Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Tarix və Etnologiya İnstitutunda 2025 ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına dair elmi konfrans

Tarix və Etnologiya İnstitutunda 2025 ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına dair elmi konfrans

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

AMEA Tarix və Etnologiya İnstitutunda 2025-ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına həsr olunmuş elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları institutun cari il üzrə etnoqrafik ekspedisiyalarının yekunlarına dair sərgi ilə tanış olublar.

XQ xəbər verir ki, konfransı giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq AMEA-nın 80 illik tarixi ərzində ilk dəfə etnoqrafiya və etnologiya üzrə sərginin təşkil edildiyini söyləyib. O, etnoqrafik ekspedisiyaların yekunlarına dair sərgini Akademiyanın şərəfli tarixində yeni səhifə kimi yüksək qiymətləndirib. 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı Türk dünyası  ilə əlaqələrin öz ailəmizin qayğıları qədər  əhəmiyyətli olduğunu cəmiyyətin nəzərinə çatdırmışdır”, - deyən akademik İsa Həbibbəyli bu istiqamətdə AMEA-da müxtəlif addımların atıldığını, elmi müəssisələrdə Türk xalqları ilə bağlı şöbələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırıldığını, təkmilləşdirildiyini bildirib. O, həmçinin bugünədək türkologiya şöbəsi olmayan institutlarda həmin müəssisənin profilinə uyğun yeni şöbələrin yaradıldığını diqqətə çatdırıb. Eyni zamanda, Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında daxili imkanlar hesabına Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradıldığını söyləyib.

AMEA rəhbəri XXI əsrin çağırışlarına əsasən etnologiya elminin günü-gündən şaxələndiyini deyib. Qeyd edib ki, AMEA-nın Tarix İnstitutunun Tarix və Etnologiya İnstitutu adlandırılması tamamilə düzgün qərardır və nəticələri ilə özünü doğrultmaqdadır. Akademik İsa Həbibbəyli vurğulayıb ki, tarix elmi etnoqrafik mədəniyyətdən ayrı deyil və etnoqrafiya elminin Tarix İnstitutunda daha çox inkişaf etməsi bu istiqamətdə aparılan islahatların məqsədəuyğun olduğunu təsdiq edir. 

AMEA prezidenti Tarix və Etnologiya İnstitutunda etnologiya elmi istiqamətinin tarixlə birlikdə yeni mərhələyə qədəm qoyduğunu söyləyərək, hazırda bu müəssisədə 40-dan çox etnoqrafik alimin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, son dövrlərdə institutda aparılan tədqiqatların miqyası genişlənməkdə və yeni prioritet istiqamətlər formalaşmaqdadır.

                    O, həmçinin AMEA tarixində ilk dəfə etnologiyaya aid jurnalın təsis olunduğunu bildirib. Jurnalın ilk sayının artıq işıq üzü gördüyünü və yaxın günlərdə nəşrin təqdimatının keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. 

Akademik İsa Həbibbəyli çıxışıının sonunda Tarix və Etnologiya İnstitutunda 2025-ci il üzrə etnoqrafik ekspedisiyaların yekunlarına dair konfransı və sərgini yüksək dəyərləndirib, alim və mütəxəssislərə fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, sərgidə regionlarda aparılmış etnoqrafik ekspedisiyaları əks etdirən fotolar, onları tamamlayan monoqrafik tədqiqatlar institutunun tərkibində etnologiya elmi isiqamətində uğurlu tədqiqatların aparıldığını, səmərəli nəticələrin əldə olunduğunu bir daha sübut edir. 

Sonra Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək institutda etnoqrafik ekspedisiyaların yüksək səviyyədə təşkili istiqamətində müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O, bu ekspedisiyalar zamanı müasir texnoloji avadanlıqlardan istifadənin zəruriliyini qeyd edib, həmçinin gələcəkdə mövsümi etnoqrafik ekspedisiyaların təşkili məsələsinə toxunub. 

Dünyanın müxtəlif ölkələrində Etnologiya Muzeyinin ən vacib mədəniyyət qurumlarından biri hesab olunduğunu söyləyən professor Kərim Şükürov institutda xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən kiçik muzeyin yaradılmasının önəmini qeyd edib.

O, Tarix və Etnologiya İnstitutunda “Azərbaycan etnologiyası” jurnalının təsis edildiyini deyərək, jurnalın saytının yaradılması istiqamətində müəyyən işlərin görüldüyünü bildirib. Vurğulayıb ki, etnoqrafik ekspedisiyaların hesabatları əsasında yazılacaq elmi məqalələr sözügedən jurnalda çap olunacaqdır.

Professor Kərim Şükürov birgə əməkdaşlıq şəraitində reallaşacaq layihələr, ümumiləşmiş əsərlərin yazılması, etnoqraflar üçün xüsusi geyim formasının hazırlanması, montaj otağının təşkili kimi məsələlərə toxunub. Direktor araşdırmaların yüksək səviyyədə aparılmasında etnoqraflara göstərilən dəstəyə və yaradılan şəraitə görə AMEA rəhbərinə minnətdarlığını bildirib.

  Daha sonra institutun elmi katibi t.ü.f.d., dos. Bəhmən Əliyev “Azərbaycan etnologiya elminin inkişafında etnoqrafik ekspedisiyaların rolu” mövzusunda məruzəsini təqdim edib.

Müşfiq Mirzə

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri