Icma.az
close
up
RU
Tarixi Zəfərlə Azərbaycan regionu dialoq və əməkdaşlıq məkanına çevirdi Mahir Süleymanlı

Tarixi Zəfərlə Azərbaycan regionu dialoq və əməkdaşlıq məkanına çevirdi Mahir Süleymanlı

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

"Tarixi Zəfərlə Azərbaycan regionu dialoq və əməkdaşlıq məkanına çevirdi" - Mahir Süleymanlı

"2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin yekunu olaraq Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması təkcə hərbi Qələbə deyil, həm də uzunmüddətli geosiyasi, iqtisadi və regional təsirlər yaradan strateji bir nailiyyətdir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib.

Mahir Süleymanlı qeyd edib ki, Zəfər Günü ilə Azərbaycan 30 illik işğaldan sonra ərazi bütövlüyünü təmin etdi:

"Bu, ölkənin mövqeyini möhkəmləndirdi və beynəlxalq arenada daha güclü bir Azərbaycan imici yaratdı. Qarabağ müharibəsindəki Qələbə Azərbaycanı Cənubi Qafqazda lider və söz sahibi bir dövlət olaraq təsdiqlədi. Bu, Azərbaycanın regionda öz maraqlarını müdafiə etmək gücünü göstərdi və digər ölkələrə əhəmiyyətli bir mesaj verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədən öncəki illərdə də Azərbaycan Ordusunun modernləşdirilməsi və gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilib. Dövlət başçısı ordunun müasir hərbi texnika, silah-sursat və döyüş vasitələri ilə təchiz edilməsinə də daim xüsusi diqqət göstərib. Bütün bu amillər Azərbaycanın döyüş meydanında üstünlük qazanmasında əsas rol oynadı. Cənab İlham Əliyevin komandanlığı ilə həyata keçirilən "Dəmir yumruq" əməliyyatı dünya miqyasında nümunəvi döyüş təcrübəsi kimi dünya hərb tarixinə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Ordusunun Vətən müharibəsi zamanı göstərdiyi böyük şücaəti, peşəkarlığı yüksək qiymətləndirərək deyib: "Biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Faktiki olaraq, müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi, bəzi hallarda panikaya qapılırdı, isterikaya qapılırdı. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir".

Deputat söyləyib ki, müharibə dövründə Azərbaycan Prezidentinin uğurlu diplomatik fəaliyyəti də xüsusi önəm daşıyır:

"Dövlətimizin başçısı reallıqları dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın haqq səsini duyurmaq üçün müxtəlif beynəlxalq tribunalardan məharətlə istifadə etdi. Bunun sayəsində Azərbaycan qlobal arenada geniş siyasi dəstək qazandı və beynəlxalq ictimai rəyi lehimizə çevirdi.

Qarabağ və ətraf rayonların azad olunması ilə Azərbaycan yeni nəqliyyat və iqtisadi layihələr həyata keçirmək imkanı qazandı. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması planı həm Azərbaycanın, həm də regionun ticarət əlaqələrində yeni perspektivlər yaradacaq, ölkənin qlobal nəqliyyat dəhlizlərinə çıxışını genişləndirəcək.
Müharibə dövründə Türkiyə Azərbaycanın ən güclü dəstəkçisi oldu. Bu tərəfdaşlıq strateji müttəfiqliyə çevrildi və iki ölkənin həm hərbi, həm də iqtisadi əlaqələrinin daha da dərinləşməsinə imkan yaratdı.
Nəticə olaraq, Zəfər Azərbaycan üçün təkcə hərbi Qələbə deyil, həm də gələcək inkişaf və təhlükəsizlik üçün möhkəm bir əsas yaradan strateji nailiyyətdir. Bu, Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regionda sülh, sabitlik və rifah üçün geniş imkanlar açan bir tarixi dönüş nöqtəsidir.
8 Noyabr - Zəfər Günü Azərbaycanın xalqının tarixi bayramıdır və ölkənin 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni simvolizə edir. Bu gün Azərbaycan xalqının ərazi bütövlüyünü təmin etmək, 30 ilə yaxın işğalda olan torpaqlarını geri qaytarmaq və milli qürurunu yenidən bərpa etmək yolunda böyük bir mübarizə apardığını xatırladır. Şuşa şəhərinin azad olunması ilə rəmzi olaraq tarixə keçən 8 Noyabr xalqımızın həm milli həmrəyliyini, həm də əzm və iradəsini nümayiş etdirir".

Deputat vurğulayıb ki, Zəfər Günü Azərbaycan xalqının tarixi birliyi və həmrəyliyini simvolizə edir:

"Həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar bir araya gələrək öz milli kimliklərini və Vətən sevgisini bir daha təsdiqləyirlər. Bu gün Azərbaycanın güclü ordusunun, şəhid və qazilərinin qəhrəmanlığını, onların fədakarlığını əbədiləşdirir.

Zəfər yürüşündə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, 2020-ci il Vətən müharibəsində qazanılan Qələbənin əsas amillərindən biri oldu. Bu qəhrəmanlıq ordunun yüksək hazırlıq səviyyəsi, döyüş əzmi və Azərbaycan xalqının Vətən sevgisini özündə əks etdirirdi. Azərbaycan əsgərləri və zabitləri çətin relyef şəraitində, dağlıq ərazilərdə və düşmənin möhkəmləndirilmiş müdafiə xəttində irəliləyərək torpaqlarımızı işğaldan azad etdilər.
Xalq üçün Qarabağın azadlığı milli yaddaşda əbədi bir qürur mənbəyidir. Torpaqlarımızın işğaldan azad olunması keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışını mümkün edir. Zəfər Günü Böyük Qayıdışın və yenidənqurmanın başlanğıcıdır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 05 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see493

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see208

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see179

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see146

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see132

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see131

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see126

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri