Icma.az
close
up
RU
Tarixi ədalətin bərpasından yeni inkişaf dövrünə

Tarixi ədalətin bərpasından yeni inkişaf dövrünə

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəngilan rayonunun işğaldan azad edilməsi tarixi ədalətin bərpası və bölgənin gələcək inkişafı üçün mühüm başlanğıc olmuşdur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 oktyabr tarixi Zəngilan şəhəri günü olaraq təsis edilmişdir. Həmin gün bu şəhərin tarixi, mədəni, iqtisadi və sosial inkişafını nümayiş etdirir.

Zəngilan rayonunun təbii və mədəni sərvətləri onun tarixi və coğrafi əhəmiyyətini daha da artırır. Rayon ərazisində çöküntü suxurları, həmçinin qızıl və qara mərmər yatağı, əhəng xammalı, tikinti və susuzlaşdırılmış soda üçün əhəng daşı kimi müxtəlif faydalı qazıntılar mövcuddur. Bu məkanın coğrafi xüsusiyyətlərini tamamlayan dörd əsas çay – Araz, Oxçuçay, Həkəri və Bəsitçay həm əkinçilik, həm də su resursları baxımından böyük əhəmiyyət daşıyır. Bundan əlavə, ərazidə qədim məscidlər, ziyarətgahlar və digər dini-mədəni abidələr mövcud olmuş, onların bərpası hazırda tarixi irsin qorunmasına, turizmin inkişafına xidmət edir.
Zəngilan rayonunun strateji mövqeyi həm müdafiə, həm də iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Rayon şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər uzanır, şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan isə Araz çayı boyunca İran İslam Respublikası ilə sərhəddir. Qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Bu mövqe rayonun təhlükəsizlik baxımından strateji əhəmiyyətini artırmaqla yanaşı, ticarət və nəqliyyat sahəsində də üstünlük təmin edir.
İşğaldan əvvəl Zəngilan iqtisadi baxımdan əsasən kənd təsərrüfatı ilə məşğul olmuş, ərazidə 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərmişdir. Rayon ərazisində, həmçinin 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı mövcud olmuşdur. Bu infrastruktura malik olması rayonun iqtisadi inkişafı üçün mühüm bazanı təşkil etmişdir. İşğaldan əvvəl fəaliyyət göstərən kənd təsərrüfatı sahələri, nəqliyyat və kommunal şəbəkələr hazırda yenidən qurulmaqla bərpa prosesinə sürət qazandırır.
Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün ərzində tam mühasirədə qalmış, əhali düşmənə layiqli müqavimət göstərmişdir. 1993-cü il oktyabrın 29-da bu rayon erməni silahlı qüvvələri tərəfindən zəbt olunmuşdur.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri oktyabrın 20-də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı qəsəbələri və Zəngilan şəhərini işğaldan azad etmişdir. Rayonun azad edilməsi ilə 132 kilometr sərhəd xətti bərpa edilmişdir.
2020-ci il noyabrın 26-da təsis edilən “Zəngilanın azad olunmasına görə” medalı həmin döyüşlərdə iştirak etmiş 6974 hərbi qulluqçuya təqdim edilmişdir. Bu medallar hərbi xidmət və igidlik nümunələrinin dövlət səviyyəsində tanınması ilə yanaşı, qəhrəmanlıq tariximizin gələcək nəsillərə ötürülməsinin bir təzahürüdür.
Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri böyük sürətlə davam edir. Birinci pilot layihə Zəngilanda, Ağalı kəndində həyata keçirilib. Kənd 200 evdən ibarət olmaqla salınmış, məktəb, bağça, tibb məntəqəsi və digər sosial xidmət obyektləri inşa edilmişdir. 2022-ci ilin may ayında kəndin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlamış, “Böyük Qayıdış” layihəsi çərçivəsində ümumilikdə 175 ailə, yəni 871 nəfərin köçürülməsi təmin olunmuşdur. Yeni sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına uyğun işlə təmin edilmişdir.
“Ağıllı kənd” layihəsi dayanıqlı inkişafı təmin etmək məqsədilə həyata keçirilmişdir. Həkəri çayı üzərində 3 hidravlik turbinli su elektrik stansiyası və fotovoltaik günəş panelləri quraşdırılmış, evlərdə kombinə edilmiş istilik sistemi, günəş kollektorları və çirkab suların bioloji emalı ilə texniki su təminatı həyata keçirilmişdir. GPON texnologiyası ilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Eyni zamanda, tele-səhiyyə, e-təhsil və digər elektron xidmətlər üçün innovativ həllər tətbiq edilmişdir.
Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Plan çərçivəsində bir neçə yaşayış layihəsi icra edilir və şəhərin ilk sakinləri tezliklə doğma yuvalarına qayıdacaq. Baş plan həm infrastrukturu, həm də sosial və iqtisadi sahələri əhatə edir, rayonun dayanıqlı inkişafını təmin etmək məqsədi daşıyır.
Zəngilanın strateji mövqeyi onun nəqliyyat dəhlizləri üzərində yerləşməsində də əks olunur. Zəngilan Beynəlxalq Hava Limanı və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu bölgənin strateji əhəmiyyətini artırır. Hava limanı bütün növ təyyarələri qəbul edə bilər, dəmir yolu isə həm yüklərin, həm də sərnişinlərin daşınmasını təmin edəcəkdir. Bu infrastruktur bölgəyə investisiyaların cəlb olunmasına və iqtisadi fəallığın artmasına şərait yaradır.
Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş Zəngilan şəhər məscidi dini-mədəni irsin qorunmasına xidmət edir. 2024-cü il mayın 18-də Ağalı kəndində açılmış “Ağalı” hoteli rayonun turizm potensialını artırır və bölgəyə əlavə iqtisadi aktivlik gətirir.
“Dost Aqropark” layihəsi Azərbaycan və Türkiyə şirkətlərinin birgə təşəbbüsüdür. Kompleksdə heyvandarlıq, toxumçuluq və aqrotexniki sahələr yaradılacaq, bölgədə 500 nəfər işlə təmin olunacaq. Layihənin nəticəsində həm məhsul istehsalı, həm də inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi fəaliyyət göstərəcəkdir. Bu layihə bölgənin iqtisadiyyatına ciddi töhfə verəcək və “Made in Qarabağ” brendi ilə istehsal olunan məhsulların dünya bazarına çıxarılmasını təmin edəcəkdir.
Zəngilan rayonunun azad edilmiş ərazilərdə həyata keçirilən layihələr, bərpa və yenidənqurma işləri həm bölgənin iqtisadi, həm də sosial inkişafını təmin edir. Eyni zamanda, rayonun strateji mövqeyi, turizm və kənd təsərrüfatı potensialı yeni inkişaf dövrünü daha da gücləndirir. “Böyük Qayıdış” və “Ağıllı kənd” layihələri Zəngilanın gələcək nəsillər üçün model şəhər və kənd kimi formalaşmasını təmin edir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri