Tarixdə ən böyük hava döyüşü: Hindistan və Pakistan qırıcıları bir saatdan çox mübarizə aparıblar
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Tarixdə ən böyük hava döyüşü Hindistan və Pakistan sərhədində baş verib və bu döyüş zamanı 125-dən çox qırıcı təyyarə bir saatdan çox mübarizə aparıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN yazıb.
Məlumata görə, eyni zamanda, tərəflərdən heç biri öz hava məkanını tərk etməyib, raket zərbələri mübadiləsi isə 160 kilometrdən çox məsafədə həyata keçirilib.
Nəşr qeyd edir ki, bu münaqişə aviasiyanın müasir tarixində ən böyük və ən uzunmüddətli münaqişələrdən biri olub.
Aprelin 22-də Hindistanın şimalında baş verən insidentdən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Həmin gün bir qrup silahlı şəxs turistlərin kütləvi şəkildə toplaşdığı bölgədə dinc sakinlərə atəş açıb, nəticədə 26 nəfər həyatını itirib. Hindistan hakimiyyəti Pakistanı hücumda əli olmaqda ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 08 May 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















