Icma.az
close
up
RU
Tarixdə bu gün: 10 noyabr

Tarixdə bu gün: 10 noyabr

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 10-da bir çox dünya şöhrətli aktyorlar, elm xadimləri, idmançılar, yazıçılar, siyasətçilər, o cümlədən Azərbaycandan olanlar dünyaya gəlib. 
Bizim.Media xəbər verir ki, bu gün tarixə düşən hadisələr də baş verib.
Noyabrın 10-da kimlər dünyaya gəlib?
Martin Lüter (1483-1546) - alman ilahiyyatçısı, Reformasiyanın təşəbbüskarı, protestantizmdə əsas cərəyanlardan birinin - lüteranlığın banisi, İncilin alman dilinə tərcüməçisi. Alman ədəbi dilinin yaradıcılarından biri.
Fridrix Şiller (1759-1805) - alman şairi, filosofu, tarix professoru və hərbi həkim, ədəbiyyatda Şturm və Dranq və romantizm cərəyanlarının nümayəndəsi.
Vladimir Dal (1801-1872) - rus yazıçısı, etnoqrafı və leksikoqrafı, hərbi həkim. Ən böyük şöhrəti ona 53 il müddətində tərtib etdiyi həcmcə ən böyük olan "Canlı Böyük Rus Dilinin İzahlı Lüğəti" gətirib.
Andrey Tupolev (1888-1972) - rus alimi və təyyarə konstruktoru, general-polkovnik, texnika elmləri doktoru. Onun rəhbərliyi altında 100-dən çox tipli təyyarə layihələndirilib, onlardan 70-i seriyalı şəkildə qurulub. Onun təyyarələri 78 dünya rekordu qoyub və 30-a yaxın görkəmli uçuş həyata keçirib.
Mixail Kalaşnikov (1919-2013) - atıcı silahların rus dizayneri, dünyaca məşhur Kalaşnikov avtomatının (AK) yaradıcısı.
Riçard Burton (1925-1984) - Uels aktyoru. BAFTA, Qızıl Qlobus, Qremmi və Toni mükafatlarının qalibi, həmçinin yeddi dəfə Oskar mükafatına namizəddir. 1960-cı illərdə populyarlığının zirvəsində Hollivudun ən yüksək maaş alan aktyorlarından biri hesab olunurdu.
Ennio Morrikone (1928-2020) - italyan bəstəkarı, aranjimançısı və dirijoru. İtaliya Respublikasının Xidmətlərə görə ordeninin Böyük Xaç Cəngavəri. İki Oskar mükafatı laureatı: kinematoqrafiyada görkəmli nailiyyətlərə və ən yaxşı orijinal musiqiyə görə, Qızıl Qlobus Mükafatının üçqat qalibi və digər mükafatlara görə.
Mixail Yefremov (1963) – Rusiyanın əməkdar artisti, teatr və kino aktyoru. 2020-ci ilin yayında o, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib və buna görə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Noyabrın 10-da baş vermiş tarixi hadisələr
1885-ci ildə Bad Cannstatt-dan Ştutqart ətrafı Untertürkheimə qədər inanılmaz sürətlə saatda 12 kilometr sürətlə hərəkət edən dünyanın ilk motosikleti yürüş edib.
1933-cü ildə rus yazıçısı İvan Bunin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 
1939-cu ildə Çikaqoda ilk dəfə kondisionerli avtomobil təqdim edilib.
1960-cı ildə ABŞ-da dəniz bazası olan Polaris ballistik raketinin ilk buraxılışı həyata keçirilib. 
1961-ci ildə Stalinqradın adı dəyişdirilərək Volqoqrad olub.
1983-cü ildə təhlükəsizlik seminarında Cənubi Kaliforniya Universitetinin aspirantı Fred Koen kompüteri yoluxduran, təkrarlanan və digər kompüterlərə yayılan qısa proqramı nümayiş etdirib.
Sistemə yoluxma üsulu virusla müqayisə edilib, ona görə də Koen proqrama “kompüter virusu” adını verib.
2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 9-dan 10-na keçən gecə Qarabağda üçtərəfli atəşkəs bəyannaməsi imzalayıblar.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Noyabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see610

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see404

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see385

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see361

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see319

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see294

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see279

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see244

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see221

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see214

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see201

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see199

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see195

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see192

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see185

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see184

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see183

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see179

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see171

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri