Tarif Şurasından yeni ödənişli yolun məbləği ilə bağlı açıqlama
Icma.az bildirir, Milli.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Milli.Az xəbər verir ki, qərara əsasən, ödənişin məbləğinin müəyyən edilməsi ilə bağlı tapşırıqlar da verilib. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası avtomobil yolunun dərəcəsini nəzərə almaqla nəqliyyat vasitələrinin gedişi üçün ödəniş məbləğini təsdiq etməlidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə isə bu qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.
Tarif (qiymət) Şurasından bildirilib ki, ödəniş məbləği Agentliyin təklifləri təqdim edildikdən sonra müzakirə edilərək müəyyən olunacaq.
Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 Aprel 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















