Icma.az
close
up
RU
Tarixi dönüş və ya diplomatik fenomen

Tarixi dönüş və ya diplomatik fenomen

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 bitdi. Ancaq nəticələri hələ çox müzakirə olunacaq. Bu haqda çox fikirlər, çox mülahizələr var. Ancaq, zənnimcə, Azərbaycan prezidenti İlham Əliyevin verdiyi qiymət ən qısa, konkret, dəqiq, eyni zamanda dolğun dəyərləndirmədir. Prezident deyib: "COP29 iqlim diplomatiyasında tarixi dönüş nöqtəsidir".

Bunun açması, bilirsiniz, nə deməkdir? O deməkdir ki, iqlim diplomatiyası indiyədək yanlış istiqamətdə irəliləyirdi. Böyük-böyük ölkələrin ağırçəkili diplomatlarına, liderlərə elə gəlirdi ki, onlar hər gün iri addımlarla irəli gedirlər. Ancaq COP29 göstərdi ki, əslində, indiyədək gedilən o "irəli", əslində tam olaraq yerində saymaq imiş. Əgər geriyə getmək deyildisə.

Azərbaycan prezidentinin bu sözləri, sadəcə, onun öz şəxsi, subyektiv mülahizəsi deyil. Adətən subyektiv mülahizələr doğru da ola bilir, yanlış da ola bilir. Amma "COP29 iqlim diplomatiyasında tarixi dönüş nöqtəsidir" fikri real faktlara, bütün COP-ların, xüsusilə də, COP29-un özünün nəticələrinə əsaslanır.

Dünya Bakıda oturub hara və niyə, necə getdiyini təhlil etdi, belə nəticəyə gəldi ki, getdiyi yön, tutduğu yol yanlışdır. Qlobal iqlim fəlakətindən xilas olmaq üçün ortaya həm yekdil və güclü siyasi iradə, həm də problemin həllinə yetəcək qədər maliyyə resursu qoymaq lazımdır.

Ən son 2009-cu ildə COP15-də Danimarkanın paytaxtı Kopenhagendə 100 milyard dollarlıq bir öhdəlik götürülmüşdü və qarşıdakı 10 ildə yerinə yetirilməsi qərarlaşdırılmışdı. Ancaq bu öhdəlik 12 il ərzində birtəhər yerinə yetirildi.

Təbii ki, bu, bəs etmədi, etməyəcəkdi. Kopenhagendən sonra 13 dəfə COP keçirildi, amma heç biri qlobal maliyyə məqsədini üzərinə götürmədi. Çünki maliyyə məqsədli COP gərgin müzakirələr, kəskin mübahisələr, maraq münaqişələri deməkdir. Bu, konfransa sədrlik edən ölkədən fövqəladə dərəcədə siyasi təmkin və diplomatik ustalıq, bir sözlə, yüksək dövlət kompetensiyası tələb edir. Üstəlik, çox müxtəlif və toqquşan mövqeləri ortaq məxrəcə gətirmək üçün qəbul edən ölkə xoşgörülü və qucaqlayıcı olmalıdır. Bunlarla yanaşı, nəticələrə görə mənəvi cavabdehlik də var.

Doğrudur, ortaq qərarı verməli olan bütün 200 ölkədir. Azərbaycan bunlardan, sadəcə, biridir və yalnız bir səsi var. Üstəlik burada bir yox, beş səsin də olsa, heç nə dəyişmir; hər şey konsensusla həll olunur. 200 ölkənin arasında konsensus tapa bilmək isə çox böyük məsuliyyətdir. Bir sıra böyük dövlətlərin başçıları hətta konfransda iştirak etməyin məsuliyyətindən qaçdığı halda, Azərbaycan prezidenti, bütövlükdə dövlət bu məsuliyyəti öz üzərinə aldı.

Əvvəl də yazdığımız kimi, Azərbaycan həm COP29-un təşkilinin, həm də son nəticənin - yekun konsensusun məsuliyyətini daşımağa hazır olduğunu göstərdi. Nəticə də məlumdur: Bakıdakı COP əvvəla, Kopenhagendəkindən üç dəfə çox -2035-ci ilədək hər il 300 milyard ABŞ dolları məbləğində maliyyə öhdəliyini müəyyənləşdirdi və qərarlaşdırdı. İkincisi, İtki və Zərər Fondu haqda qərarı ilə bu öhdəliyin yerinə yetirilməsinin mexanizmini yaratdı, üçüncüsü, 1,3 trilyonluq bir maliyyə hədəfi təyin etdi. Bundan sonrakı COP-da müzakirə nəinki 1 trilyon dollar, bundan daha böyük - 1,3 trilyon dollar maliyyə hədəfi ətrafında gedəcək. Dünyanın yüksək diplomatiya masasına və ayrıca iqlim diplomatiyasının tarixinə Bakı Maliyyə Məqsədi deyə bir fenomen daxil oldu. Bakıda Dünyanın qarşısına yeni, realist bir qlobal məqsəd qoyuldu. Bu, doğrudan da, tarixi dönüş nöqtəsidir.

Bilirsiniz, elə dövlət var, öz təbii-siyasi coğrafiyası boydadır, elə dövlət var, öz coğrafi ərazisindən belə... kiçikdir. Azərbaycan isə COP29-la dünyaya sübut etdi ki, o nəinki öz milli coğrafiyasından, hətta yerləşdiyi bölgənin coğrafiyasından da böyük dövlətdir.

Bu, artıq keçmiş Sovet məkanının şərq ucqarındakı zəif bir xammal ölkəsi deyil, güclü və müasir bir dövlətdir. 2020-2023-cü illərdə - üst-üstə cəmi 45 gündə dünyanın həll edə bilmədiyi, yaxud həll etmək istəmədiyi problemini - öz torpaqlarının işğaldan azad olunması problemini Azərbaycan özü həll etdi. Bu da fenomenal bir nəticə, ağlasığmaz bir uğur idi. Buna qədər və bundan sonra hər halda son 100 ildə Azərbaycandan başqa heç bir dövlət özünün işğal olunmuş ərazilərini hərbi-siyasi yolla təkbaşına azad edə bilməyib. Son 100 ildə bunu yalnız İkinci Dünya Müharibəsində Sovet İttifaqı bacarıb, o da ABŞ və Böyük Britaniya kimi güclü müttəfiqləri ilə birlikdə.

Əlbəttə, tarix də, miqyas da fərqlidir. Ancaq mahiyyət eynidir. Hazırda Ukraynaya baxsaq, görərik ki, ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər başda olmaqla dünyanın 49 ölkəsindən dəstək aldığı halda Ukrayna nəinki öz ərazisini qoruya bildi, əksinə məğlub olmaq ərəfəsindədir. Azərbaycan isə arxasında böyük güclərin aşkar və gizli dəstəyi olan, terror təşkilatlarının belə köməyindən istifadə edən Ermənistana qalib gəldi.

Bu da tarixin dönüş nöqtələrindən biri idi və Azərbaycanı öz coğrafiyasından dünyaya çıxarıb böyütdü.

Eynilə COP29 da belə bir imkan oldu. Həm böyük risk, həm böyük fürsət olan bu qlobal diplomatik platformada da Azərbaycan üzərinə düşən yükü təkbaşına daşımalı oldu və daşıdı da. Bundan sonra keçirilən iqlim konfransları Bakıda qərarlaşdırılan hədəfdən daha aşağıya düşə bilməyəcək. Prezident "iqlim diplomatiyasında tarixi dönüş nöqtəsi" ifadəsini işlədərkən həm də bunu nəzərdə tutub.

Azərbaycanın bu uğuru dünyada da qəbul edildi. BMT-nin baş katibi bu nəticədən məmnundur, ABŞ-ın prezidenti, Böyük Britaniyanın baş naziri və sair dünya liderləri Azərbaycanı, Azərbaycan prezidentini bu qlobal tarixi konsensusa görə təbrik edib. Yekun qərarı bütün ölkələrin COP29-dakı nümayəndələri ayaq üstə alqışladı.

Bəlkə də biz hadisələrin içində olduğumuza görə bəzilərimiz baş verənlərin əhəmiyyətini tam dərk edə bilməmişik. Ancaq bu, faktdır ki, Azərbaycan dünya tarixinə çox mühüm bir diplomatik uğurla da daxil oldu. Həm də qlobal iqlim diplomatiyasının uğuru ilə.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see454

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see313

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see223

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see222

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see216

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see212

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see210

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see199

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ Faizlər daha əlçatan olacaq

11 İyun 2026 16:24see198

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see185

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see185

Qeydiyyat yoxdursa, vətəndaş da yoxdur: “Qara biznes”ə qapı açılıb

11 İyun 2026 17:00see185

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see181

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see176

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see174

Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

12 İyun 2026 01:16see168

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see168

Son zənglə bağlı valideynlərə çağırış edildi

11 İyun 2026 13:29see166

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see161

DÇ 2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

12 İyun 2026 01:09see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri