“Tarix o zaman təkrarlanır ki, xalqlar ondan nəticə çıxarmır” Millət vəkili
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Getdikcə rəqs etməyi bacaranların sayında azalma var. Eyni zamanda milli yeməkləri bişirənlərin sayında da azalma var. Biz bunlara sahib çıxmalıyıq. Bəzən klassik mahnıları bəyənmirik. Amma ona-buna məmnuniyyətlə qulaq asırıq. Amma öz musiqilərimizə qulaq asmalıyıq. Çünki bu, bizim kökümüz və tariximizdir".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında deyib.
"Gənclər anlamalıdır ki, tarixə sahib çıxmalıyıq. Tarixi qorumalı, tarixi abidələri təbliğ etməliyik. Biz deyirik ki, tarix təkrarlanır. Tarix o zaman təkrarlanır ki, xalqlar ondan nəticə çıxarmır. Tarix onu unudanları həmişə cəzalandırır. Tarixi unutmamağın yolu onu tətbiq etməkdən və öyrənməkdən keçir. Təəssüf ki, bu gün gənclərimizin bir hissəsinin tarixi bilmədiklərinin şahidiyəm. Tarixi bilmək çox önəmlidir. Tarixi bilməlisən ki, ondan nəticə çıxara və təhlil də biləsən. Təəssüf ki, son vaxtlar bəzi gənclərimizdə tarixi bilmədiklərinin şahidiyəm".
Millət vəkili qeyd edib ki, tarix özünü dərk üçün lazımdır:
"Əgər bu olmasa, biz heç nəyə nail ola bilməyəcəyik. Əxlaqımıza, dəyərlərimizə sahib çıxmaq bizim üçün olduqca önəmlidir. Bu istiqamətdə fəaliyyətimizi və gələcəyimizi qurmalıyıq".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















