Icma.az
close
up
RU
Uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır

Uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nihad Pənahov,

YAP Tovuz rayon təşkilatının sədri

Yanvarın 7-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın uğurlu siyasətinin  növbəti təqdimatı oldu. Xarici siyasətin daxili siyasətin davamı olduğunu nəzərə alsaq Azərbaycanın hər iki istiqamətdə böyük uğurlara imza atdığını böyük əminliklə qeyd edə bilərik. Dövlət baçısı İlham Əliyev sözügedən müsahibəsində ilk olaraq ölkəmizin sosial-iqtisadi göstəricilərinə diqqət yönəltdi.  Çünki bütün uğurların  təməlində güclü iqtisadiyyat və iqtisadi müstəqilliyimiz dayanır. Ümumi daxili məhsul 4 faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illər  iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik, bu il və gələn illərdə bu dinamika saxlanılacaq. Büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir.  Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatıb. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi hədəfi olan  ölkədə sosial  sahəyə də belə  diqqət yetirmək, əlbəttə, həyata keçirilən  siyasətin mahiyyətini göstərir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki,  Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca  daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də  diqqət göstərəcəyik. Azərbaycan dünyada sosial dövlət kimi tanınır. Azərbaycan dövlətinin siyasətində vətəndaş amilinə verilən önəm beynəlxalq maliyyə qurumlarının da hesabatlarında xüsusi qeyd edilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bu hədəfi qarşıya qoydu ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əmək haqqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılması prioritet məsələ kimi öndə saxlanıldı. Son 21 ilin sosial-iqtisadi göstəricilərinə, insanların hər addımda özünə diqqət və qayğının şahidi olmasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev atdığı hər bir addımı ilə hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Hər il özündə mühüm Fərman və sərəncamları birləşdirən sosial paketin təsdiqlənməsi də vətəndaş amilinə diqqətin bariz nümunəsidir. Cari ildən növbəti sosial paketin icrasına başlanıb.

Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi sürətlə həyata keçirilir. Üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qaytarılıb. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar. Bu il üçün  planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Əsas infrastruktur layihələri bir-iki ilə başa çatacaq. Ən çox vəsait bu layihələrə xərclənir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Artıq orada 30-dan çox su elektrik stansiyası işə salınıb, dəmir yolları çəkilib. Bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki,   əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə, bu keyfiyyətlə bərpa etməyib: “Yəni, biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk. Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni, resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Yəni, biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Yəni, bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var. Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir”. Prezident İlham Əliyevin müsahibəsində diqqət yönəltdiyi digər mühüm məsələlərdən biri Azərbaycanın nəqliyyat, tranzit-logistika potensialının inkişaf etdirilməsi ilə bağlı görülmüş işlərdir. Qeyd edildi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər: “Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir”. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, artıq görülən və bundan sonra görüləcək işlər Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr və xalqlar arasında körpü rolunu  daim möhkəmləndirir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri