Icma.az
close
up
RU
“Tarif müharibəsi” dolları ucuzlaşdırır? Manatın aqibəti isə...

“Tarif müharibəsi” dolları ucuzlaşdırır? Manatın aqibəti isə...

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər ABŞ və Çin arasıda iqtisadi cəhətdən ciddi gərginlik yaşanır. 

ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara gömrük rüsumlarını 34 faizə qaldırması ilə tərəflər arasında “ticarət müharibəsi”nin təməli atılıb. Ardınca rəsmi Pekin də ABŞ-dən Çinə idxal olunan məhsullar üçün tarifləri 34 faizə yüksəltdi. Lakin Tramp Çinin bu həmləsinə də anında cavab verərək sözügedən gömrük rüsumlarını 104 faizə qaldırdı. Çin isə öz növbəsində bu rüsumların 84 faizə qədər artırdığını elan etdi. Ancaq son məlumatlara əsasən, Pekin hökuməti ABŞ-dən idxal olunan məhsullar üçün tarifləri 125 faizə qədər qaldıracaq. Rəsmi Vaşinqtonun da buna qarşı yeni astronomik tarif təyin edəcəyi proqnozlaşdırılır. 

Maraqlıdır, Çin-ABŞ qarşıdurması fonunda dollar ucuzlaşa bilərmi?

Bunun manata hansısa təsiri olacaq? Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, əslində dollar dünən xeyli dərəcədə ucuzlaşdı: 

“Ancaq nə qədər qəribə səslənsə də, bu, ABŞ üçün pis üçün deyil. ABŞ-nin indiki iqtisadi komandası əvvəllərdə də dəfələrlə elan etmişdi ki, dollar indeksinin aşağı çəkilməsində və onun digər valyutalara qarşı ucuzlaşmasında maraqlıdır. Çünki dollar indeksi aşağı çəkildikcə ABŞ-də həm istehsal, həm də ixracat daha çox stimullaşacaq. Yəni digər valyutalar qarşısında üstünlük qazanacaqlar. Ona görə də rəsmi Vaşinqton dolların ucuzlaşmasını ciddi problem kimi görmür. Ümumiyyətlə, istehsalı və ixracı güclü olan ölkələrdə valyutaların ucuzlaşması problem yaratmır”. 

O bildirib ki, idxaldan çox asılı olan ölkələrdə bu hal problemə səbəb olur:

“Məsələn, Azərbaycanda manatın dəyərdən düşməsi həmişə problem yaradır. Biz idxaldan çox asılı olduğumuz üçün manat ucuzlaşan kimi inflyasiya sürətlə artır. ABŞ-də isə elə deyil. Əksinə, dollar nə qədər çox dəyərdən düşürsə, ABŞ iqtisadiyyatı üçün bir o qədər çox stimullaşdırıcı effekt yaranır”. 

Ekspert hesab edir ki, ABŞ və Çin arasındakı “tarif müharibəsi” uzunmüddətli olmayacaq: “Sadəcə olaraq ABŞ Prezidenti Donald Tramp tariflər vasitəsi ilə Çini danışıqlar mərhələsinə hazırlamaq istəyir. 

Üstəlik, bu yolla danışıqlar zamanı ölkəsinə lazım olan güzəştləri qoparmağa çalışır. Çox güman ki, yaxın zamanda Pekin və Vaşinqton arasında danışıqlar masası qurulacaq. Çünki tərəflərin qarşılıqlı asılılıqları həddindən artıq yüksəkdir. Qarşılıqlı ticarət dövriyyələri təxminən 650-700 milyard dollara yaxındır. Düzdür, Çinin daha çox ixrac etdiyi üçün üstünlüyü var. Amma ABŞ də premium bazar olduğuna görə Çin onu əldən buraxmaq istəmir. Bəlkə də artıq tərəflər arasında gizli danışıqlar gedir. Mənim ehtimalıma görə, bazar ertəsinə qədər bu məsələ həll olunacaq. İndiki vəziyyətdə ABŞ ilə Çin arasında uzunmüddətli qarşıdurma olacağını da zənn etmirəm. Çünki şənbə-bazar dünya birjaları işləmir. 

Həftəsonu aparılacaq danışıqların müsbət və ya mənfi nəticəsi birjalarda çox ciddi dalğalanmalara səbəb olacaq. Ona görə də çox güman ki, istirahət günlərində danışıqlar yekunlaşacaq və bu, bazar günü birjalar açılanda elan olunacaq”. Natiq Cəfərli dollar ucuzlaşacağı təqdirdə, manatı hansı aqibətin gözləyəcəyi barədə də danışıb: 

“Əslində, “üzən məzənnə” rejimi olan ölkələrdə dolların ucuzlaşması valyutalara təsir edir. Lakin Azərbaycanda  məzənnə inzibatidir. Yəni dolların dünya biralarında ucuzlaşması qətiyyən birbaşa olaraq ölkəmizə təsir etmir. Çünki bizdə məzənnə inzibati qaydada müəyyənləşir. Azərbaycanda manatın gələcək taleyi ilə bağlı hansısa qərar veriləcəksə, o zaman neft qiymətlərinə, daxildəki ticarət balansına və iqtisadi paradiqmaya görə qərar veriləcək. Manatın dünya birjalarında neft qiymətlərindən başqa bağlantısı yoxdur”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: ABŞÇİn Natiq Cəfərlitarif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri