Icma.az
close
up
RU
Tarix yazan Lider

Tarix yazan Lider

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü xalqımız tərəfindən dərin ehtiram və böyük minnətdarlıq hissi ilə qeyd olunur. Onun müdrikliyi, siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan tarixin ən mürəkkəb mərhələlərindən uğurla çıxmış, sabit və güclü dövlət kimi formalaşıb. Heydər Əliyev, həm də xalqın taleyinə məsuliyyətlə yanaşan böyük lider, tarix yazan şəxsiyyətdir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini öyrənmək uzun illər, dərin elmi-siyasi araşdırmalar tələb edir. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir. Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, nüfuzlu dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasət nəhəngi”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin zirvəsi dahi liderimizin anadan olmasının 102-ci ildönümü ərəfəsində də yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri oyadır.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr yüzilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına çalışıb. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində üzləşdiyimiz faciələr hər birimizin xatirindədir. Azərbaycan o illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin bir zamanda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu Öndər onun qorunmasını, möhkəmləndirilməsini qarşımızda əsas vəzifə kimi qoydu. 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir. Həmin vaxtdan ölkəmizdə sabitlik dövrü başladı, bütün sahələr üzrə mütərəqqi islahatlara start verildi. İlk gündən demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımların uğurlu nəticələri göz önündədir. Hazırda Heydər Əliyevin müəyyənləşdirdiyi möhtəşəm inkişaf strategiyasının real nəticələrini görürük. Bu gün ölkəmiz təkmil sosial-iqtisadi siyasəti ilə dünyada ən islahatçı ölkələr sırasında yer alır. İqtisadi tərəqqi digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi.
Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
“Onu da xüsusi vurğulamalıyıq ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların, formalaşan möhkəm təməlin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Ən əsası Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. Dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunun şahidinə çevrildi. Əminliklə söyləmək olar ki, bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın 1993-cü ildən başladığı inkişaf yolunun təqdimatıdır. Bu gün müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Xalqımız Ulu Öndərimizi özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq!”,-deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri