Icma.az
close
up
RU
Tarixə tutulan güzgü: abidələrin sorağında və keşiyində

Tarixə tutulan güzgü: abidələrin sorağında və keşiyində

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın qədim sivilizasiya ocaqlarından biri sayılan Azərbaycan torpağında hər addımda tarixə işıq tutan izlərə rast gəlmək mümkündür. Bu izlər təkcə xalqımızın deyil, bəşər mədəniyyətinin də formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan Gəmiqaya təsvirləri xüsusi əhəmiyyət daşıyır. Dünya mədəni irsinin nadir nümunələrindən biri hesab edilən bu qədim qayalar üzərindəki petroqliflər xalqımızın qədim yaşayış tərzini, düşüncə tərzini və incəsənət zövqünü əks etdirir. Təsvirlərdəki süjetlər təkcə bir dövrü deyil, bütöv bir mədəniyyətin izlərini bu günə daşıyır. Əcdadlarımızın memarlıq və sənət sahəsindəki dühası nəticəsində ərsəyə gələn irihəcmli tikililər, incəsənət nümunələri təkcə Azərbaycanın deyil, bütövlükdə yaxın və Orta Şərq regionunun memarlıq ənənələrinin formalaşmasına dəyərli töhfələrdir.

Dünya xalqlarının tarixi yaddaşını, mədəni müxtəlifliyini və bəşəri dəyərlərini qorumaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan YUNESKO bu sahədə mühüm təşəbbüslərlə çıxış edir. 1972-ci ildə Ümumdünya Mədəni və Təbii İrsinin Mühafizəsi Konvensiyasının qəbul olunması bu istiqamətdə qlobal əməkdaşlığın əsasını qoydu. Ardınca, 1976-cı ildə Tarixi Ansamblların qorunmasına dair tövsiyələrin təsdiqlənməsi isə bu sahədə normativ baza ilə yanaşı, konkret fəaliyyət mexanizmlərinin formalaşmasına imkan yaratdı.

Dünya mədəni irsinin qorunmasına həsr olunmuş əlamətdar günlərdən biri də hər il 18 aprel tarixində qeyd edilən Beynəlxalq Abidə və Tarixi Yerlərin Mühafizəsi Günüdür. Bu gün 1983-cü ildə YUNESKO yanında fəaliyyət göstərən Beynəlxalq Abidə və Görməli Yerlərin Mühafizəsi Şurası (İKOMOS) tərəfindən təsis edilib. Bayramın əsas məqsədi dünya mədəni irsinin mühafizəsi, bərpası və təmiri məsələlərinə ictimai diqqəti artırmaq, bu istiqamətdə maarifləndirməni gücləndirməkdir. Bu təşəbbüsün ideoloji təməli ondan ibarətdir ki, tarixi və mədəni əhəmiyyət daşıyan yerlər yalnız onların yerləşdiyi ölkə üçün deyil, bütün bəşəriyyət üçün dəyər kəsb edir. Mədəni irs nümunələri ortaq tariximizin, mədəni müxtəlifliyimizin və mənəvi dəyərlərimizin ifadəsidir. Bu günün mahiyyəti insanlarda öz tarixi irsinə dərin hörmət hissinin formalaşdırılması, gənclərə vətən sevgisi aşılanması və doğulub boya-başa çatdıqları məkanların keçmişini öyrənmək istəyi yaratmaqla bağlıdır. 18 Aprel tarixinin qeyd olunması eyni zamanda cəmiyyətin diqqətini abidələrin qorunmasına, onlara qayğı ilə yanaşmağa, milli və bəşəri irsə sahib çıxmağa yönəldir. Bu da göstərir ki, mədəni irsin qorunması - təkcə dövlət qurumlarının deyil, cəmiyyətin hər bir üzvünün borcudur.

YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Komitəsi dünya miqyasında mədəni və təbii irs nümunələrinin siyahısını hazırlayır və bu abidələrin təhlükəsizliyinin təmin edilməsində üzv dövlətlərə dəstək göstərir. Bu siyahıya daxil edilən hər bir abidə, əslində, təkcə onun yerləşdiyi ölkəyə deyil, bütün bəşəriyyətə məxsus bir dəyər kimi tanınır. Hər hansı bir mədəniyyət abidəsinin Ümumdünya İrs Siyahısına salınması onun beynəlxalq səviyyədə qorunmasına zəmanət verilməsi deməkdir. Belə ki, bu cür abidələrin mühafizəsi ilə bağlı ehtiyac yarandıqda beynəlxalq ictimaiyyət həm maliyyə, həm də texniki dəstək göstərir. Bununla yanaşı, YUNESKO həmin abidələrin öyrənilməsi, bərpası və gələcək nəsillərə çatdırılması üçün mütəxəssislər, müasir texnologiyalar və avadanlıqlar təqdim edir. Bu təşəbbüslər göstərir ki, mədəni və təbii irsin qorunması təkcə bir ölkənin deyil, bütün dünyanın üzərinə düşən məsuliyyətdir.

Müstəqil Azərbaycanın memarlıq və tarix abidələrinin qorunması məsələsi Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində daim prioritet istiqamətlərdən biri olub. Ulu öndərin təşəbbüsü ilə qəbul edilmiş 1998-ci il 10 aprel tarixli "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu bu sahədə hüquqi bazanın formalaşmasında mühüm mərhələ oldu.

Bu gün də ölkəmizdə tarixi və mədəni irsə göstərilən yüksək diqqət və qayğı davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir sıra tarixi abidələr bərpa olunub, beynəlxalq səviyyədə təbliğ edilib və onların bir neçəsi YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısında öz yerini alıb. Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar bu sahədə həm hüquqi-normativ çərçivənin formalaşmasında, həm də praktiki tədbirlərin icrasında xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş strateji sənədlər sırasında "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası", "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" vacib yer tutur. Bu sənədlər milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində uzunmüddətli və kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb. Hazırda ölkəmizdə 27 dövlət, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir ki, bu da mədəniyyətimizin zənginliyini və tarixi müxtəlifliyini əyani şəkildə nümayiş etdirir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Qobustan" Dövlət Tarixi-Bədii Qoruğu, "Atəşgah məbədi", "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu kimi nümunələr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınmış irs obyektləridir. Bu sahədə institutsional mexanizmlərin yaradılması da diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması bu istiqamətdə həyata keçirilən işlərin daha səmərəli və sistemli şəkildə təşkilinə imkan verir.

Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" da xüsusi əhəmiyyətə malikdir. Sənəddə əksini tapan Prioritet 5 - "Turizmin inkişafı" bölməsi Naxçıvanın zəngin tarixi-memarlıq irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində yeni mərhələnin başlanğıcını qoyur. Proqramda açıq şəkildə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması, həmçinin tarixi abidələrinin YUNESKO-nun maddi mədəni irs siyahısına salınması üçün zəruri tədbirlər həyata keçiriləcəkdir. Bu isə o deməkdir ki, qədim diyarın mədəni irs nümunələri təkcə yerli səviyyədə deyil, qlobal miqyasda da tanınacaq və qorunacaq. Tarix boyunca Şərq mədəniyyətinin mühüm mərkəzlərindən biri olmuş Naxçıvan ərazisi zəngin memarlıq və arxeoloji abidələrlə doludur. Möminə Xatın türbəsi, Yusif Küseyir oğlu türbəsi, Əlincəqala, Qarabağlar Türbə Kompleksi kimi nadir irs nümunələri bu torpağın minillik mədəni yaddaşını yaşadan canlı şahidlərdir. Bu abidələrin beynəlxalq səviyyədə qeydiyyata alınması Naxçıvanın turizm potensialının genişlənməsinə də müsbət təsir göstərəcək. Naxçıvanın tarixi-memarlıq abidələrinin YUNESKO-nun siyahısına daxil edilməsi istiqamətində atılan addımlar bu unikal diyarın tarixinin bəşəri səviyyədə tanıdılması yolunda mühüm mərhələdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 21 fevral 2024-cü il tarixində imzalanmış sərəncamla "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılmasıdır. Bu qərar Ordubad şəhərinin zəngin tarixi-memarlıq irsinin kompleks şəkildə mühafizəsi, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Ordubad öz qədim yaşayış məskənləri, məscidləri, karvansaraları, milli memarlıq üslubunda tikilmiş yaşayış evləri ilə Naxçıvanın qədimlik simvoludur. Qoruğun yaradılması həm də Ordubadın regional və beynəlxalq turizm xəritəsində mühüm yer tutmasına şərait yaradacaq.

Azərbaycanın mədəni irsin qorunması sahəsində qazandığı uğurlar, heç şübhəsiz, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın da parlaq fəaliyyətinin nəticəsidir. Onun mühüm təşəbbüsləri nəticəsində milli mədəniyyətimizin nadir nümunələri dünya ictimaiyyətinə təqdim olunub, Azərbaycan irsinin ümumbəşəri dəyər kimi qəbul olunmasına mühüm töhfə verilib. Məhz onun təşəbbüsü və fəal təşkilatçılığı ilə Azərbaycan muğam sənəti, tar ifaçılığı sənəti, aşıq sənəti, Novruz bayramı, Kəlağayı (Buta simvolizmi), İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu kimi unikal mədəniyyət nümunələri YUNESKO-nun qeyri-maddi və maddi mədəni irs siyahısına daxil edilib. Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində mədəni irsə münasibət cəmiyyətin bütün təbəqələrində fərqli müstəviyə keçib, maarifləndirmə, mədəni diplomatiya və irsə sahib çıxmaq ənənəsi daha da güclənib.

Abidələrin yalnız qorunması deyil, həm də danışdırılması, tanıdılması və öyrədilməsi də əsas məqsədlərdən biri olmalıdır. Tarixi abidələrin təbliği və onlara olan yanaşma cəmiyyətin öz mədəni kimliyinə münasibətini müəyyənləşdirir. Bu mənada Naxçıvan Dövlət Universitetində "Mədəni irs" fənninin tədrisi əhəmiyyətli addımlardan biridir. Bu fənn gənclərin mədəni irsə elmi və praktiki yanaşma baxımından düzgün mövqe sərgiləməsini, tarix və mədəniyyət abidələrinin qorunmasında fəal mövqe tutmasını təmin etməyə yönəlib. Xüsusilə "Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması" ixtisası üzrə təhsil alan tələbələrin mədəni irsin mühafizəsinə dair dünya və ölkə təcrübəsini mənimsəməsi, bu istiqamətdə innovativ texnologiyalar, metodika və yanaşmalarla tanış olması gələcəkdə onların sahəyə peşəkar töhfə verməsi baxımından vacibdir. Tələbələr təkcə nəzəri biliklərlə deyil, həm də konkret əməli bacarıqlarla təmin olunmaqla, real mühafizə və təbliğ fəaliyyətinə inteqrasiya oluna bilirlər. Bu cür yanaşmalar bir daha göstərir ki, mədəni irsin qorunması sadəcə keçmişə bağlılıq deyil, həm də gələcəyin düşüncəli, milli şüurlu vətəndaşlarının yetişdirilməsinə yönəlmiş strateji istiqamətdir. Təhsil ocaqlarında bu istiqamətdə atılan addımlar isə milli-mənəvi irsin yaşadılması və davam etdirilməsi baxımından misilsiz əhəmiyyətə malikdir.

Zenfira SEYİDOVA

Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin baş müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri