Icma.az
close
up
RU
Tarixi zəfərlərin təməlində milli həmrəylik dayanır

Tarixi zəfərlərin təməlində milli həmrəylik dayanır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq naminə təşəbbüsü milli-mənəvi dəyərləri də dövlətə, dövlətçiliyə sədaqət amilinə çevirdi, azərbaycançılıq ideologiyasını mənəvi kamilliyin şərti edən bir təşəbbüsü gerçəkləşdirdi, tarixləşdirdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü belə müəyyənləşdirildi: 1989-cu ilin 31 dekabrı milli-azadlıq hərəkatının bir mərhələsi olmuşdu. rus imperiyasının tərkibində ilhaqda qaldığı illərdə aparılan gizlin-aşkar mübarizə qətiyyətlə, qəhrəmanlıqla davam etmişdi, həmin gün Tarix yaratmışdı. 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müəyyənləşdirilməsi haqqında qərar qəbul etdi. Bu qərar tarixi hadisəyə, bu hadisəni tarixə yazan xalqa ehtiramın təzahürü idi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi bir kəlam indi bütün azərbaycanlıların yadındadır: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Həmin gün Arazın o tayında da, bu tayında da yaşayan azərbaycanlıalr sərhədlərə üz tutmuşdu. Bu təşəbbüs, bu qətiyyət, bu cəsarət Azərbaycanı birləşdirmə, bütövləşdirmə niyyəti idi, on illərin mübarizəsinin mahiyyətinin tarixləşdirilməsi idi. Bu təşəbbüs böyük tarixi şəxsiyyət Heydər Əliyev dühası ilə daha böyük amal üçün tarixi hadisə oldu. Ulu Öndərin təşəbbüsü ilə tarixləşmiş tarixi gün – 31 Dekabr xalqın birliyə sədaqətinin, sədaqətə sevgisinin günü oldu. Bu və ya digər səbəblərdən Azərbaycandan kənarda yaşayanların ruhu Azərbaycandan iraq olmayıb. Onlar doğmalıqdan uzaqda yaşasa da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ulu Öndər çıxışında dedi: “Bu gün keçirilən Qurultay xaricdə yaşayan soydaşlarımızın daha da həmrəy olması, təşkilatlanması üçün yeni bir mərhələnin başlanğıcıdır”.
Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək, dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Dövlət başçımızın 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı.
Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi 30 ilə qədər çəkdi. Azərbaycan İkinci Qarabağ müharibəsində işğalı sonlandırdı, tarixi Zəfər qazandı. Azərbaycanın ədalətli müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa təbrikində dedi: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.
2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin sədaqətli təzahürü kimi tarixə düşdü. 17 noyabr 2014-cü ildə İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Digər ölkələrdə də, Türk və Azərbaycan diasporları eyni mövqedən çıxış edirlər. ABŞ-da Türk və Azərbaycan icması erməni diasporunun yalanlarını birgə ifşa edirlər.
2022-ci il aprelin 22-də də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirildi. Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər Qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün…”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayında çıxışında Ulu Öndərin kəlamlarının davamı kimi dedi: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”. Bu kəlamlar bütün azərbaycanlıların həyat fəlsəfəsidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində və həmin gün daha qürurla səslənəcəkdir.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri