Icma.az
close
up
RU
Tarixçi alim: Daşlar tariximizin ən qədim mənbələridir

Tarixçi alim: Daşlar tariximizin ən qədim mənbələridir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Daşlar tariximizin ən qədim, ən etibarlı və silinməz yaddaş mənbələridir. Onlar bəşəriyyətin və xalqımızın keçmişini, mədəniyyətini, dünyagörüşünü bu günə çatdıran canlı şahidlərdir. Azərbaycan ərazisində daşlar üstünə həkk olunmuş tarix bəşər sivilizasiyasının ilkin izlərini özündə saxlayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev deyib. O qeyd edib ki, Qobustan və Gəmiqaya rəsmlərində həkk olunmuş insan, heyvan, ov, rəqs və digər təsvirlər minilliklər əvvəl əcdadlarımızın həyat tərzini, inanclarını və incəsənətini öyrənmək üçün əvəzolunmaz mənbədir. Azıx mağarasından tapılmış qədim daş alətlər Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.

“Alban kitabələri və məzar daşları, orta əsrlərə aid daş abidələr, stellalar və xristian dövrü alban mənbələrinin üzərindəki yazılar regionun etnik və siyasi tarixinin danılmaz mənbələridir. Müxtəlif qoç fiqurlu daşlar qədim türk tayfalarının tarixini yaşatmaqla barəbər onların igidlik rəmzləri, mifoloji dünyagörüşünü əks etdirir. Bu fiqurlar daşın həm də bir sənət əsərinə çevrildiyini göstərir. Papirus, dəri, kağız və digər materiallar zamanla məhv olub getsə də, daşlar min illərin sınağından keçərək tariximizi günümüzə qədər qoruyub saxlayıb. Bu daş abidələr tariximizin ən qədim mənbələrindən olması ilə bərabər nəsillərə bir əmanətdir. Daşlara yox, yaddaşlara, tarixlərə ad yazmaq istəyənlər 2020-ci ildə bunu ediblər. Azərbaycan oğulları Şuşanın sıldırımlı qaya və daşlarından keçərək tarixə öz adlarını yazıblar, şəhəri azad ediblər”, - deyə alim bildirib.

Müsahibimiz əlavə edib ki, bu daş və qayalarda şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan oğulları məhz bu qaya və daşlardan keçərək şəhərə daxil olublar. Artıq onlar Ana Vətən - Azərbaycanın – Şuşanın qaya və daşlarına öz qəhrəmanlıq adlarını yazıblar. Onların qəhrəmanlığı sayəsində Şuşanın azad olunması əməliyyatı dünya hərb tarixində yeni səhifə açmışdır.

Şuşa və Qarabağın digər yerləri bizim milli qürurumuz, tarixi yaddaşımız və şəhidlərin qanı ilə aldığımız müqəddəs torpaqlardır. Əgər kimsə öz adını yazmaq, izini qoymaq istəyirsə bunu öz doğma vətəninə, doğma torpağına xidməti ilə göstərməlidir.

Müxbir - Xatirə Cəfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri