Icma.az
close
up
RU
Tarixi nailiyyətlər, strateji hədəflər

Tarixi nailiyyətlər, strateji hədəflər

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikası Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində konstitusiya quruluşunun tam bərpasını, qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsini və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasını hədəfləyirdi. Cəmi 24 saat ərzində yüksək dəqiqliklə həyata keçirilən bu hərbi əməliyyat nəticəsində separatçı rejim tamamilə iflasa uğradı və Azərbaycan dövləti Qarabağ üzərində tam suverenliyini bərpa etdi.

Bu hadisənin baş verməsində səbəb olan əsas amil, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın dəfələrlə səsləndirdiyi çağırışlara baxmayaraq, ərazidəki erməni silahlı qüvvələrinin çıxarılmaması, qanunsuz silahlanmanın davam etməsi və separatçı qurumun mövcudluğunun saxlanılması idi. Sonuncu və həlledici təxribat isə 2023-cü il sentyabrın 19-da baş verdi. Səhər saatlarında Laçın yolunda Azərbaycan ordusuna məxsus yük avtomobili tank əleyhinə minaya düşdü, nəticədə 2 mülki şəxs və 4 hərbi qulluqçu şəhid oldu. Bu açıq şəkildə törədilmiş terror aktı artıq daha uzun müddət gözləməyin qeyri-mümkün olduğunu ortaya qoydu və dövlətin hüququ olaraq lokal antiterror tədbirlərinə start verildi.
Antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri yalnız legitim hədəfləri qanunsuz silahlı birləşmələrin mövqelərini, hərbi texnikanı, sursat anbarlarını və komanda məntəqələrini hədəfə aldı. Mülki əhali və obyektlər əməliyyatların hədəfində olmadı, bu da Azərbaycanın beynəlxalq humanitar hüquqa tam riayət etdiyini bir daha nümayiş etdirdi. Əməliyyatların gedişində Azərbaycan Ordusu sürətli, dəqiq və peşəkar manevrlərlə separatçı silahlı qrupları neytrallaşdırdı. Tərəflər arasında birbaşa təmas nəticəsində çoxsaylı erməni silahlı dəstələri öz mövqelərini qoyaraq təslim oldu.
2023-cü il sentyabrın 20-də, cəmi bir gün sonra, qanunsuz rejimin nümayəndələri ağ bayraq qaldıraraq təslim olduqlarını bildirdilər. Azərbaycanın irəli sürdüyü şərtlər əsasında silahların tam şəkildə təhvil verilməsi və qanunsuz hərbi strukturların buraxılması ilə bağlı razılıq əldə olundu. Həmin gün axşam saatlarında Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək Qarabağ bölgəsində dövlət suverenliyinin tam bərpa olunduğunu elan etdi. Prezidentin bu tarixi müraciəti Azərbaycan xalqı tərəfindən böyük ruh yüksəkliyi və fəxarətlə qarşılandı.
Antiterror tədbirlərindən dərhal sonra Azərbaycan dövləti bölgədə yaşayan erməni sakinlərlə dialoqun başlanması, onların reinteqrasiyası, təhlükəsizliyi və rifahının təmin olunması istiqamətində addımlar atmağa başladı. Prezident Administrasiyası Xankəndidə erməni nümayəndələrlə birbaşa görüşlər keçirdi və qarşılıqlı anlaşma şəraitində yaşayışın bərpası, sosial xidmətlərin təşkili, ərzaq və tibbi təminatın təmin olunması istiqamətində konkret planlar müzakirə olundu. Bu, bir daha Azərbaycanın bölgədə heç bir etnik ayrı-seçkiliyə yol vermədiyini, öz vətəndaşlarına fərq qoymadan yanaşdığını nümayiş etdirdi.
Azərbaycanın həyata keçirdiyi bu lokal xarakterli tədbirlər tamamilə ölkənin suveren hüquqlarına əsaslanır və beynəlxalq hüququn norma və prinsipləri ilə uzlaşır. Hər bir dövlətin öz ərazisində qanunsuz silahlı qruplara qarşı tədbirlər görmək hüququ var. Azərbaycan bu hüququndan istifadə edərək yalnız öz təhlükəsizliyini deyil, həm də bölgədə uzunmüddətli sabitliyi təmin etmiş oldu. Ölkəmizin bu qərarlı mövqeyi regionda sülh gündəliyinin irəliləməsi üçün yeni imkanlar yaradıb.
Böyük Qələbə ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar fonunda 19–20 sentyabr 2023-cü il hadisələri Azərbaycan üçün son nöqtə oldu bu, Qarabağ məsələsinin hüquqi, siyasi və hərbi baxımdan tam həllini ifadə edir. Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayıb.
Bu tarixi günlər bir daha sübut etdi ki, milli iradəyə, güclü rəhbərliyə və möhkəm orduya arxalanan dövlət istənilən hədəfə çata bilər. Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi sayəsində Azərbaycan tarixinin daha bir şanlı səhifəsi yazıldı.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri