Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Tarix və Etnologiya İnstitutunda Amasya sülhünün 470 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Tarix və Etnologiya İnstitutunda Amasya sülhünün 470 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Amasya sülhünün 470 illiyinə həsr olunmuş “Səfəvi-Osmanlı qarşıdurmasından dinc inkişafa keçidin təminatçısı” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Konfransı açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, orta əsrlərdə Səfəvi-Osmanlı qarşıdurması hər iki dövlətin tarixində dərin izlər buraxıb. Münaqişələr Səfəvi və Osmanlı dövlətlərinin siyasi, iqtisadi və hərbi güclərinə təsir göstərib, sərhədlərin dəyişməsinə və yeni siyasi nizamın yaranmasına səbəb olub. Səfəvi-Osmanlı müharibələri bölgədəki dini və etnik tərkibin dəyişməsinə də gətirib çıxarıb. Müharibələr region xalqlarının dini identikliyini, siyasi təşkilatlanmasını və iqtisadi həyatını əsaslı şəkildə dəyişib.

İnstitutun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli “Amasya sülhünün Səfəvi-Osmanlı münasibətlərində yeri və rolu” adlı məruzə ilə çıxış edərək bildirib ki, Osmanlı ilə Səfəvi arasında 1555-ci il iyunun 1-də “Amasya sülhü” imzalanıb, bununla da iki dövlət arasında dinc münasibətlərin inkişafı üçün geniş imkanlar yaranıb. Sülh müqaviləsi I Şah Təhmasibin böyük qələbəsi idi. Qarşılığında isə Osmanlı dövlətinə 1514-cü ildən bəri ələ keçirilən torpaqları – İraq, Şərqi Anadolu və Gürcüstandakı torpaqları, şəhər və qalaları qazandırdı. Beləliklə, “Amasya sülhü” iki dövlət arasında müharibə vəziyyətinə son qoydu. Osmanlı sultanları Çaldıran döyüşündən sonra 41 il düşmən kimi gördükləri Səfəviləri rəsmən dövlət kimi qəbul etdilər. Amasya sülhü Səfəvi və Osmanlı imperiyaları arasında imzalanmış ilk rəsmi və yazılı sülh müqaviləsidir, bu müqavilə həm siyasi, həm də diplomatik baxımdan bölgənin tarixinə ciddi təsir göstərib.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Konfransda “XVI əsrin ortalarında Azərbaycan mədəniyyətinin inkişaf mühitinə dair”, “Səfəvi-Osmanlı münasibətlərində Türkman mirası”, “Azərbaycan Səfəvi dövlətinin siyasi tarixi məsələləri gürcü qaynaqlarında (Parsadan Qorqidcanidze, “Gürcüstan tarixi”)”, “Azərbaycan Səfəvi dövlətinin İngiltərə ilə iqtisadi əlaqələri”, “Səfəvi-Osmanlı münasibətlərində İspaniyanın rolu (1500-1555-ci illər)”, “Səfəvilər dövlətinin süvari qoşun növlərinin formalaşmasında Azərbaycan vilayətlərinin rolu”, “Şah Təhmasib dövrünün mühüm qaynağı Budaq Münşi Qəzvinin “Cəvahir əl-əxbar” əsəri haqqında”, “Ağqoyunlu-Səfəvi qarşıdurmasının iki həlledici döyüşü: strateji və taktiki təhlil”, “Şah Təhmasibin dini siyasəti”, “Orta əsrlər və Səfəvilər dövrü tarixi məsələləri Azərbaycanın mühacir ziyalılarının elmi irsində”, “XVIII əsrin 20-30-cu illərində Səfəvi-Osmanlı münasibətləri Türkiyə tarixşünaslığında” və digər mövzularda məruzələr dinlənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see194

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri