Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Daşlar müalicə edir...

Daşlar müalicə edir...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Daşlar haqqında məlumatlar qədim kitablardan qaynaqlanır. Həmin məlumatlar daha çox inanca əsaslansa da, sonralar onun elmi tərəfləri də araşdırılmağa başlanılıb. O vaxt almazı cəsarət və qorxmazlığın rəmzi kimi görsələr də, indi onun ən bərk metalları belə aşılaya bildiyi məlumdur. Əvvəllər kvarsın gizli və sehrli enerjiyə malik olmasına inansalar da, mexaniki güc tətbiq edilərkən onda elektrik gərginliyi yarandığı, kəhrəbada qoruyucu keyfiyyət olduğu üzə çıxdı.

Həmsöhbətimiz Nazir Nağıyev 14 ildir ki, bu sahə ilə maraqlanır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olan gemmoloq hələlik 12 təbii daş əldə edib və onların kimyəvi tərkibi, enerjisi, mistik və müalicəvi xüsusiyyətlərini öyrənir. Gemmoloqun dediyinə görə, daşlar özü də bir neçə yerə bölünür. Kvars, ametist, əqiq mineral, almaz, sapfir, yaqut, aleksandrit və s. müalicəvi daşlar sayılır. Zümrüd, almaz, yaqut, turmalin bəzək əşyaları, nefrit, lapis, oniks və s. əl işləri üçün istifadə olunan daşlardır.

N.Nağıyev söhbətində dedi:

“Belə hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Qiymətli daşların, qan qrupuna, uyğun təsnifatına görə, sarımtıl-narıncı rəngdən qırmızı, purpur rəngə qədər olan daşlar I, qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olanlar III, mavi və yaşıl rənglərdə olanlar II və IV qan qrupları üçün düşərlidir.

Müsahibimiz söylədi ki, nefrit daşında yaradılışın işarəsini, mifi görmək olar. Onunla ehtiyatlı olmaq lazımdır, onda keçmişlə gələcəyi qovuşdurmaq gücü var. “Hematit qalibiyyət daşıdır, tərkibində dəmirlə zəngindir, onun mistikası həmişə qələbəyə səsləyir. Zümrüd bərəkət, kəhrəba təmizlik daşıdır. Turmalin gərginliyi aradan qaldırır. Opal daşı dəriyə təmas edir, dəri xərçənginə təsir edir əqiq təzyiqi stabilləşdirir, qanaxmanı dayandırır. Alın, gicgah və göz ağrısı zamanı kvarsdan, baş ağrısı zamanı ametistdən, xrizolit və sitrindən istifadə edilir. Nefrit ürək xəstəliyinə xeyirdir, sapfir yaddaşı gücləndirir, düşüncəni dəqiqləşdirir, sinirləri sakitləşdirir.

Lakin yaqut və sapfir daşını taxarkən əsəbiləşmək olmaz, çünki əsəbi lap qaldırır. Firuzə daşı 12 xəstəliyin dərmanıdır. Əsasən görmə qabiliyyətinin qorumasında xüsusən xeyirlidir, ondan eynək taxanların istifadə etməsi məsləhətdir. Mədəaltı vəziyə, alındakı ağrılar, epilepsiyaya, dil qatlanmaya qarşı faydalıdır. Bütün daşları suya salıb içmək olar, minerallarla əlaqədə olan distillə olunmamış su çox faydalıdır”.

Həmsöhbətimiz qeyd etdi ki, mineral daşlar suyu gec süzsə də, tərkibini tam təmizləyir və başqa heç bir filtrdə ona nail olmaq mümkün deyil. Müxtəlif daşların ayaq altına yığılması, onların üzərində yerimə, əllərin həmin daşlara sürtülməsi, eyni zamanda masaj seansların, məsələn, onurğa və kürək üzərinə daşlar qoyulması birbaşa sinir sisteminə və enerjiyə müsbət təsir göstərir, yorğunluq və yüklənmədən azad edir.

Onun dediyinə görə, akvamarin əsəbləri sakitləşdirir, düşüncənin aydınlaşması və yaradıcılıq qabiliyyətinin üzə çıxmasında böyük rol oynayır. Kvars beyinə xəbərdarlıq edir, neqativ enerjini pozitivə çevirir. Əqiq daşı güc və uğur gətirir, bəd nəzərdən də qoruyur. Mirvari sadəlik və gözəllik nişanəsidir, eyni zamanda müdrikliyin simvolu olaraq da qəbul edilir. Hətta qədim zamanlarda onun ana südünü artırdığına da inanırdılar. Zümrüd bədəni və ruhu təmizləyir, mərhəməti, sevgini, səmimiyyəti və sədaqəti ifadə edir. Çəhrayı kvars sevgi daşıdır, hematit, baş ağrıları və qan azlığının müalicəsi üçün xeyirlidir. Kəhrəba daşı gərginlik və yorğunluğu aradan qaldırır. Firuzə miqren və baş ağrılarına kömək edir.

Söhbətimizin yekununda gemmoloq bir sıra məsləhətlər də verdi: “Əsəb xəstəliyi olanlar əqiq və ya zümrüd daşı gəzdirməlidir. Zümrüd yayda taxılmamalıdır, çünki Günəşlə əlaqəyə girəndə rəngi sola bilər. Ona görə də payızda taxmaq daha düzgündü. Çox qəmgin və neqativ fikirli olanların da zümrüd daşı taxması məsləhətdir. Özünə qapananlar yaqut və sapfir taxmalıdır ki, cəmiyyətə qaynayıb qarışsınlar. Əsəbi vaxtda almaz daşı ilə gəzmək olmaz, o əsəbin daha güclənməsinə səbəb olur. Nefrit taxan yalan danışmamalıdır. Cəsarətsiz olanlar qara almaz, şələ daşı taxmalıdır. Panik atak zamanı yaqut, yaşıl, sarı və adi sapfir gəzdirmək faydalıdır. Xrizolit, turmalin, opal, gül rəngli kvars sevgi daşlarıdır, qarşılıqlı hissləri ifadə etməyə kömək edir”.

Süleyman QARADAĞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:322
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri