“Tapşırdılar ki, itməyini heç kim bilməsin” VİDEO KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdaşda 28 yaşlı rayon sakini Söygülü Yusibova fevralın 6-da evdən çıxıb və geri qayıtmayıb.
KONKRET.az xəbər verir ki, yaxınları onu axtarmağa başlasalar da, axtarışlar heç bir nəticə verməyib.
“Qayınatası ilə baldızı gəldi ki, qızın yoxdur, sizə gəlməyib? Sonra da tapşırdılar ki, itməyini heç kim bilməsin. Qızımın nə ölüsü, nə də dirisi var”, – deyə itkin düşən qadının anası Zemfira Kərimova Baku TV-yə açıqlamasında bildirib.
Qeyd edək ki, Söygülü Yusibova 2015-ci ildən Ağdaş rayon sakini Ruslan Yusibovla ailəlidir və onların bu evlilikdən iki qız övladı var. Hazırda Söygülü Yusibovanın axtarışları davam etdirilir.
Baxış sayı:94
Bu xəbər 05 Aprel 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















