Icma.az
close
up
RU
Tarif Şurasına heç kim müraciət etmir ki, bu ətin qiyməti qalxır, niyə? Mən 5 min qazanıram, çətinlik çəkirəm

Tarif Şurasına heç kim müraciət etmir ki, bu ətin qiyməti qalxır, niyə? Mən 5 min qazanıram, çətinlik çəkirəm

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

”Ölkədə bahalaşma gedir. Ətin qiyməti qalxıb. O qalxır, bu qalxır. Tarif Şurasına heç kim müraciət etmir ki, bu ətin qiyməti qalxır, niyə? (Qeyd: Ətin qiymətinə Tarif Şurası baxmır -redaksiya düzəlişi) Yaxşı, otun, yemin qiyməti bahalaşıb. O zaman onun qiyməti niyə artıb? Ölkədə nəyinsə qiyməti qalxırsa, deməli, devalvasiya olur. Ölkəyə gətirilən nə varsa, hamısında bahalaşma görünür. Benzin qalxırsa, yenə bahalaşma gedir. Benzin qalxan kimi, dayanacağın qabağında soğan-kartof satanlar da qiyməti anındaca artırır. Deyəndə cavab verirlər ki, bura benzinlə gətirirəm”.

Gununsesi.info-nun xəbərinə görə bu, sözləri aktyor Sərxan Kərəmoğlu deyib. O, ölkədəki qiymət artımından şikayətçi olduğunu dilə gətirib:

“Vətəndaş olaraq filankəs efirdə bunu dedi dərdi çəkirik. Ən böyük dərdimiz bu gün efirdə olan aparıcıları birinci dərəcədə yıxıb-sürüməkdir. Bizim böyük problemimiz kim-kimdən inciyib, onu niyə reklam edirsiniz, başlayırlar onu vurmağa. Səhvsiz bir Allahdır. Hər bir insan səhv edə, içinə şeytan girə bilər. Əsas problemlər qalıb, onlardan danışmırıq.

Oxumağa dəyər: AzMİU-nun 50 illik yubileyi qeyd olunub
Hər bir problemimizdə polisi günahlandırırıq. Onların hər problemlə nə əlaqəsi var, bilmirəm. Hansısa məmur özbaşınalıq edir. Elə öz ailəmi belə hamısını toparlayıb bir fikrə gətirə bilmirəm. Biz hansımız Tarif Şurasına etirazımızı bildirmişik ki? Ətin mənşəyi bilinmir deyə cərimə edə bilirlər, amma qiymətindən danışmırlar. Demirlər ki, bunun qiymətini niyə qaldırdın?

Mandarin Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər azca aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız oradanmı almalıdır? Mən ayda 3000-5000 qazanan adamam, bazarlardakı, marketlərdəki qiymətlər mənim də əlimi yandırır. 600-800 manata işləyən insanları düşünün. Siz özünüzü düşünmürsünüzsə, bu qiyməti qaldıran niyə sizi düşünsün?

Yenə bu verilişlər insanları dərdlərindən uzaqlaşdırır ki, havalanmayasınız. Biz dəli olmaq astanasındayıq, nə düşünürsünüz?”.

Onun bu sözlərinə Xalq artisti Brilliant Dadaşova “Şair burda yaxşı deyib: Eh mənim əzəldən bəxdim belədir, bir gün fırtınadır, bir gün zəlzələ” deyə, şərh yazaraq münasibət bildirib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see212

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see180

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see168

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see146

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri