Tarixdə bir ilk! Dolların dominantlığı sarsılır: Yeni bir dövr başlayır
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Londonda yerləşən Rəsmi Valyuta və Maliyyə İnstitutları Forumu (OMFIF) təxminən 10 trilyon dollarlıq aktivləri idarə edən 90 mərkəzi bank, dövlət pensiya fondu və suveren sərvət fondunun iştirakı ilə keçirilən sorğunun nəticələrini açıqlayıb.
Turkustan.az xəbər verir ki, hesabata görə, OMFIF-in 2010-cu ildən bəri apardığı araşdırmalar tarixində ilk dəfə olaraq mərkəzi banklar növbəti 10 il ərzində ABŞ dolları ehtiyatlarını artırmaq əvəzinə azaltmağı planlaşdırırlar.
Sənəddə qeyd olunur ki, ABŞ-dakı siyasi qeyri-müəyyənlik və artan geosiyasi risklər ehtiyat idarəçilərini dollarla ifadə olunan aktivlərə yanaşmalarını yenidən nəzərdən keçirməyə sövq edib.
Sorğunun nəticələrinə əsasən, mərkəzi banklar ehtiyatlarını daha da şaxələndirmək niyyətindədir. Respondentlərin xalis 30 faizi yaxın 1–2 il ərzində qızıl ehtiyatlarını artırmağı planlaşdırdığını bildirib.
Hesabatda həmçinin vurğulanır ki, Norveç kronu və Yeni Zelandiya dolları ehtiyat valyutaları kimi daha çox maraq doğurmağa başlayıb. Britaniya funt sterlinqinə tələbatın artdığı, avro və Çin yuanının isə mövcud struktur çətinliklərə baxmayaraq ehtiyat portfellərinin şaxələndirilməsi məqsədilə üstünlük verilən valyutalar sırasında qaldığı qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 İyul 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















