Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Türkiyədə gözlənilməz həbs: İqtidara yaxınlığı ilə tanınan jurnalist saxlanıldı

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Tarixi Bakı məclisinin ideyalarını dirçəltmiş türkoloq

Tarixi Bakı məclisinin ideyalarını dirçəltmiş türkoloq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

I Türkoloji Qurultay – 100

Türkoloji qurultayın 100 illik yubileyi ilə bağlı ölkə Prezidentinin sərəncamı respublikamızda türkologiya elminin tarixinə geniş miqyasda nəzər salmaq üçün də meydan açmışdır.

1969-cu ildə Azərbaycan Dövlət Universitetində türkologiya kafedrasının açılması 1937-ci ilin repressiyalarında ağır zərbə almış milli türkologiya məktəbinin dirçəldilməsində və inkişaf etdirilməsində önəmli rol oynamışdır. Kafedranın yaradılmasında və ona rəhbərlik edilməsində fədakarlıq göstərmiş Türk dünyasının görkəmli türkoloqu Fərhad Ramazan oğlu Zeynalovun xidmətləri əlamətdar yubiley ərəfəsində qədirbilənliklə xatırlanır.

Müsahibimiz unudulmaz türkoloqun istedadlı yetirmələrindən biri, BDU-nun türkologiya kafedrasının professoru Elbrus Əzizovdur. Xatırladaq ki, o, Fərhad Zeynalovun vəfatından sonra müəlliminin və həmkarının xatirəsinə elmi-biblioqrafik yazı hazırlayıb çap etdirmişdir. Həmin məqalə Türkiyədə də filologiya fakültəsinin mərhum professoru Abbas Zamanovun təqdimatı ilə işıq üzü görmüşdür. Yazı qardaş ölkədə “Görkəmli türkoloq” adı ilə çap olunmuşdur.

– Elbrus müəllim, türkoloq alim, professor Fərhad Zeynalovun xidmətləri bu günümüzün aynasında necə görünür?

– Azərbaycanda türkologiya elminin inkişafında böyük xidmətləri olmuş mərhum professor Fərhad Zeynalov ölkəmizin elm və təhsil tarixində özünəməxsus yer tutan görkəmli dilçi alimdir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil aldığım illərdə onun mühazirələrini dinləmiş bir tələbə, Fərhad müəllimin müdir olduğu türkologiya kafedrasının ilk aspirantı, nəhayət, onunla birgə işləmiş müəllim kimi bu böyük elm xiridarı haqqında təkrar-təkrar yazmağı özümə həmişə mənəvi borc bilmişəm. Görkəmli alimin həyat yolu, zəngin elmi-pedaqoji fəaliyyəti elm və təhsil sahəsində çalışan yeni nəsil üçün örnək ola bilər.

Fərhad Ramazan oğlu Zeynalov 1929-cu il iyunun 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Onun uşaqlıq illəri çətinliklər içində keçmişdir. Atası II Dünya müharibəsində həlak olmuş, az sonra anasını da itirmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1953-cü ildə həmin fakültəni Azərbaycan dili və ədəbiyyatı, məntiq və psixologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin Ümumi və tipoloji dilçilik kafedrasının aspirantı olmuş, məşhur türkoloq professor N.A.Baskakovun elmi rəhbərliyi ilə 1957-ci ildə “Nitq hissələrinin təsnifi prinsipləri (adlar)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Fərhad müəllim pedaqoji fəaliyyətə 1957-ci ildə ADU-nun Ümumi dilçilik kafedrasında başlamışdır. Alimin elmi fəaliyyətinin əsas istiqamətini türk dillərinin qrammatik quruluşunun öyrənilməsi təşkil edirdi. Bu sahədə gərgin əməyinin nəticəsi olaraq o, 1966-cı ildə “Müasir türk dillərində köməkçi nitq hissələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə professor elmi adını almışdır. Fərhad Zeynalov 1969-cu ilin noyabrından ömrünün sonunadək universitetdə özünün təşəbbüsü ilə açılmış Türkologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Azərbaycanda ilk türkoloji araşdırmalar XX əsrin 20-30-cu illərində aparılmış, lakin 1930-cu illərin məlum repressiyaları nəticəsində sonrakı illərdə bu sahədə tədqiqatlar, demək olar ki, dayanmışdı. Yalnız XX əsrin 50-ci illərinin axırlarından respublikamızda türkologiyanın ikinci dirçəliş mərhələsi başlamışdır. F.Zeynalovun türkologiyaya gəlişi məhz həmin dövrə təsadüf edir.

Azərbaycanda türkologiyanın inkişafında professor Fərhad Zeynalovun mühüm xidmətləri olmuşdur. O, “Türkologiyaya giriş”, “Qədim türk yazılı abidələri”, “Türk dillərinin müqayisəli qrammatikası” fənlərinin Azərbaycan Dövlət Universitetində tədrisində bu fənlərə aid proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşri sahəsində böyük işlər görmüşdür. Türk dillərinin görkəmli tədqiqatçısı az müddət ərzində 2 hissədən ibarət olan “Türk dillərinin müqayisəli qrammatikası” (1974; 1975), “Qədim türk yazılı abidələri” (1980) dərs vəsaitlərini, “Türkologiyanın əsasları” (1981) dərsliyini hazırlayıb çap etdirmişdir. Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün yazılmış “Türkologiyanın əsasları” dərsliyi keçmiş sovet məkanında ilk təşəbbüs kimi elmi-pedaqoji ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdı. “Maarif” nəşriyyatında 4 min tirajla nəşr olunmuş bu əsər təkcə mütəxəssislərin deyil, filoloq olmayan oxucuların da marağına səbəb olmuşdur. Dərslikdə türk dillərinin qədim tarixi, inkişaf dövrləri, mənşəyi, fonetik, leksik, qrammatik quruluşu, habelə ayrı-ayrı dillərin ortaq və fərqli xüsusiyyətləri haqqında dəyərli məlumatlar yer almışdı. Sovet rejimi dövründə belə bir əsərin nəşri Azərbaycanda türkoloji dilçiliyin inkişafına təkan vermiş, sonralar müstəqillik dövründə bu əsərin təsiri ilə “Türkologiyaya giriş” adlı bir neçə dərslik də nəşr olunmuşdur.

– Fərhad Zeynalovun müasir türk dillərindəki araşdırmaları ilə bağlı elmi fəaliyyətinin əhatə dairəsi barədə nə deyə bilərsiniz?

– Fərhad Zeynalovun çap olunmuş əsərlərinin sayı 70-dən çoxdur. Sağlığında onun 12 kitabı nəşr olunmuşdur. Bu əsərlər içərisində “Müasir türk dillərində köməkçi nitq hissələri” (1971) monoqrafiyası türkologiyada yüksək qiymətləndirilmiş araşdırmadır. Görkəmli alimin türk dillərinin fonetika, leksika və morfologiyasını əhatə edən irihəcmli “Türk dillərinin müqayisəli qrammatikası” (353 s.) əsəri müəllifin vəfatından 24 il sonra 2008-ci ildə işıq üzü gördü.

Türkologiyanın aktual problemləri F.Zeynalovun tədqiqatlarının mərkəzində olmuşdur. Bu cəhətdən “Tərz kateqoriyası və onun türk dillərində təzahürü məsələsi” (1972), “Müasir türk dillərində analitik yolla yaranan feil formaları” (1977), “Türk dillərində mürəkkəb feil problemi” (1983) və s. məqalələri türkologiyanı daha da zənginləşdirmişdir. Alimin bir sıra məqalələri keçmiş SSRİ-nin elmi mərkəzlərində, Berlin, Paris, Budapeşt, Ankara və İstanbulda nəşr olunmuşdur.

– Unudulmaz türkoloqun elmi yaradıcılığının mühüm bir hissəsi türk dillərinin yazılı abidələrinin araşdırılmasına həsr olunub. Bu əsərlər zaman keçdikcə dəyərini artırır.

– Bəli, Fərhad müəllim türkologiyanın novator tədqiqatçısı idi. Yəqin ki, ömür vəfa etsəydi, o, türkologiyanın açılmayan səhifələrini qətiyyəti və zəhməti sayəsində yazıb üzə çıxaracaqdı. F.Zeynalov ömrünün son illərində türk dillərinin yazılı abidələrinin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Onun kafedramızın fədakar alimlərindən biri, mərhum professor Samət Əlizadə ilə birlikdə tərtib etdiyi “Kitabi-Dədə Qorqud” eposu 1988-ci ildə görkəmli türkoloqun vəfatından dörd il sonra nəşr olundu. Bu nəşr abidənin əvvəlki nəşrlərindən bəzi məziyyətləri ilə fərqlənir. Belə ki, burada əsərin Drezden və Vatikan nüsxələri nəzərə alınmaqla elmi-tənqidi mətn verilmiş, mətnin transkripsiyası əlyazmanın orfoqrafiyasına xeyli yaxınlaşdırılmışdır. Bundan başqa, tərtibçilərin kitaba mətnin sadələşdirilmiş variantını da daxil etməsi onun oxucu dairəsini daha da genişləndirmişdi.

Fərhad Zeynalovun 1974–1975-ci illərdə 2 hissədə nəşr olunmuş “Türk dillərinin müqayisəli qrammatikası” əsərinin Yusif Çedikli tərəfindən türk dilinə tərcümə edilərək 1993-cü ildə İstanbulda “Türk lehçelerinin karşılaştırmalı dilbilgisi” adı ilə nəşr edilməsi də alimin xatirəsinə böyük ehtiram əlamətidir.

– Qeyd etdiyiniz kimi, türkologiyanın cəfakeşi olmaqla yanaşı, qarşısındakı tələbənin qiymətini, elmi dəyərini bilməkdə, universitetə potensial imkanlı kadrların cəlb olunmasında milli təəssübkeşlik göstərməkdə də Fərhad müəllimin zəhməti danılmazdır.

– Bəli, Fərhad müəllim yeri görünən, sözün böyük mənasında xeyirxah müəllim, əsl ziyalı idi. Yeri gəlmişkən, bu barədə maraqlı faktlar açıqlayacağam. Elmi kadrların hazırlanması sahəsində də F.Zeynalovun xidmətləri çox olmuşdur. Onun elmi rəhbərliyi ilə bir neçə tədqiqatçı namizədlik dissertasiyası müdafiə etmiş, bir sıra türk xalqlarının (qazax, qaraqalpaq, qumuq, balkar, çuvaş) nümayəndələri onun rəhbərlik etdiyi Türkologiya kafedrasının yaxından köməyi ilə alimlik dərəcəsi almışdır.

Gərgin elmi axtarışları, həyatda və elmdə öz sözünü deyə bilmək bacarığı, nəhayət, gözəl təşkilatçılıq qabiliyyəti işlədiyi kollektivdə və elmi ictimaiyyət arasında ona böyük nüfuz qazandırmışdı. F.Zeynalov görkəmli alim olmaqla yanaşı, eyni zamanda həssas, qayğıkeş insan, tələbkar müəllim idi. O, bizim nəslin müəllimi idi. Fərhad müəllim adam tanıyan, zənnində yanılmayan bir insan idi, elmə gələn və ya gəlmək istəyən tələbələrinə qayğı göstərər, köməyini əsirgəməzdi. Bu sətirləri yazarkən Fərhad müəllimin mənə göstərdiyi etimaddan danışmaya bilmirəm.

4-cü kursda oxuyanda o, bizim qrupda “Türkologiyaya giriş” fənnindən mühazirə oxuyur, türk dillərinin tarixindən, bu dillərin quruluşundan, ortaq və fərqli xüsusiyyətlərindən danışırdı. Bütün bunlar bizim üçün yeni idi. Buna görə də Fərhad müəllimin mühazirələrini səbirsizliklə gözləyir, böyük maraqla dinləyirdik. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib Yevlax şəhərində orta məktəbdə dil-ədəbiyyat müəllimi vəzifəsində işləsəm də, yenidən universitetə qayıdıb təhsilimi aspiranturada davam etdirmək istəyirdim.

1971-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya qəbulda yeni açılmış Türkologiya kafedrasına da “Türk dilləri” ixtisası üzrə bir yer verilmişdi. Fərhad müəllim həmin yer üçün təcili olaraq əlaçı bir məzun axtarır. Universiteti əla qiymətlərlə bitirib filologiya fakültəsində saxlanmış tələbə yoldaşım bu məsələdən söhbət düşəndə mənim adımı çəkir. Fərhad müəllim deyir ki, mən onu tanıyıram, xəbər ver, istəyirsə gəlsin. “İstəyirsə gəlsin” nədir, bu xəbəri eşidəndə uçmağa qanadım olmadı. Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin ora. Bakıya gəlib sənədlərimi aspirantura şöbəsinə verdim, may ayında keçirilən qəbul imtahanlarında iştirak etdim və qəbul oldum. Bu mənim həyatımda unudulmaz günlərdən biridir.

Yeri gəlmişkən deyim ki, Fərhad müəllimin mənə göstərdiyi etimadı doğrulda bildim. Fərhad müəllim kafedrada elə bir nizam-intizam yaratmışdı ki, zəhmətə qatlaşan və gələcəyi olan tələbələrə, elmi potensiallı gənc tədqiqatçılara müəllimlər hərtərəfli qayğı göstərirdilər. Və mən bu etimadı, xalq üçün, elmimiz üçün fədakarlıq edən əsl pedaqoq ziyalıları türkologiya kafedrasında görmüşəm. Professor Tofiq Hacıyevin elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını 1974-cü ilin mayında vaxtından əvvəl, yəni əyani aspirant müddətinin bitməsinə üç ay qalmış müdafiə etdim.

Fərhad müəllim daim irəliyə doğru can atan insan idi. Azərbaycanda türkologiya elminə böyük töhfələr vermiş alim və mahir pedaqoq 1984-cü il oktyabrın 16-da 55 yaşında ağır xəstəlikdən vəfat etdi. Görkəmli türkoloqun qəfil ölümü onu tanıyanları sarsıtdı.

Professor Fərhad Zeynalovun adı Azərbaycan Dövlət Universitetində Türkologiya kafedrasının yaradılmasında, respublikamızda sovet dövründə türkologiyanın inkişafında və bu elm sahəsinə aid fənlərin tədrisində böyük xidmətləri olmuş alim və pedaqoq kimi həmişə hörmətlə anılacaq.

Söhbəti hazırladı:
Kəmalə ABDİNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see476

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see342

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see315

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see295

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see286

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see267

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see264

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see262

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see232

Türkiyədə gözlənilməz həbs: İqtidara yaxınlığı ilə tanınan jurnalist saxlanıldı

31 İyul 2026 05:02see212

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see192

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see187

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see183

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see180

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see179

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see178

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see174

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see174

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see165

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri