Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Tarixi qardaşlıqdan əbədi dostluğa ŞƏRH

Tarixi qardaşlıqdan əbədi dostluğa ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana 23–24 avqust 2026-cı il tarixlərində baş tutan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi tarixə düşdü. Səfərin geniş proqramı, yüksək səviyyədə keçirilən görüşlər, imzalanan mühüm sənədlər, yeni layihələrin açılışı və təməlqoyma mərasimləri Azərbaycan–Özbəkistan əlaqələrinin artıq ənənəvi dostluq münasibətlərindən daha yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirdi. Səfərin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu.

Bu müqavilə, ilk növbədə, iki xalq arasında əsrlər boyu formalaşmış qardaşlıq münasibətlərinin siyasi-hüquqi müstəvidə möhkəmləndirilməsinin ifadəsidir. Azərbaycan və Özbəkistanı yalnız dövlət maraqları deyil, ortaq tarixi köklər, milli-mənəvi dəyərlər, mədəniyyət və dil yaxınlığı birləşdirir. Bu baxımdan “Əbədi dostluq” ifadəsi iki ölkə arasındakı münasibətlərin mahiyyətini olduqca dəqiq əks etdirir. Təsadüfi deyil ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısının səfərini tarixi hadisə adlandıraraq, Əbədi dostluq haqqında Müqavilənin münasibətləri yeni məzmunla zənginləşdirəcəyini vurğulayıb.

Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının siyasi iradəsi və qarşılıqlı etimadı mühüm rol oynayır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi münasibətlər dövlətlərarası əlaqələrin bütün istiqamətlərinə müsbət təsir göstərir. Son illərdə siyasi dialoq intensivləşib, iqtisadi və humanitar əlaqələr genişlənib, müxtəlif sahələrdə birgə layihələrin sayı artıb. Ali Dövlətlərarası Şuranın üçüncü iclasında da strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi əsas məsələlərdən biri olub. Özbəkistan tərəfinin məlumatına görə, son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb və enerji, kimya, mədən, tekstil, kənd təsərrüfatı, şəhərsalma və digər sahələrdə birgə layihələr həyata keçirilir.

Səfərin diqqətçəkən məqamlarından biri Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılışı və yeni layihələrin təməlinin qoyulması oldu. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın rəmzinə çevrildi. Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvinin adını daşıyan ali təhsil müəssisəsinin Özbəkistanda fəaliyyətə başlaması iki xalqın ədəbi-mədəni bağlarının nə qədər dərin olduğunu göstərir.

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması isə səfərin ən yaddaqalan və rəmzi hadisələrindən biri oldu. Qardaş Özbəkistanın yeni şəhərsalma məkanında Azərbaycan adını daşıyan parkın yaradılması iki xalqın dostluğunun yalnız sənədlərdə deyil, şəhərlərin simasında, insanların gündəlik həyatında da yaşadılacağının göstəricisidir. Belə məkanlar gələcək nəsillərə iki xalqın bir-birinə olan hörmətini və sevgisini çatdıran canlı dostluq abidələrinə çevrilir.

Səfər çərçivəsində imzalanan digər sənədlər də əməkdaşlığın konkret sahələr üzrə genişləndirilməsinə xidmət edir. Turizm, pensiya təminatı, gömrük, xarici işlər, dövlət xidmətləri və digər istiqamətləri əhatə edən sənədlərlə yanaşı, Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara şəhərləri arasında qardaşlaşma münasibətlərinin yaradılması barədə protokolların imzalanması xüsusi əhəmiyyət daşıyır. Bu addımlar Azərbaycanın müxtəlif şəhərləri ilə Özbəkistanın şəhərləri arasında birbaşa humanitar və mədəni əlaqələrin inkişafına yeni imkanlar açır.

Səfərin Azərbaycan üçün əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan bu gün Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm əlaqələndirici rol oynayır. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və dinamik inkişaf edən dövlətlərindən biridir. Bu iki ölkənin əməkdaşlığının dərinləşməsi Xəzər dənizi hövzəsindən Mərkəzi Asiyaya, oradan isə Avropaya uzanan nəqliyyat və logistika imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.

Bu baxımdan Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında nəqliyyat, logistika, ticarət və enerji sahələrində əməkdaşlığın genişlənməsi yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə regionun iqtisadi fəallığının artmasına xidmət edir. Prezident İlham Əliyevin səfər zamanı Mərkəzi Asiya və Azərbaycanın böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi region olduğunu vurğulaması da bu əməkdaşlığın daha geniş perspektivlərə malik olduğunu göstərir.

Səfərin başqa bir mühüm istiqaməti investisiya əməkdaşlığıdır. Azərbaycan–Özbəkistan İnvestisiya Fondu iki ölkənin iqtisadi potensialının birləşdirilməsi baxımından mühüm mexanizmə çevrilib. Birgə investisiya layihələrinin artırılması yeni istehsal sahələrinin yaradılmasına, sahibkarlıq əlaqələrinin genişlənməsinə və qarşılıqlı iqtisadi asılılığın daha da möhkəmlənməsinə şərait yaradır. Özbəkistan tərəfinin məlumatında da səfər çərçivəsində bank-maliyyə, tikinti materialları, təhsil, neft-qaz, turizm, mənzil tikintisi, mədən və kənd təsərrüfatı sahələrində birgə layihələrin işə salındığı bildirilir.

Azərbaycan üçün Özbəkistanla münasibətlərin möhkəmlənməsi Türk dünyasının birliyinin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın qarşılıqlı dəstəyi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, türk dövlətləri arasında iqtisadi, nəqliyyat, mədəniyyət və humanitar əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verir. İki ölkənin nüfuzunun və imkanlarının artması Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha fəal və təsirli mövqeyinin formalaşmasına da xidmət edir.

Ən əsası isə bu münasibətlərin təməlində xalqların bir-birinə olan səmimi sevgisi dayanır. Azərbaycan və Özbəkistan xalqları bir-birini uzaq ölkənin deyil, doğma qardaşın timsalında görür. Bu yaxınlıq yalnız dövlət başçıları səviyyəsində deyil, ədəbiyyatda, musiqidə, incəsənətdə, təhsildə və gündəlik humanitar əlaqələrdə də özünü göstərir. Daşkənddə Nizami Gəncəvinin adını daşıyan universitetin açılması, “Azərbaycan” parkının yaradılması və şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması məhz bu mənəvi yaxınlığın real ifadəsidir.

Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni səhifə açmaqla yanaşı, regionun gələcək inkişafı baxımından da mühüm siyasi və iqtisadi mesajlar verdi. Daşkənddə imzalanan Əbədi dostluq haqqında Müqavilə iki ölkənin münasibətlərini gələcəyə hesablanmış möhkəm hüquqi və siyasi təmələ bağladı. Yeni layihələr isə bu dostluğun yalnız sözlərdə deyil, konkret əməllərdə də öz təsdiqini tapdığını göstərdi.

Azərbaycan və Özbəkistanın münasibətləri bu gün tarixi qardaşlıqdan strateji müttəfiqliyə, strateji müttəfiqlikdən isə əbədi dostluğa doğru inamla inkişaf edir. Daşkənd səfəri bir daha göstərdi ki, Bakı ilə Daşkənd arasında qurulan dostluq körpüsü yalnız iki paytaxtı deyil, iki qardaş xalqı, iki böyük coğrafiyanı və gələcəyə dair ortaq məqsədləri birləşdirir. Əbədi dostluq haqqında Müqavilə isə bu qardaşlığın tarixdəki növbəti mühüm möhürü kimi uzun illər boyu öz siyasi və mənəvi əhəmiyyətini qoruyacaq.

Vüsalə Əliyeva

YAP Sədərək rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Avqust 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri