Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Tarixi düşmənin çağırışı ölkəni ikiyə böldü: 4 nəfərin adı çəkilir 12 il əvvəl Novruzda...

Tarixi düşmənin çağırışı ölkəni ikiyə böldü: 4 nəfərin adı çəkilir 12 il əvvəl Novruzda...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Türkiyədə uzun illərdir həbsdə saxlanılan PKK terror təşkilatının qurucusu Abdullah Öcalanın fevralın 27-də yayımladığı müraciət böyük rezonans doğurub. Öcalan qruplaşma üzvlərinə səslənərək onları silahı yerə qoymağa və təşkilatı ləğv etməyə çağırıb. Həmçinin kürdlər üçün mübarizə dövrünün bitdiyini, problemlərin müzakirə əsasında həll edilməli olduğunu, təşkilatın siyasi müstəvidə fəaliyyətini davam etdirə biləcəyini söyləyib.

Öcalanın çağırışı Türkiyə və beynəlxalq siyasi arenada müəyyən fikir ayrılıqlarına səbəb olub. Bəzi ekspertlər bunu Ankara hökumətinin tarixi uğuru kimi dəyərləndirsə də, müraciətin heç bir effekt verməyəcəyini düşünənlər də az deyil. Abdullah Öcalanın artıq 20 ildən çoxdur həbsdə olduğu, PKK üzərində heç bir təsirinin qalmadığı vurğulanır.

Sözügedən çağırış Türkiyənin 40 ildən çoxdur davam edən terrorla mübarizə prosesinə necə təsir edəcək? PKK nəticə olaraq yaxın zamanda tamamilə ləğv edilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, bu, Türkiyə siyasətinin yeni uğurudur:

“Öcalanın “silahları yerə qoyun” çağırışı Türkiyə tarixi və siyasəti üçün böyük hadisədir. 1980-ci illərdə ölkədə iqtisadi liberallaşma və depolitizasiya proqramları tətbiq edildi, 1990-cı illərdə isə siyasi arenada yeni partiyalar meydana çıxdı. 1984-cü ildən PKK ilə Türkiyə hökuməti arasında başlayan silahlı münaqişə on minlərlə insanın həyatına son qoydu.

Öcalanın bu addımı 40 ildən artıq davam edən savaşı bitirəcək. Lakin bu təşəbbüsü Prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkət Partiyasının (MHP) lideri Dövlət Baxçalının irəli sürdüyünü də vurğulamaq lazımdır”.


Ramiyə Məmmədova

Politoloq bildirib ki, Abdullah Öcalanın çağırışı, PKK-nın hərbi rəhbərliyi və regiondakı digər kürd qüvvələrinin fəaliyyətinə, xüsusilə Suriya və İraqdakı vəziyyətə təsir göstərə bilər:

“Türkiyə hökuməti yaranmış fürsətdən istifadə edərək, münaqişəni sona çatdırmaq və regionda sabitliyi təmin etmək üçün hərbi və siyasi strategiyaları birləşdirən bir yanaşma tətbiq etməyi planlaşdırmalıdır.

Bu hadisə Türkiyənin son 40 ildəki siyasi inkişaflarının və kürd məsələsinin həllinə yönəlmiş səylərin mühüm bir mərhələsi kimi qiymətləndirilə bilər. Təbii ki, sözügedən bəyanatın əleyhinə çıxanlar da az olmayacaq, çünki kürdlərdən ibarət terror təşkilatlarının hamısı Öcalana tabe deyil. Lakin bu, yeni bir sülhə gedən yol kimi də qiymətləndirilməsinə və gələcək danışıqlar masasında fərqli məsələlərin müzakirəsinə rəvac verəcək”.

Politoloq Zeynal Əmrəliyev isə PKK-nın diplomatik yolla bitirilməsinin mümkün olmadığını qeyd edib:

“Bu adamları bağışlasalar, onların Türkiyə Böyük Millət Məclisinə (TBMM) yolu açılacaq. Terrorizmə dəstəkdə adı hallanan kürd əsilli siyasətçilər Leyla Zana, Pərvin Buldanı qəbul etməkdə çətinlik çəkilir, digərləri necə qəbul olunacaq? Əgər bu məsələnin siyasi müstəvidə həlli məqbul görülürsə, niyə Səlahəddin Dəmirtaş hələ də həbsdədir? Niyə Demokratik Toplum Partiyası, Barış və Demokratiya Partiyası kimi siyasi kürd partiyalarının fəaliyyətinə qadağa qoyuldu?  Öcalanın sağında əyləşmiş Ahmet Türkə baxın, adam hər seçkilərdə Mardin Böyükşəhər Bələdiyyəsinin sədri seçilir, sonra hökumət onun sədrliyini PKK ilə yaxınlıq səbəbindən ləğv edir, yerinə qəyyum göndərir.

PKK kənar dövlətlər və Türkiyənin şərqində formalaşmış feodal tayfa qruplarının hökumətə təzyiq vasitəsi kimi yararlandığı, maddiyyat üzərindən fəaliyyətini davam etdirən silahlı qrupdur. Burada heç bir ideoloji sxem yoxdur. Hələ Azərbaycanda bir çoxları PKK-nın legitimliyi məsələsini də müzakirə edir. Bu qruplaşmaya legitimlik lazımdır?”


Zeynal Əmrəliyev

Z.Əmrəliyev 21 mart 2013-cü ildə Diyarbəkirdə keçirilən Novruz mərasimində Abdullah Öcalanın məktubunun oxunmasını xatırladıb:

“Məktubda PKK-ya Türkiyə sərhədlərini tərk etmək çağırışı edilirdi. Həmin ilin 25 aprelində təşkilatın faktiki lideri Murad Karayılan böyük bir mətbuat konfransı keçirir və 8 maydan etibarən geri çəkiləcəklərini bildirir. 26 iyunda Ərdoğan Türkiyə Ziyalılar Fondunun üzvləri ilə baş nazirlik binasındakı görüşündə PKK-nın onları aldatdığını, sadəcə 15 faizinin geri çəkildiyini açıqlayır. Beləliklə qruplaşma 9 sentyabrda geri çəkilmə prosesini dayandırır.

Abdullah Öcalan öz siyasi varlığını sonlandırıb, tarix olub. PKK üçün o, ölü kimi bir şeydir. Sadəcə şəxsiyyətinə hörmət edirlər, onun haqqında əfsanəvi rəvayətlər danışırlar, lakin tarixi obraz kimi baxırlar. 26 ildir həbsdə olan birinin sözünə heç kim etibar etməz”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri