Icma.az
close
up
RU
Tarixi qələbənin əbədiləşdirilməsi ŞƏRH

Tarixi qələbənin əbədiləşdirilməsi ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəqillik, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizə xüsusi yer tutur. Müxtəlif dövrlərdə ağır sınaqlarla qarşılaşan xalqımız öz dövlətçilik iradəsini qorumuş, azad və müstəqil yaşamaq amalından heç vaxt geri çəkilməmişdir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpa edilməsi bu tarixi mübarizənin ən böyük nailiyyətlərindən biri oldu.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamla sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi müəyyən olundu. Bu qərar müasir dövlətçilik tariximizin mühüm hadisəsinin əbədiləşdirilməsinə, onun siyasi və mənəvi əhəmiyyətinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Sərəncamda vurğulandığı kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Azərbaycan xalqı da tarix boyu üzləşdiyi işğallara, məhrumiyyətlərə və müxtəlif təzyiqlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmini qoruyub saxlamışdır. Bu gün ölkəmizin sahib olduğu ərazi bütövlüyü və tam suverenlik qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına qazanılmış milli sərvətdir.

Dövlət Suverenliyi Gününün təsis edilməsi yalnız təqvimə yeni əlamətdar günün əlavə olunması deyil. Bu qərar Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun, xalqımızın apardığı mübarizənin və qazanılmış böyük Qələbənin dövlət səviyyəsində siyasi qiymətləndirilməsidir. 20 Sentyabr müstəqilliklə suverenliyin vahid məzmun kəsb etdiyi, Azərbaycanın bütün əraziləri üzərində öz hakimiyyətini tam təmin etdiyi tarixi gündür.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması ölkəmizin suveren hüquqlarını bütün coğrafiyası daxilində həyata keçirməsinə imkan vermirdi. Qarabağda və ətraf rayonlarda Azərbaycan qanunları tətbiq olunmur, yüz minlərlə vətəndaşımız öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilmişdi. Bu səbəbdən ərazi bütövlüyünün və suverenliyin bərpası dövlətimizin qarşısında duran başlıca milli vəzifəyə çevrilmişdi.

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğu ardıcıl və sistemli xarakter aldı. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, hüquqi dövlətin əsasları yaradıldı, nizami ordu formalaşdırıldı və iqtisadi inkişaf strategiyası həyata keçirildi. Ulu Öndərin müəyyən etdiyi yol Azərbaycanın gələcək tarixi Qələbəsinin siyasi, iqtisadi və ideoloji təməlini yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə gücləndi, beynəlxalq mövqelərini möhkəmləndirdi və müasir ordu quruculuğunu uğurla həyata keçirdi. Dövlətimizin başçısı dəfələrlə bildirirdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq və ölkənin ərazi bütövlüyü mütləq bərpa olunacaq. Bu prinsipial mövqe həm diplomatik mübarizədə, həm də dövlətin uzunmüddətli inkişaf strategiyasında öz əksini tapdı.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində düşməni məğlub etdi, şəhər və kəndlərimizi işğaldan azad etdi. Şuşanın azad olunması müharibənin taleyini həll etdi, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi.

Müharibədən sonra Azərbaycan regionda sülhün və əməkdaşlığın yaradılması üçün təşəbbüslər irəli sürdü. Lakin Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı birləşmələr Qarabağda qalmaqda davam edir, separatçı rejim ölkəmizin suverenliyinə qarşı təhdid yaradırdı. Azərbaycan tərəfindən verilən xəbərdarlıqlara baxmayaraq, hərbi təxribatlar və qanunsuz silahlanma dayandırılmırdı.

2023-cü il sentyabrın 19-da Azərbaycan öz ərazisində lokal xarakterli antiterror tədbirlərinə başladı. Tədbirlərin əsas məqsədi qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və ölkəmizin konstitusiya quruluşunun bərpa olunması idi. Azərbaycan Ordusunun yüksək peşəkarlığı nəticəsində qarşıya qoyulan vəzifələr bir gündən də az müddətdə yerinə yetirildi.

Sentyabrın 20-də qanunsuz silahlı birləşmələr silahı yerə qoymağa, mövqeləri tərk etməyə və tərksilah olunmağa razılıq verdilər. Separatçı rejim ləğv edildi, Azərbaycanın konstitusiya quruluşu və dövlət hakimiyyəti bütün ərazilərimizdə təmin olundu. Bununla da müstəqilliyimizin qarşısında dayanan sonuncu maneə aradan qaldırıldı.

Vətən müharibəsində qazanılmış Qələbə ilə lokal antiterror tədbirlərinin nəticələri bir-birini tamamladı. 2020-ci ildə Azərbaycan Ordusu işğala son qoydu, 2023-cü ildə isə ölkəmizin tam suverenliyi təmin edildi. 20 Sentyabr bu iki tarixi mərhələni vahid dövlətçilik nailiyyəti kimi birləşdirən simvolik tarixə çevrildi.

Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını ucaltması dövlət suverenliyinin bərpasını rəsmiləşdirən möhtəşəm hadisə oldu. Bir vaxtlar separatçı rejimin mövcud olduğu ərazilərdə Dövlət Bayrağımızın dalğalanması Azərbaycanın siyasi və hərbi Qələbəsinin dönməzliyini nümayiş etdirdi.

2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad da suverenliyin tam bərpasının təntənəsinə çevrildi. Qalib Azərbaycan Ordusunun Xankəndidə addımlaması xalqımızın qürur hissini daha da artırdı. Bakıdakı Zəfər paradından üç il sonra Xankəndidə hərbi paradın keçirilməsi Vətən müharibəsində başlanan tarixi missiyanın tam başa çatdığını göstərdi.

Dövlət Suverenliyi Gününün təsis edilməsi bu hadisələrin milli yaddaşda vahid tarixi salnamə kimi yaşadılmasına imkan verir. 20 Sentyabr hər il qeyd olunmaqla xalqımıza müstəqilliyin və suverenliyin hansı ağır mübarizə və böyük qurbanlar hesabına əldə edildiyini xatırladır. Bu gün dövlətçilik tariximizin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm ideoloji əhəmiyyət daşıyır.

Dövlət Suverenliyi Günü Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini şəhidlərinin canı, qazilərinin qanı, əsgər və zabitlərinin rəşadəti hesabına bərpa etmişdir. Hər il sentyabrın 20-də bu qəhrəmanların xidmətlərinin yad edilməsi onların müqəddəs xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını göstərir.

Bu əlamətdar gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayır. Gənclər Azərbaycanın hansı tarixi sınaqlardan keçdiyini, dövlət müstəqilliyinin necə qorunduğunu və suverenliyin hansı mübarizə nəticəsində tam təmin edildiyini bilməlidirlər. Tarixi həqiqətlərin düzgün öyrənilməsi milli kimliyin, dövlətçilik şüurunun və Vətən qarşısında məsuliyyət hissinin formalaşmasına xidmət edir.

20 Sentyabr xalq, dövlət və Ordu birliyinin təntənəsini ifadə edir. Vətən müharibəsi və lokal antiterror tədbirləri göstərdi ki, Azərbaycan xalqı milli məqsədlər ətrafında birləşdikdə qarşısında duran bütün vəzifələri yerinə yetirməyə qadirdir. Prezident İlham Əliyevin qətiyyətli siyasi rəhbərliyi, Ordumuzun peşəkarlığı və xalqın dövlət başçısına sarsılmaz dəstəyi tarixi Qələbənin əsasını təşkil etdi.

Dövlət Suverenliyi Gününün təsis edilməsi beynəlxalq ictimaiyyətə də aydın siyasi mesaj verir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müzakirə predmeti hesab etmir. Ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiyası və qanunları qüvvədədir. Dövlətimiz öz milli maraqlarını qorumaq, təhlükəsizliyini təmin etmək və müstəqil siyasət yürütmək üçün bütün imkanlara malikdir.

Suverenliyin tam bərpası Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirdi. Artıq Qarabağ münaqişəsi başa çatmış, separatizm aradan qaldırılmış və bölgədə yeni siyasi reallıqlar yaranmışdır. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi qarşılıqlı şəkildə ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.

Tam suverenlik Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində də öz real ifadəsini tapır. Azad olunmuş ərazilərdə şəhər və kəndlər yenidən qurulur, müasir yollar, hava limanları, elektrik stansiyaları, məktəblər və tibb müəssisələri yaradılır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması təmin edilir, yeni istehsal sahələri və iş yerləri açılır.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət qurumlarının fəaliyyət göstərməsi, Azərbaycan vətəndaşlarının məskunlaşması və sosial-iqtisadi həyatın bərpası suverenliyin praktiki nəticələridir. Bir zamanlar qanunsuz rejimin mövcud olduğu Xankəndidə Qarabağ Universitetinin fəaliyyət göstərməsi, beynəlxalq tədbirlərin keçirilməsi və yeni müəssisələrin yaradılması Azərbaycanın quruculuq qüdrətini nümayiş etdirir.

Dövlət Suverenliyi Günü Qələbəni yalnız keçmişin nailiyyəti kimi deyil, Azərbaycanın gələcək inkişafının başlanğıcı kimi təqdim edir. Tam suverenlik ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması üçün yeni şərait yaradıb. Qarşıda duran əsas vəzifə bu tarixi nailiyyəti qorumaq və güclü dövlət quruculuğunu davam etdirməkdir.

20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması xalqımızın milli birliyini, şəhidlərimizin xatirəsinə sədaqətini və dövlətçilik ənənələrinə bağlılığını daha da gücləndirir. Bu gün Azərbaycan xalqının öz taleyinə sahib olduğunu, dövlətinin qüdrətini və Vətən torpaqlarının əbədi olaraq qorunacağını ifadə edir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncam müasir Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi nailiyyətlərindən birini əbədiləşdirdi. Dövlət Suverenliyi Günü bundan sonra da xalqımız tərəfindən böyük qürurla qeyd ediləcək, müstəqilliyimizin və ərazi bütövlüyümüzün dönməzliyini nümayiş etdirəcəkdir. 20 Sentyabr Azərbaycan xalqının tarixi Qələbəsinin, milli iradəsinin və qüdrətli dövlətinin əbədi rəmzidir.

Elvin Əlizadə,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri Tatarməhlə kənd İƏD üzrə nümayəndə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see287

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see267

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see260

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see254

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see241

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see236

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see233

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see232

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see229

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see227

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see223

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see217

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see214

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see213

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see210

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see206

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see196

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see191

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri