Icma.az
close
up
RU
Şirin su çatışmazlığı: mübarizə üsulları təbiətə zərər verir

Şirin su çatışmazlığı: mübarizə üsulları təbiətə zərər verir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya Bankı tərəfindən ötən ay dərc edilən Qlobal Su Monitorinqi Hesabatının ilk nəşrinə görə, dünya hər il 324 milyard kubmetr şirin su itirir ki, bu da 280 milyon insanın ehtiyaclarını ödəmək üçün kifayətdir. Bu itkilər artan quraqlıqlar, zəif koordinasiya, meşələrin qırılması, bataqlıqların deqradasiyası və həddindən artıq israf ehtiva edən yalnış suvarma ilə əlaqədardır.

"Kontinental Qurutma: Ümumi Gələcəyimizə Hədə" adlı hesabat qlobal şirin su azalmasının müfəssəl mənzərəsini təqdim edir və daha ağıllı siyasət və investisiyalar vasitəsilə bu tendensiyanı dayandırmaq üçün çıxış yolları göstərir. Dünya Bankının baş idarəedici direktoru Aksel Van Trotsenburq bildirib ki, "Kontinental qurutma tendensiyası bir xəbərdarlıqdır, hesabatımız həmçinin həll yollarını tapmağa kömək edir. Düzgün siyasət və investisiyalarla ölkələr suyu qiymətli bir mənbə kimi idarə etməklə mövcud vəziyyəti dəyişə bilərlər. Bu, ağıllı inkişafdır və yaşana bilən bir planet qurmaq üçün vacibdir."

Yeni modelləşdirmə üsulları ilə təkmilləşdirilmiş iyirmi illik peyk məlumatlarına əsaslanan hesabat, torpaq və su idarəetmə istiqamətində aparılan siyasətin suyun mövcudluğunu necə formalaşdırdığına dair misli görünməmiş bir mənzərə təqdim edir. İndi ilk dəfə olaraq su itkisinin harada baş verdiyini - yerli və qlobal səviyyələrdə - görmək olur və buna görə də təcili olaraq harada tədbir görülməli olduğunu müəyyən etmək asanlaşır.

Suyun mövcudluğu və kənd təsərrüfatındakı su tələbatı məlumatlarını ümumiləşdirən hesabatda bu istiqamətdəki zəif nöqtələr, təhlükəli bölgələr və təcili müdaxilə üçün prioritet ərazilər müəyyən edilib. Qeyd edilir ki, qlobal su istifadəsi 2000-ci ildən bəri 25% artıb və bu artımın üçdə biri artıq quruyan ərazilərdə müşahidə olunub. Buraya Mərkəzi Amerika, Şərqi Avropanın böyük bir hissəsi və Şimali Hindistan kimi şirin su çatışmazlığı ilə üzləşən ərazilər daxildir. Bununla belə, su stresi tarixən bol su ilə təmin olunmuş, sürətli kənd təsərrüfatı, sənaye və şəhər inkişafı gedən cənub-şərqi Braziliya kimi bölgələrdə də yaranır. İş yerlərinə, gəlirlərə və ekosistemlərə düşən su təminatı gərginliui ən çox həssas bölgələrdə özünü göstərir. Afrikada quraqlıqlar hər il 600.000-900.000 insanı işsiz qoyur ki, bu da qadınlara, yaşlı insanlara, kənd təsərrüfatı işçilərinə təsir göstərir.

Son 20 ildə qlobal miqyasda daha çox su tələb edən bitkilərin becərilməsinə doğru dəyişiklik müşahidə olunub. Quruyan ölkələr arasında 37-si daha çox su tələb edən kənd təsərrüfatına keçib, onlardan 22-si quraq və yarımquraq bölgələrdə yerləşir. Bu struktur dəyişiklik, səmərəsizliklə birlikdə, onsuz da su çatışmazlığı olan ölkələrdə suya tələbatı daha da artırır. Quruyan ərazilərdə səmərəsiz suvarmanın üçdə ikisindən çoxu düyü, buğda, pambıq, qarğıdalı və ya şəkər qamışı kimi su tələb edən bitkilərin becərilməsi ilə əlaqədardır. Bu, kənd təsərrüfatı sahəsində suyun dayanıqlığı ilə uyğunlaşdıran daha ağıllı seçimlərə, daha az su tələb edən bitki növlərinin əkilməsinə ehtiyac olduğunu təsdiqləyir.

Su çatışmazlığı olan ölkələrə bitki və sənaye məhsulları kimi su tələb edən malları idxal etmək üçün bir yol xəritəsinə ehtiyac var. Sözügedən hesabatda su çatışmazlığı olan bir çox ölkənin su tələb edən məhsullar ixrac etdiyi və ticarət siyasətinin dəyişdirilməsinin əhəmiyyəti, suyun dayanıqlılığını təmin etmək üçün ağıllı iqtisadi manevrlərin vacibliyi vurğulanır.

Qlobal Su Monitorinqi Hesabatının baş müəllifi Fan Çjanq bildirib ki, kontinental quruma qaçılmaz deyil: "Tələbatı idarə etməklə, təchizatı genişləndirməklə və suyun daha ədalətli və səmərəli şəkildə bölüşdürülməsi yolu ilə ölkələr su sistemlərini sabitləşdirə və gələcəklərini təmin edə bilərlər. Məlumatlar göstərir ki, həll yolları mövcuddur; hazırda dünyanın ehtiyac duyduğu şey koordinasiya, investisiya və qətiyyətdir.”

Hesabatda böhranı həll etmək üçün üç hissədən ibarət strategiya tələb olunur: suya olan tələbatı texnologiyalar, qaydalar və ictimaiyyətin məlumatlandırılması vasitəsilə daha səmərəli idarə etmək, təkrar emal, duzsuzlaşdırma və təkmilləşdirilmiş saxlama yolu ilə alternativ su təchizatını genişləndirmək, sektorlar və regionlar arasında ədalətli və effektiv su bölgüsünü təmin etmək.

Küveyt hal-hazırda içməli su ehtiyacı baxımından 1-ci yerdədir, ölkənin içməli su tələbatı şirin su mənbələrindən təmin edilmir, daha çox desalinasiya üsulundan istifadə edilir, yəni dəniz suyundan və ya şoran sudan duz və digər mineralların çıxarılması prosesi ilə suyu içilə bilən, kənd təsərrüfatında, sənayedə və məişətdə istifadə üçün yararlı hala gətirirlər. Bəhreyn də yüksək şirin su çatışmazlığı kateqoriyasındadır, su ehtiyatları çox məhduddur, su tələbini ödəmək üçün alternativ texnologiyalar istifadə olunur. Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Yəmən, Liviya da içməli su ilə bağlı risk altında olan ölkələrdəndir.

Dünyanın bir çox ölkəsində (xüsusən Yaxın Şərqdə) şirin su ehtiyatları az olduğu üçün içməli suyun böyük hissəsi desalinasiya ilə təmin olunur. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İsrail kimi ölkələrdə membran üsulundan istifadə edilir. Dəniz suyu yüksək təzyiqlə xüsusi membranlardan keçirilir, membran duzu və çirkləri saxlayır, yalnız təmiz su keçir. Bu üsul əvvəllər enerji sərfiyyatına görə effektiv hesab edilmirdi, lakin müasir texnologiyalarla enerji sərfiyyatı əvvəlki illərlə müqayisədə azaldığı üçün ən çox istifadə olunan texnologiyadır.

Termal yolla distillə, buxarlandırma üsulu da duzlu suyun şirin suya çevrilməsində istifadə edilən üsullardandır. Bu üsulla su qızdırılır, buxar halına keçir, buxar soyuq səthdə kondensasiya olunur, duz aşağıda qalır, təmiz su ayrılır. Bu üsulda enerji sərfiyyatı çox olduğu üçün daha çox neft-qaz ölkələrində istifadə olunur.

Digər üsul elektrodializ adlanır. Elektrik cərəyanı ilə su içindəki ionlar (duzlar) xüsusi membranlar vasitəsilə ayrılır. Bu üsul az duzlu su üçün daha uyğundur və şirin su qıtlığı olan ölkələr üçün etibarlı mənbə yaradır, habelə daimi, davamlı su təchizatı təmin edir. Lakin bu üsulun da çatışmazlıqları var, enerji sərfiyyatı yüksəkdir. Ümumiyyətlə, desalinasiya üsuları ilə şirin su təminatı olmayan ölkələrdə bu çatışmazlıq aradan qaldırılır, lakin bu prosesin ətraf mühitə təsiri var, belə ki, duzlu konsentratın dənizə qaytarılması ekosistemi poza bilər.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri