Icma.az
close
up
RU
Tarixiliklə müasirliyi özündə birləşdirən Şəqri Anadolu REPORTAJ

Tarixiliklə müasirliyi özündə birləşdirən Şəqri Anadolu REPORTAJ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Türkiyə canlı mədəniyyət ənənələri, heyrətamiz təbiət mənzərələri və zəngin tarixi toxunuşu ilə turistlərin diqqətini cəlb edir. Hər daşı bir tarix olan qardaş ölkə Şərqlə Qərbin qovuşduğu İstanbulun gur küçələrindən tutmuş əsrarəngiz Aralıq dənizi və Egey sahillərinə qədər turistləri cəlb edən səyahət təqdim edir.

Türkiyəyə səyahət etməklə Efes və Troyanın tarixi möcüzələrini kəşf etmək, Kapadokiyanın qəribə mənzərəsindən zövq almaq, həmçinin türk yeməklərinin ağız sulandıran ləzzətlərindən dadmaq mümkündür. Səyahət məqsədiniz nə olursa olsun - macəra, istirahət və ya iş məqsədi - Türkiyə ürəkaçan və xoş təcrübəyə zəmanət verir.
Modern.az saytı Türkiyəyə səyahətdən hazırlanmış reportajı təqdim edir.

TGA-nın bölgədə yaratdığı turizm dinamizmi

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və nazirlik nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) ölkənin turizm imkanlarının inkişafında, yeni turizm marşrutlarının formalaşdırılmasında və beynəlxalq səviyyədə tanınmasında mühüm paya malikdir. TGA-nın həyata keçirdiyi innovativ layihələr, o cümlədən “GoTürkiye” platforması, rəqəmsal marketinq kampaniyaları, beynəlxalq sərgilərdə təqdimatlar və xarici media nümayəndələri ilə əməkdaşlıq proqramları Türkiyənin turizm sektorunun davamlı inkişafına təkan verir.

Bununla yanaşı, mədəni irsin qorunması, regional turizmin canlandırılması və yeni investisiyaların cəlb edilməsi istiqamətində də mühüm işlər görülür. Bu fəaliyyətlər nəticəsində Türkiyə son illərdə dünyanın ən çox ziyarət edilən ölkələrindən birinə çevrilib.

Türkiyəni cəlbedici edən amillər kifayət qədərdir və inanılmaz təbii gözəllik, ulu camilər, tarixi muzeylər, dünya səviyyəli mətbəx, müasirləşən Asiya mədəniyyəti, yüksək xidmət, qonaqpərvərlik bunlardan ən əsaslarıdır.  


Təsadüfi heç nə yoxdur...

Turizmin təbliği məqsədilə qardaş ölkəyə ilk səfərim 2022-ci ildə Bursa şəhərinə olub. Bir vaxtlar Osmanlı imperiyasının paytaxtı olmuş Bursa şəhəri həmin ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Mart ayının axırlarında TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclasını işıqlandırmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyinin xətti ilə AZƏRTAC-ın müxbiri olaraq bu əsrarəngiz şəhərdə olmaq, küçələrini gəzmək, insanları ilə tanış olmaq xatirəmdə xoş izlər buraxdı.

Türkiyənin ən böyük şəhərləri arasında dördüncü yeri tutan və Uludağın ətəklərində yerləşən Bursa Osmanlı İmperatorluğunun ilk paytaxtı olaraq böyük tarixi əhəmiyyətə malikdir. Tarixə böyük marağım və qardaş ölkəyə ilk səfərimin məhz Bursaya təsadüf etməsi təəssüratlarımı daha da zənginləşdirdi.

Deyirlər təsadüflər yoxdur. Bəlkə də elədir, Türkiyə ilə bağlı ilk olaraq Bursa ilə tanışlığın da təsadüfi olmadığını düşünürəm. Xüsusi vurğulayım ki, Bursa özünəməxsus şəhər olmaqla bərabər, tarixiliyi və müasirliyi özündə cəmləşdirməklə diqqət çəkir. Çünki Bursa tarix, təbiət və mədəniyyətin qovuşduğu şəhərdir.

Fərat çayı boyunca Şərqi Anadolu

Əsrarəngiz Türkiyəyə ikinci və üçüncü səfərim ölkənin tarixi və əsrarəngiz bölgəsi, coğrafiyası ilə fəqrlənən Şərqi Anadolu bölgəsinə təsadüf edib. Sirr deyil ki, Şərqi Anadolu mədəniyyət müxtəlifliyi, təbiət möcüzələri, tarixi-memarlıq üslubu ilə hər kəsin diqqətini cəlb edir.

“Fərat çayı boyunca Şərqi Anadolu” adlı reportajda (//azertag.az/xeber/ferat_chayi_boyunca_serqi_anadolu____reportaj-3071178) bu bölgənin Bingöl, Tunceli və Elazığ vilayətləri barədə oxucuya məlumat vermişdik. Bu məkanlar füsunkarlığı və özünəməxsusluğu ilə valeh edir. Adət-ənənələri, yaşam tərzi, təbiəti ilə müəyyən qədər fərqlilik nümayiş etdirən bölgə tarixin sınaqlarından çıxaraq bu günə gəlib çatıb.

Biz Üzən adaların sirrini Bingöldə öyrəndik. Türkiyədə 22 üzən adacıq var ki, onlardan ən böyük 3-ü məhz Bingölün payına düşür. Qeyd edək ki, Bingöl vilayəti əvvəlcə Qaraqoyunluların, sonra Ağqoyunluların tabeliyində olub.

Tunceli Manzur vadisi, Elazığ isə iki məşhur sərkərdənin həbsdə saxlanıldığı Harput qalası ilə tanınır. Tarixə “Süd qalası” kimi də düşmüş Harput qalası dağın başında inşa edilib və dağın dərinliyinə qədər uzanır. Bu zirzəmidə vaxtilə iki məşhur sərkərdə - Qüds kralı II Baudouin və Urfa qrafı Joselin həbsdə saxlanılıb. Zirzəmiyə girəndə insan qəribə hisslər yaşayır...


Şərqi Anadolunun “unudulmuş şəhərləri”

Şərqi Anadoludan Ana təbiət gözəlliklərini əsirgəməyib. Qardaş ölkəyə hələ ki sonuncu səfərimizdə yaşadıqlarım hər şeyin üstündə idi. Qonaqlama, bələdçilik, tarixi məkanlar, ulu camilər, dadlı təamlar, rəngarənglikdən zövq aldıq. Bələdçilərimiz Mustafa Yalçınkaya və Serdar Solmaz ilə birlikdə qrupumuz dolgun günlər yaşadı, zamanın necə keçdiyini hiss etmədi.

Füsunkarlığı və özünəməxsusluğu ilə insanı valeh edən Şərqi Anadolunun Bitlis, Siirt, Muş və Batman bölgələri xatirimizdə dərin izlər buraxdı. O qədər maraqlı idi ki, istər-istəməz bu yerlərə bir daha getmək istəyirsən.

Şərqi Anadolunun “unudulmuş şəhərləri” sırasına daxil olan Muş və Bitlisin potensialı çox yüksəkdir. Tarixiliyi ilə diqqət çəkən Muş türklərin Səlcuqilər dövründə Anadoluda ilk ayaq basdıqları məkandır. 

Şəhərin mərkəzində Böyük Səlcuq dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu Arp Aslanın əzəmətli heykəli ucalır.

Bitlis qalaları və İslam abidələri ilə əhəmiyyətli bir yerdir. Makedoniyalı İskəndərin tuta bilmədiyi Bitlis qalası əzəməti, vüqarı ilə göz oxşayır. Baxdıqca, baxmaq istəyirsən.

Bir tərəfdə səni tarixə səsləyən qala, digər tərəfdə adi şəhər həyatı və gündəlik qayğılarının dalınca ora-bura qaçan insanlar...qəribə hisslərdir.   

Mən bu yerləri gəzdikdən sonra bir daha Muş və Bitlisin turizm potensialının çox yüksək olması qənaətindəyəm və düşünürəm ki, bu ərazilərə turist axını çox artacaq.


Mədəni müxtəlifliyi ilə seçilən Siirt və Batman

Siirt və Batman isə mədəni müxtəlifliyi ilə çox zəngindir. Burada kürd, türk və ərəblər birgə dostluq şəraitində yanaşı həyat sürürlər. Bu model digər bölgələrə örnəkdir.

Tarixi neolit ​​dövrünə gedib çıxan Siirt müxtəlif sivilizasiyalara ev sahibliyi edib. Şəhər zamana meydan oxuyan tarixi körpüləri, qalaları, kurqanları, dini abidələri, gözəl və sirli təbiəti ilə diqqət çəkir.

Siirt Dəclə çayının iki sahilini birləşdirən tarixi körpüləri ilə də məşhurdur. Xüsusilə Malabadi körpüsü dünyanın ən böyük daş tağ körpüsü adını daşıyır. O, təkcə mühəndislik möcüzəsi deyil, həm də rayonun sosial-mədəni həyatında mühüm yer tutur.

Malabadi körpüsü Türkiyədə məşhur olan 5 əsas körpüdən biridir.  Malabadi körpüsü də daxil olmaqla, Boğaziçi körpüsü (İstanbul), Memar Sinan körpüsü (Adana), Osman Qazi körpüsü (İzmit), Şeytan körpüsü (Ardahan) Türkiyənin zəngin təbii gözəlliyinə, zəngin mədəni irsinə və tarixi keçmişinə açılan pəncərələrlə yanaşı, yerlər arasında yollar açır.

Hər məkanın, hər şəhərin xüsusi diqqətçəkən yeri, necə deyərlər bir incisi olur. Düşünürəm ki, Siirtin incisi Botan vadisi, başqa sözlə Botan Milli Parkıdır. Burada adam əlindən tərpənmək mümkün deyil. Ziyarətçilər həddən çoxdur, kimi valideynləri, kimi də dostları ilə gəlir ki, təbiətin möcüzəsindən zövq alsınlar. Ailə həyatı quranlar xoş günlərini burada lentə köçürürlər ki, yaddaşlarda qalsın. Parkdakı mağaralar qəribə təsir bağışlayır. Təbii ki, bu mağaralarda vaxtilə insanlar yaşayıblar.    

Batman şəhərini gəzərkən inkişafı hiss etməmək mümkün deyil. Təbii ki, bu ərazidə neft quyularının aşkar edilməsi inkişafa birbaşa səbəb olub. Amma yenə də Batman yalnız “Petrol şəhəri” deyil, tarixi, adət-ənənələri ilə bərabər, yeniləşən, müasirləşən şəhərdir.

Batman bölgəsinə məxsus Həsənkeyf isə başqa aləmdir. Həsənkeyflə bağlı təəssüratlarımızı ayrıca qələmə almaq fikrindəyik...


Səadət H.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri