Tarasov: “Əliyev ustalıqla oynayır və istədiyinə nail olur”
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
“ABŞ-ın Avropadakı ordusunu Ermənistana köçürməsi Ermənistanın düşdüyü vəziyyəti daha da çətinləşdirə bilər”. Tribunainfo.az bildirir ki, bunu rus ekspert Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, ABŞ ordusunun Ermənistana transferi sülh müqaviləsinin imzalanmasına kömək etməyəcək.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev eyni anda bir neçə lövhədə ustalıqla oynayır. “Əliyev öz döyüşkən siyasətinə dünyanın dəstəyini almağa çalışır. Bununla da ölkəsinin marağını önə çəkərək, istədiyinə nail olmaq istəyir”.
Tarasov deyib ki, hazırkı məqamda Cənubi Qafqazda hərbi eskalasiya üçün real ilkin şərtlərin olduğuna inanmır. “Kənar dəstək olmasa, münaqişənin gərginləşməsi mümkün deyil. Türkiyə buna hazır deyil. İran belə bir addım atmayacaq. Rusiya və ABŞ-ın buna vaxtı yoxdur. Avropa isə zəifləyib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Mart 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















