Icma.az
close
up
RU
Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasında Azərbaycanın, Qafqazın, İslam Şərqinin, Rusiyanın və digər regionların tarixinə dair minlərlə nəşr qorunur. Onların arasında 1898-ci ildə Tiflisdə çap olunmuş “Tarixi “Derbend-Name” (“Dərbəndnamə tarixi”) salnaməsi də yer alır.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

“Dərbəndnamə” Dərbəndin və Şimali-Şərqi Qafqazın orta əsrlər tarixinin tədqiqi baxımından mühüm yazılı mənbələrdən biridir. Əsərin müxtəlif dillərdə təxminən 40 əlyazma nüsxəsi və Avropa dillərinə tərcümələri məlumdur.

1898-ci ildə “Dərbəndnamə”nin Azərbaycan dilindəki əlyazma nüsxələrindən biri rus dilinə tərcümə edilərək nəşr olunub. Tərcümə Xunzax əsilli general-leytenant Məqsud Əlixanov-Avarskinin təşəbbüsü ilə Qori Müəllimlər Seminariyasının keçmiş müəllimi Səfərəli bəy Vəlibəyov tərəfindən hazırlanıb. Nəşrdə əsərin müəllifliyi, müxtəlif əlyazma variantları, Sasani və ərəb hakimiyyəti, ərəb-xəzər münasibətləri, Dərbəndin müdafiə kompleksi və İslamın yayılması haqqında məlumatlar yer alır.

Salnamədə, həmçinin Dərbəndin iqtisadi və siyasi inkişafından bəhs edilir. Хəlifə Əl-Mütəmidin (870–892) şəhərin neft quyuları və duz mədənlərindən istifadəyə, su təchizatına və ticarətin inkişafına dair fəaliyyəti qeyd olunur. 1064-cü ildə Dərbənd Şirvanşahların hakimiyyətinə tabe olub.

Bu nadir nəşr orta əsr Dərbəndinin və Şimali-Şərqi Qafqazın tarixinin araşdırılması baxımından qiymətli mənbədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri