Icma.az
close
up
RU
Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır

Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti paytaxt ərazisində yerləşən tarixi və memarlıq abidələrinin qorunması məqsədilə monitorinqləri davam etdirir.

Bu barədə AZƏRTAC-a Dövlət Reklam Agentliyindən məlumat verilib.

Bildirilib ki, aparılan yoxlamalar zamanı Bakı şəhərində bir sıra abidələrin fasadlarında 156 obyekt üzrə qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb. Məlum olub ki, sözügedən reklam qurğuları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun və bu sahədə digər qanunvercilik aktlarının tələbləri pozulmaqla quraşdırılmışdır. İlkin mərhələdə qanunsuz quraşdırılan reklam qurğularının bir hissəsinin demontajı təmin edilmişdir.

Hazırda Dövlət Reklam Agentliyi tərəfindən icazəsiz yerləşdirilən reklam lövhələrinin sökülməsi və Dövlət Xidməti tərəfindən abidələrin ilkin görkəminin bərpası istiqamətində işlər davam etdirilir.

Bundan əlavə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görünüşünü dəyişdirən və ya onlara təhlükə yarada biləcək istənilən müdaxilə qadağandır.

Agentlik əhalini, müəssisə və sahibkarlıq subyektlərini mədəni irsimizə hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see697

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see168

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see134

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see122

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see121

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see120

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see120

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see119

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see118

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see118

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see117

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see117

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see117

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see117

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see117

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see116

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see116

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see113

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see112

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

28 İyul 2025 15:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri