Icma.az
close
up
RU
Tarixi xəzinə ortaya çıxdı: Tarladan tapılan kərpic parçası bölgənin taleyini dəyişdirdi

Tarixi xəzinə ortaya çıxdı: Tarladan tapılan kərpic parçası bölgənin taleyini dəyişdirdi

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Monqolustan Prezidentinin kəndimizi ziyarət etməsi bizi sevindirdi, həyəcan yaratdı”


Vanın Çaldıran rayonuna bağlı Hanköy məhləsində 2004-cü ildə müəllim Əli Fikrət Yıldız və qardaşları tarlada tapıb muzeyə təhvil verdikləri bir kərpic parçası illər sonra monqol məskəninə aid beynəlxalq arxeoloji kəşfin qapısını açıb.


Sherg.az xəbər verir ki,Hanköy məhləsində müəllim Əli Fikrət Yıldız 2004-cü ildə qardaşları ilə birlikdə öz tarlasından insan və üzüm fiqurlu iki obyekt tapıb və onları Van muzeyinə təhvil verib.

2022-ci ildə həmin əsər Ankara Universitetində işləyən, hazırda Monqolustanın İstanbul Baş konsulu olan Dr. Ankhbayar Danuu tərəfindən muzey ziyarəti zamanı diqqəti çəkib.


Kərpicdəki fiqurlar yalnız Monqolustanda rast gəlinən nümunələrə oxşayırdı. Türk və monqol arxeoloqlardan ibarət qrup həmin parçanın izinə düşüb və onun kim tərəfindən, nə zaman gətirildiyi məlum olub. Tarixi mənbələrdə İlxanlı hökmdarı Hülagü Xanın bu bölgədə saray tikdiyi bilinirdi, lakin hələ təsbit edilməmişdi.

Ortaq arxeoloji tədqiqatlar başladı

Eyni il, İzmir Katip Çelebi Universiteti ilə Monqolustan Milli Universiteti, Monqolustan Elmlər Akademiyası və Monqolustan Elm və Texnologiya Universitetinin akademiklərindən ibarət qrup Türkiyə və Monqolustanda birgə arxeoloji işlərə başlayıb. Prof. Dr. Şaban Doğan və Prof. Dr. Ersel Çağlıtütüncigil rəhbərliyindəki qrup Hanköy məhləsində sahə işləri aparıb. 2023-cü ildə daha geniş tədqiqatlar həyata keçirilib.


Saray və şəhər qalıqları aşkarlandı

Yalnız Monqolustanda təsadüf edilən dam kərpicləri, keramika tapıntıları və sıxılmış torpaq divar qalıqlarına rast  gələn komanda, bu məskənin İlxanlı dövlətinin hökmdarı Hülagü Xan tərəfindən tikilən yazlıq saray və şəhər qalıqları olduğunu müəyyən edib. Kəşf həm akademik dünyada, həm də Monqolustanda böyük maraq doğurub.


Bu kəşfdən sonra rəsmi səfərdə Türkiyəyə gələn Monqolustan Prezidenti Khurelsukh Ukhnaa 18 yanvar 2025-ci ildə Vana gəlib, Hanköy məhləsini ziyarət edib, sahədə incələmələr aparıb.


Ekspert rəyi və tarixi əhəmiyyəti


2025-ci ildə tədqiqatlara müşavirlik edən Prof. Dr. Anıl Yılmaz qeyd edir:

"Qazıntılar Orta əsrlər boyu bir çox məskənin varlığını üzə çıxarır. Əvvəlki illərdə çalışan qrup, bu qalıqların İlxanlı hökmdarı Hülagü Xan tərəfindən tikilən saray olduğunu müəyyən edib, çox önəmli bir kəşfə imza atdı. Yeni tapıntılar aşkar olunmadıqca bu binaların Asiya memarlığının ən qərbdəki tətbiqləri olduğunu söyləmək olar."


Tapıntıları muzeyə təhvil verən müəllim Əli Fikrət Yıldız deyib:

"2004-cü ildə mən və qardaşlarımın tarlasından tapdığımız insan və üzüm fiqurlu iki obyekti Van Muzeyinə apardım. Bu əsərlər illər sonra muzeyi ziyarət edənlərin diqqətini çəkdi. Katip Çelebi Universitetinin müəllimi Ersel bəy mənə zəng edib məlumat istədi. Mən yalnız bu tarixi mirasın ortaya çıxmasına sevinirəm. Hər hansı maddi marağım yoxdur. Tarixi tapıntılar vasitəsilə hansı mədəniyyətlərin yaşadığını və hansı dövlətlərin qurulduğunu göstərmək mənim üçün sevincdir."


Kəndlilər turizmdən ümidlidirlər


Yıldız əlavə edib:

"Kəndimiz turizm baxımından inkişaf etməlidir. İnsanlar Göbeklitepe kimi maddi və mənəvi gəlir gözləyirlər. Ən azından kəndimizə turist gələr, kəndimiz və ölkəmiz inkişaf edər. Kəndlilər ümidlidirlər ki, turizm burada inkişaf edər və gurbətə getmədən öz qazancını burada əldə edərlər. Mən əsərləri muzeyə təhvil verərək başqalarına da nümunə olmaq istədim."


Fırat Yıldız isə deyib:

"Bu torpaqlar çox sayda millətə ev sahibliyi edib. Monqolustan Prezidentinin kəndimizi ziyarət etməsi bizi sevindirdi, həyəcan yaratdı. Kəndlilər turizmin inkişafını istəyirlər. Tarixi binaların ortaya çıxması bizim üçün çox önəmlidir."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri