Icma.az
close
up
RU
Tarixi həqiqəti bərpa etmək haqqımızdır

Tarixi həqiqəti bərpa etmək haqqımızdır

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycanlılar öz əzəli yurdlarından regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. Tarixdən bəllidir ki, İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunan azərbaycanlılar isə süni şəkildə qaçqın və məcburi köçkün vəziyyətinə salınıblar.

1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlir. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılır. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olurlar. Ermənipərəst qüvvələrin və millətçilərin yürütdükləri məkrli siyasət nəticəsində 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanır. Nəticədə XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovulur, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınırlar.

ETNIK TƏMIZLƏMƏ SIYASƏTI

Azərbaycanın tarixi mahalı olan Zəngəzur da erməni işğalçılıq siyasətinin qurbanına çevrilir. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunmuşdu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

Tarixi proseslərin davamı olaraq iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilmişdir.

"BİZ AZƏRBAYCANLILAR BÜTÜN TARIXI TORPAQLARIMIZA QAYIDACAĞIQ"

Tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilir ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, Azərbaycanın əzəli torpağı olan Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana verilməsi böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır, - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzurun tarixi dövrdəki əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar olduğunu bildirib. Təbii ki, mənbələrdə göstərildiyi kimi, Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları olub. Tarixi ədalətsizliyin sağalmayan yara olduğunu qeyd edən Cənab İlham Əliyev "vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq "- deyə əminliyini ifadə edib. Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində indi Ermənistan dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etməyi haqqıdır.

Bu gün əzəli torpağımız olan İrəvanda tarixi mədəniyyət abidələrimiz dağıdılıb, məhv edilibdi. Belə ki, indi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Oradakı Dəmir Bulaq məscidi yerlə yeksan edilib, Göy məscidin isə orijinal görünüşünü dəyişdirilmək məqsədilə yenidən təmir olunub. Rəcəb Paşa məscidi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi tamamən dağıdılmışdır.

Sərdar məscidi (1510–1918-ci illər) Sovet Ermənistanı dövründə hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilib. İrəvanın mərkəzindəki Sərdar məscidi də sistematik olaraq dağıdılıb və 2014-cü ildə yerə yeksan edilib.

Qeyd edək ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

Bu və ya digər tarixi abidələrimiz sırasında ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Tarixi mənbələrdə göstərilir ki, İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövrünə aiddir. İstər Səfəvilərin, istər Nadir şahın, istər Qacarların, istərsə də Osmanlıların hakimiyyəti dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur.

BAŞICA MƏQSƏD TARIXI-MEMARLIQ ABIDƏLƏRINI YER ÜZÜNDƏN SILMƏKDƏN IBARƏT OLMUŞDUR

İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qala dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu illərində İrəvan qalasındakı 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə şəhərin baş planı təsdiq edilmişdir. Baş planın başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrini yer üzündən silməkdən ibarət olmuşdur. 1936-cı ildə İrəvanın yeni baş planı hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərtəbəli binalar inşa edilmişdir.

İrəvan qalasının həmyaşıdları – Bakıda İçərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. Mənbələrdə qeyd olunur ki, hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdən görünür ki, heç də qalada mövcud olmuş bütün tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə qalanın ruslar tərəfindən işğalından sonra ələ keçirildiyi iddia edilən "İrəvan qalasının açarı" da nümayiş olunur.

Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi-memarlıq abidələri kompleksi olan Uruda daxil olan Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Xatırladaq ki, 1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Urud kəndində 1988-ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar. Bu kənddə ermənilərin ilk məskunlaşması 1988-ci ildən sonra olmuşdur.

Onu da qeyd edək ki, abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının yalnız xarabalıqları qalır.

Əlbəttə ki, göründüyü kimi, İrəvan şəhərində tarixi-memarlıq abidələrinə, dini ocaqlarımıza olan təcavüz xalqımızın tarixi keçmişini yer üzündən silmək məqsədi daşıyıb.

Nəzakət ƏLƏDDINQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see368

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see346

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see280

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see274

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see260

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see253

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see251

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see251

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see236

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see236

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see235

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see222

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see209

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see204

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see196

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see190

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see187

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see179

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see172

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri