Icma.az
close
up
RU
TARİX YAZAN LİDER

TARİX YAZAN LİDER

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varis, ölkə Prezidenti İlham Əliyev müasir Azərbaycanın qurulması və inkişafında mühüm rol oynayan şəxsiyyətdir. O, Azərbaycanın qurucusu və memarı DahiÖndərimiz Heydər Əliyevin xeyirli, gərəkli siyasi siyasi kursunu davam etdirərək ölkənin sabitliyini, iqtisadi inkişafını və beynəlxalq arenada mövqelərini möhkəmləndirib. Prezident İlham Əliyevin fəaliyyətində həm daxili siyasət, həm də xarici siyasət sahəsində əldə edilən uğurlar xüsusi əhəmiyyət daşıyır.

Cənab İlham Əliyev 2003-cü il oktyabr ayında keçirilən prezident seçkilərində qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. 2008, 2013, 2018 və bu il keçirilən seçkilərdə də xalqın böyük dəstəyi ilə yenidən prezident seçilib.

Prezident İlham Əliyevin fəaliyyəti dövründə ölkədə iqtisadiyyatın inkişafı, sosial rifahın yaxşılaşdırılması, ordu quruculuğu və beynəlxalq əməkdaşlıq sahələrində mühüm irəliləyişlər əldə olunub. Onun rəhbərliyi ilə həyata keçirilən strateji layihələr Azərbaycanın enerji təhlükəsizliyini təmin edib və ölkəni beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanıdıb. Prezident İlham Əliyev sadəcə xalqın sevgisini qazanmış xarizmatik lider deyil, həm də nə uğruna olursa olsun atasına, atalarımıza verdiyi sözü tutan, illərin acısını dindirən qurtarıcıdır.

MüzəffərAli Baş Komandanın uğurlarının ən yüksək zirvəsi şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusunun 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etməsidir. Bu tarixi qələbə Prezident İlham Əliyevin qətiyyətli sərgərdəliyinin və düzgün siyasi strategiyasının nəticəsinin ən bariz nümunəsidir

Prezident İlham Əliyevin “Dəmir Yumruq” siyasəti xalqın dəstəyi ilə Azərbaycanı tarixi ədalətə qovuşdurdu. O, müharibədən sonra da işğaldan azad edilmiş ərazilərin bərpası üçün lazımi tədbirlərin görülməsi üçün layihələri hələ də həyata keçirir..

Son 20 il də Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm uöurlara, nailiyyətlərə imza atıb. Xalq bu mənada Prezideny İlham Əliyevə böyük sevki və hörmət nümayiş etdirir. Prezident İlham Əliyev xalqının gözündə xarizmatik liderdir, yoxsa daha artığı da var? Bu sualları cavablandırmaq üçün iki mövzuya nəzər sala bilərik; onun başlıca məqsədi xalqının rifahı olan daxili siyasəti və özündə güclü mənəvi dəyərləri əks etdirən şəxsi keyfiyyətləri. Prezident İlham Əliyevin daxili siyasətində əsas məqsədlərdən biri xalqın rifahının artırılması və ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsidir. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, yoxsulluq səviyyəsi azalıb, yeni iş yerləri açılıb, infrastruktur modernləşdirilib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, təhsil və səhiyyə sahələrindəki islahatlar, mənzil təminatının yaxşılaşdırılması kimi layihələr Prezident İlham Əliyevin siyasətinin sosial yönümlü olduğunu bir daha sübut edir. Onun şəxsi keyfiyyətlərini isə səciyyələndirsək qətiyyətlilik, əzmkarlıq, ədalət prinsipləri, xalqa sədaqət, sadəlik və xalqa yaxınlıq, ailəyə və mənəvi dəyərlərə bağlılıq kimi bir çox müsbət xarakterləri qeyd edə bilərik.

Onun sadəliyini və xalqa yaxınlığını müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər keçirməsində, insanların problemlərini dinləyib və onların həlli istiqamətində tədbirlər görməsində izləyə bilərik. Onun sadə və səmimi davranışı, vətəndaşların ehtiyaclarına həssas yanaşması xalq tərəfindən niyə bu qədər sevilməsini açıqlayan ən aşkar səbəblərdəndir. Prezident İlham Əliyevin şəxsi həyatında ailəyə və mənəvi dəyərlərə bağlılığı da xüsusi vurğulanmalıdır. O, Azərbaycan xalqının milli və mədəni dəyərlərini hər zaman uca tutur və onları gələcək nəsillərə çatdırmağa çalışır. Ailəsi ilə birlikdə bu dəyərlərin qorunmasına böyük önəm verir. Onun həyat yoldaşı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyeva ilə birlikdə həyata keçirdikləri sosial və humanitar layihələr ölkədə ailə institutunun gücləndirilməsinə və cəmiyyətin mənəvi dəyərlərinin möhkəmlənməsinə töhfələr verir.

Cənab Prezidentin fəaliyyətində dürüstlük və ədalət prinsipləri hər zaman ön planda olub. O, ölkədə hüquqi dövlət quruculuğunu və şəffaf idarəetməni təşviq edir. Korrupsiyaya qarşı mübarizə, ədalətli məhkəmə sistemi və dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsi onun rəhbərliyinin əsas istiqamətlərindəndir. Ədalətli və dürüst yanaşma onun siyasətinin dayanıqlılığını təmin edir və xalqın dövlətə inamını gücləndirir. Bu nümunələr kimi bir çox alternativləri qeyd edə bilərik.

Son zamanların gündəmində olan COP29-BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında da Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq arenada ən yüksək səviyyədə nümayiş etdirdi. O bu konfransda “Ev Sahibi” olaraq bütün xalqımızı, dünyaya qonaqpərvər, istiqanlı xalq kimi tanıtdı. Bakımızı ən təmiz, təhlükəsiz şəhərlərdən biri kimi tanınmasına nail oldu.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dayanıqlı inkişaf və yaşıl enerji siyasətini gücləndirərək, iqlim dəyişikliyi ilə bağlı çağırışlara cavab verdiyini sübut etdi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, regionda və dünyada iqlim gündəliyinin müəyyənləşdirilməsində ölkənin nüfuzunu daha da artmasına səbəb oldu.. Bu tədbir vasitəsilə Prezident İlham Əliyevin ekologiya, dayanıqlı enerji və beynəlxalq əməkdaşlıq sahəsindəki siyasətinin əhəmiyyəti bir daha dünya səviyyəsində tanındı. Azərbaycan, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən “Yaşıl enerji” konsepsiyası ilə də iqlim dəyişikliklərinə uyğunlaşma və davamlı enerji strategiyalarını reallaşdırmağa çalışır. Bu layihələr İlham Əliyevin uzaqgörən siyasətinin və Azərbaycanın ekoloji məsuliyyətini dərk etdiyinin bariz nümunəsidir. Hazır beynəlxalq arenadan söz açmışkən onun diplomatik uğurlarından da bəhs edək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınıb. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda fəal iştirak edir. Xüsusilə, Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatına sədrliyi və pandemiya dövründə göstərdiyi humanitar yardımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. COP29 tədbirinə ev sahibliyi etmək də bu diplomatik uğurların davamı oldu. Bu, Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrin və Prezident İlham Əliyevin dünya miqyasında etimad qazanan siyasətinin göstəricisidir.

Prezident İlham Əliyev öz liderlik keyfiyyətləri, qətiyyətli qərarları və xalqına sədaqəti ilə müasir Azərbaycanın inkişafında əvəzsiz rol oynayır. Onun rəhbərliyi altında Azərbaycan daha böyük nailiyyətlərə imza atacağına inanırıq. COP29 kimi beynəlxalq tədbirlərlə Azərbaycan qlobal miqyasda dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynamağa davam edəcəkdir. Və biz gənclər bu yolda Cənab Prezidentin bütün siyasi addımlarında daim dəstəyə hazır olmalıyıq. 24 dekabr Ali Baş Komandan Cənab Prezidentin doğum günüdür.

Bu gün Onun doğum günü münasibətilə, ölkə vətəndaşları adından Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və ona möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.

Aysu Novruzova

Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi Politologiya ixtisası III kurs tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see401

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see259

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see254

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see217

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see213

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see207

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see189

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see188

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see181

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see179

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see176

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see174

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see174

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see173

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see172

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see171

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see171

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see166

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see162

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri