Icma.az
close
up
RU
Tarixi abidələrimiz dövlətin mühafizəsindədir

Tarixi abidələrimiz dövlətin mühafizəsindədir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Həm mədəni, həm də təbii irs kateqoriyalarında yeni nominasiya dosyeləri UNESCO-ya təqdim olunacaq


Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Şirvanşahlar sarayı, Qız Qalası və sivilizasiyanın, mənəvi irsin, dövlətçiliyin daha neçə-neçə tarixi izlərini sinəsində yaşadan İçərişəhər təkcə Bakının deyil, ümumən Azərbaycanın rəmzləri sırasında xüsusi yer tutur. Minnətdarlıq hissi ilə xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İçərişəhərin qorunması, mühafizəsinə çox böyük önəm verir.

 Çıxışlarının birində cənab Prezident dünyanın heç bir ölkəsində İçərişəhərə bənzər yer görmədiyini demişdi: “Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan sonra da əsrlər boyu qoruyacaq. İçərişəhərin hər bir küçəsi, hər bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir. ...Dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq”. Sevindirici haldır ki, dövlət başçısının sarsılmaz iradəsi, Azərbaycanın birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənini birinci xanımı Mehriban Əliyevanın milli irsimizin qorunması və dünyada tanıdılması istiqamətində atdığı addımlar nəticəsində Şirvanşahlar sarayı, Qız Qalası və İçərişəhər 25 il əvvəl UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edildi.    


Bu il Azərbaycanın Ümumdünya İrs Siyahısındakı ilk abidəsi olan “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası” kompleksinin siyahıya daxil edilmәsinin 25-ci ildönümü tamam olur. Bu yubiley tәkcә Azәrbaycanın qlobal mәdәni irsә verdiyi töhfәnin bir göstәricisi deyil, eyni zamanda mәdәni irsin qorunması sahәsindә son 25 ildә ölkәmizin qazandığı zәngin tәcrübәnin parlaq tәcәssümüdür. Bu barədə xüsusi tapşırıqlar üzrә sәfir – UNESCO üzrә Azәrbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fәtәliyev UNESCO-nun 47-ci sessiyasında İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbirində çıxışı zamanı bildirib. O qeyd edib ki, bu tәdbirin UNESCO-nun Baş qәrargahında keçirilmәsi rәmzi mәna daşıyır vә bu, bir daha göstәrir ki, mәdәni irsin qorunması ümumbәşәri mәsәlә kimi bütün ölkәlәrin birgә sәylәrini tәlәb edir: "Mәlum olduğu kimi, İçәrişәhәr orada baş vermiş zәlzәlәnin fәsadları, urbanizasiya problemlәri vә konservasiya imkanlarının mәhdudluğu sәbәbindәn Ümumdünya İrs Siyahısına daxil edilmәsindәn cәmi bir neçә il sonra – 2003-cü ildә “Tәhlükә Altındakı Ümumdünya İrs Siyahısı”na daxil edilmişdi. “İçәrişәhәr” Tarix-Memarlıq Qoruğu İdarәsinin yaradılması, inteqrә edilmiş idarәetmә sisteminin tәtbiqi, elmi әsaslı konservasiya planlarının hazırlanması vә ardıcıl hәyata keçirilmәsi nәticәsindә 2009-cu ildә İçәrişәhәr yenidәn әsas siyahıya qaytarıldı. Bu, UNESCO tәcrübәsindә nadir hallarda rast gәlinәn uğurlu nümunәlәrdәn biri kimi tarixә düşdü". Onun sözlərinə görə, mәdәni irsin qorunmasında dövlәt qurumlarının fәaliyyәti ilә yanaşı, ictimaiyyәtin mәlumatlandırılması vә dәstәyi dә hәlledici rol oynayır. Ümumilikdə kommunikasiya tәşәbbüslәri irsin ictimai dәyәrinin formalaşmasında, onun qorunması üçün cәmiyyәtin sәfәrbәr edilmәsindә mühüm rol oynayır. S.Fətəliyev çıxışı zamanı qeyd edib ki, hazırda Azәrbaycanın Ümumdünya İrs Siyahısında beş irs nümunәsi yer almaqdadır: "Bunlardan dördü mәdәni irs kateqoriyasına aiddir: “İçәrişәhәr, Şirvanşahlar Sarayı vә Qız Qalası”, “Qobustan qayaüstü mәdәni landşaftı”, “Xınalıq mәdәni landşaftı vә Köç Yolu”, “Şәkinin tarixi mәrkәzi vә Xan Sarayı”. Bir abidәmiz – “Hirkan meşәlәri” isә Azәrbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tәbii irs nümunәsidir. Qarşıdakı illәrdә hәm mәdәni, hәm dә tәbii irs kateqoriyalarında yeni nominasiya dosyelәrinin hazırlanaraq UNESCO-ya tәqdim olunması nәzәrdә tutulur. Bu proses çәrçivәsindә elmi әsaslandırmalar, mütәxәssis rәylәri vә yerli icmaların iştirakı ilә yeni obyektlәrin beynәlxalq sәviyyәdә tanıdılması üçün ciddi hazırlıq işlәri aparılır". Baş katib vurğulayıb ki, Azәrbaycan UNESCO-nun 1972-ci il Konvensiyasının fәal tәrәfdaşıdır. "Ölkәmiz bu Konvensiyanın icrasında hәm Ümumdünya İrs Komitәsinin keçmiş üzvü kimi, hәm dә UNESCO ailәsinin etibarlı üzvü olaraq yaxından iştirak edir. 2019-cu ildә Azәrbaycanın paytaxtı Bakı şәhәri Ümumdünya İrs Komitәsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etmiş, bu tәdbir çәrçivәsindә irs sahәsindә qlobal әmәkdaşlığın güclәndirilmәsinә töhfә verib. Bu yanaşmanın davamı olaraq, Azәrbaycan 2022-2023-cü illәrdә Afrika ölkәlәrinin UNESCO üzrә milli komissiyalarının nümayәndәlәri üçün mәdәni irs sahәsindә genişmiqyaslı treninqlәr tәşkil edib. 

Tәxminәn 50 Afrika ölkәsini әhatә edәn bu tәşәbbüs, irsin coğrafiyadan asılı olmayaraq bәşәri dәyәr olduğunu bir daha nümayiş etdirib. İrs yerlәşdiyi yerdәn asılı olmayaraq bütün bәşәriyyәtә mәxsusdur vә onun qorunmasına eyni dәrәcәdә yanaşılmalıdır. Azәrbaycanın tәcrübәsinin Afrika ölkәlәri ilә bölüşülmәsi UNESCO-nun “Afrika prioriteti” siyasәti ilә tam üst-üstә düşür. Biz eyni zamanda düşünürük ki, dünya vә Ümumdünya İrs Komitәsi Afrika qitәsindә yerlәşәn mәdәni vә tәbii irs nümunәlәrinin UNESCO siyahılarında daha geniş şәkildә tәmsil olunmasına dәstәyini güclәndirmәlidir. İnanırıq ki, Ümumdünya irsinin qorunmasına olan sadiqliyimizin bir göstәricisi olaraq Azәrbaycan növbәti dәfә Ümumdünya İrs Komitәsinә üzv seçilәcәk. Bu mәqsәdlә ölkәmiz 2025–2029-cu illәr üzrә Komitәyә öz namizәdliyini irәli sürüb". S.Fətəliyev bildirib ki, Azәrbaycan multikulturalizmi dövlәt siyasәti elan etmiş bir ölkәdir. "Ölkәdә dinindәn, dilindәn, etnik kimliyindәn asılı olmayaraq bütün icmaların mәdәni irsinә hörmәtlә yanaşılır vә bu abidәlәrin dövlәt tәrәfindәn eyni dәrәcәdә qorunması tәmin edilir. Abidәlәr – insanlığın ortaq yaddaşıdır vә yalnız tolerant mühitdә yaşaya vә qoruna bilәr. Bu baxımdan, Azәrbaycan özü bir nümunәdir. Tolerantlıq әnәnәsi Azәrbaycan xalqının әsrlәrdir formalaşmış hәyat tәrzinә çevrilib. 2020-ci ildә Azәrbaycan öz torpaqlarını Ermәnistanın işğalından azad etdikdәn sonra hәmin әrazilәrdә geniş bәrpa vә quruculuq işlәri hәyata keçirilmәyә başlanıb. Bu günә olan mәlumata әsasәn, bu torpaqlarda tәqribәn 100 fәrqli mәdәni irs abidәsi әtrafında Ermәnistan tәrәfindәn işğal dövründә kütlәvi minaların basdırıldığı aşkar edilmiş vә hәmin abidәlәr hazırda ciddi tәhlükә vә risk altındadır. Tәsәvvür edin ki, 30 ilә yaxın işğal dövründә Ermәnistan tәrәfindәn yüzlәrlә abidә sistemli şәkildә dağıdılmış, mәscidlәrimiz tәhqirә mәruz qalmış, qalan abidәlәrin әksәriyyәtinin әtrafı isә minalanıb. Bәlkә dә, Azәrbaycan bu gün әtrafı minalanmış irs abidәlәrinin sayına görә dünyada ilk sıradadır. Bu vәziyyәt tәkcә maddi irsә deyil, hәm dә insan hәyatına birbaşa tәhdid vә tәhlükәdir. Azәrbaycan tәrәfdar olduğu konvensiyalara vә onlardan irәli gәlәn öhdәliklәrә hәr zaman sadiqdir vә bu belә dә qalacaqdır. İnanırıq ki, birgә sәylәrimiz nәticәsindә mәdәni vә tәbii irs bәşәriyyәtin ortaq mirası olaraq gәlәcәk nәsillәrә bütövlüyü ilә çatdırılacaqdır. Mәdәni vә tәbii irs bәşәriyyәtin ortaq sәrvәtidir vә onun qorunması yalnız keçmişә borcumuz deyil, eyni zamanda gәlәcәk nәsillәr qarşısında mәnәvi mәsuliyyәtimizdir".  Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzularda tədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yer tutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərin  UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunan təqdimatdır. 

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” olub. Eyni zamanda tədbir çərçivəisində "Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsr olunmuş bukletlər paylanıb. Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Elman Abdullayev olub. Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdim olunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələr təqdim olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see401

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see340

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see271

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see269

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see216

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see197

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see197

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see195

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see193

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see185

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see183

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see183

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see182

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see181

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see178

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see178

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see178

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see167

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see164

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri