Icma.az
close
up
RU
Azərbaycan Vyetnam: Tarixi dostluq ənənəsinə söykənən yaxın tərəfdaşlıq

Azərbaycan Vyetnam: Tarixi dostluq ənənəsinə söykənən yaxın tərəfdaşlıq

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Vyetnam hələ SSRİ dövründə yaxın dostluq münasibətlərinə malik olub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri tərəflər arasında səmimi münasibətlərin qurulmasında mühüm rol oynayıb.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri isə gələcək ikitərəfli əlaqələrin möhkəm arxitekturasını formalaşdırıb. Məhz bu səfər ictimai-mədəni, elmi-humanitar əlaqələrin qurulmasında dayanıqlı təmələ çevrilib.
Müstəqil Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin möhkəmlənməsi kontekstində Vyetnama önəm verilməsi də xoş tarixi ənənəyə söykənir. Həmin möhkəm tarixi təməllərə əsaslanan dostluq münasibətləri yarım əsrdən artıq müddətdə öz dinamikasını qoruyub saxlamaqla yanaşı, son 30 ildə yeni siyasi mərhələyə daxil olub.
Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri münasibətlərin ruhunu büsbütün dəyişərək gələcək inkişafa güclü təkan verib.
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən bildirib ki, hər iki tərəf siyasi dialoqun inkişaf etdirilməsi üçün davamlı səylər göstərir, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq iki dövlətin səmimi və mehriban dostluğunun müasir mənzərəsini əks etdirir.
İki dövlətin iqtisadi sahədə əlaqələrinin inkişafına da ənənəvi enerji dostluğu öz mühüm impulslarını verib. Azərbaycan hələ ötən əsrin 70-80-ci illərindən Vyetnamla neft-qaz sahəsində əməkdaşlıq üçün əsaslı sütunlar qurub, beş minə yaxın vyetnamlı tələbə yüksək ixtisaslı kadr kimi ölkəmizin təhsil ocaqlarında yetişib. Hazırda onlar Vyetnamda məsul dövlət orqanlarında çalışırlar.
Eyni zamanda, Azərbaycanın məşhur neft sənayeçiləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında birbaşa rol oynayıblar. 1981-ci ildə yaradılan SSRİ-Vyetnam “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru olan azərbaycanlı Cəlal Məmmədov və digər azərbaycanlı mütəxəssislilər bu istiqamətdə böyük əmək sərf ediblər.
Müstəqil Azərbaycanın Vyetnamın neft sənayesinin inkişafında yenə də öz köməyini əsirgəməməsi, 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanmış müqavilə iqtisadi həmrəylik ruhundan qaynaqlanır.
Son illərdə iki dövlətin iqtisadi qurumları və biznes təmsilçiləri arasında intensiv xarakter alan işgüzar görüşlərin keçirilməsi, məsləhətləşmələrin aparılması, ələlxüsus da iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti ticari-iqtisadi, investisiya fəallığının, xarici ticarət dövriyyəsinin yüksəlişini təmin edib.
Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində Bakıda keçirilən biznes-forum neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə işgüzar əlaqələrin qurulması, iqtisadi səmərəliliyin artması üçün təkanverici rol oynayıb.
İki dövlət arasında 2024-cü ildə əmtəə dövriyyəsinin həcmi 223,9 milyon dolları olub ki, bu da ümumu ticarət balansı baxımından qənaətbəxş hesab edilə bilər. Ancaq daha geniş potensiallar var. Cənab Prezidentin də bildirdiyi kimi mövcud potensial mal dövriyyəsinin həcminin daha da artırmağa imkanlar yaradır. Bu baxımdan, gələcək əməkdaşlığın gündəliyində yeni mal və xidmətlərin qarşılıqlı mübadilələrinin yüksəldilməsi üçün təşəbbüslərin göstərilməsi, iqtisadi qərarların qəbul edilməsi nəzərdə tutulur.
Azərbaycan və Vyetnam arasında xarici siyasət kursunda da həmrəylik və prinsipial beynəlxalq məsələlərdə birgə mövqenin ifadə edilməsi müşayiət olunur.
Xarici işlər nazirliklərinin xətti ilə aparılan siyasi məsləhətləşmələr bir çox qlobal mövzularda, beynəlxalq sülh və əməkdaşlıq formatının inkişaf etdirilməsində vahid siyasi iradənin nümayiş etdirilməsinə səbəb olmaqdadır. İki dövlət arasında siyasi təmasların inkişafında Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyasının əməkdaşlığı da mühüm rol oynayır. Həmçinin, parlamentlərarası dostluq əlaqələri də qarşılıqlı fəaliyyətin yüksək səviyyəyə çatdırılmasına töhfə verir.
Ötən əsrin ortalarında bünövrəsi qoyulmuş mədəni əlaqələr, kino, film, incəsənət sahəsində əməkdaşlıq müasir dövrdə daha da genişşaxəli məzmun kəsb etməkdədir. Azərbaycan Prezidentinin 2014-cü ildə Hanoya səfəri zamanı iki dövlətin ali məktəb məzunları arasında keçirilən görüş və 2015-ci ildə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsis edilməsi, habelə 2024-cü ildə Bakıda Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayiş olunması və Vyetnam Günləri keçirilməsi elmi-mədəni dostluğun simvoluna çevrilib.
Azərbaycan humanizm və xeyirxahlıq ənənələri ilə planetin bir çox guşələrində öz xoş missiyasını davam etdirir. Qlobal humanizm rəmzinə çevrilmiş Heydər Əliyev Fondu bu prosesdə fəal yer almaqla öz yardımını Vyetnamdan əsirgəmir, 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin inşası, digər layihələr xeyirxahlıq nümunəsi kimi səciyyələndirilir. Məhz bu qayğı və xoş humanizmin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edərkən Vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li tərəfindən xüsusi qonaqpərvərliklə qarşılanıb. Leyla xanımın burada yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşü isə unudulmaz mədəniyyət hadisəsi kimi yadda qalıb.
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində Azərbaycan-Vyetnam əlaqələrinin daha da inkişaf etdirilməsi üçün siyasi dialoqun artdığına diqqət çəkərək Vyetnam lideri cənab To Lamın Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində Azərbaycana ilk səfərinin münasibətlərin inkişafında yeni üfüqlər açacağına əminliyini ifadə edib. Bu səfər gələcək qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verməklə, siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfələr verəcək.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri