahiyyətli şəxsin axtarışı ilə bağlı olan xərcləri aid etmək olar”.

Yunis Xəlilov sonda əlavə edib  edib ki, Mülki Məcəllənin 186-cı maddəsinin dördüncü hissəsinə əsasən əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər:

“Adıçəkilən maddənin beşinci hissəsində isə bildirilir ki, əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.

Beləliklə, tapıntı ilə bağlı mülki hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-cı maddəsində itirilmiş əşyanın tapılması nəticəsində yaranan hüquq və vəzifələrin olduğunu görürük”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:515
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri