Icma.az
close
up
RU
Tariximizin bir parçası yeni kitabda

Tariximizin bir parçası yeni kitabda

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Çox ehtimal ki, Azərbaycanda hər gün yüzlərcə kitap çap olunur. Lakin hər yeni çap edilən kitab heç də sensasiya doğurmur. Oxunur, bəyənilir, ya bəyənilmir və bir müddətdən sonra oxucuların, ya da kitab mağazalarının rəflərində yer alır.

Elə kitab da var ki, onu oxuduqdan sonra düşünürsən ki, bu kitabı orta məktəb şagirdləri, ali məktəb tələbələri oxusaydılar ölkəmizin tarixinin mühüm bir hissəsinin ədəbiyyatda ustalıqla əks edilməsinin şahidi olardılar. Yazıçı, şair, esseist, tərcüməçi Rəfail Tağızadənin bu yaxınlarda işıq üzü görmüş “Qarabağ - həsrətdən zəfərə” kitabı məhz belə kitablardandır. Deyirlər insan qanı torpaqla qarışanda qəribə bir rəng alır. Bəlkə də, rəssamlar o rəngin adını bilirlər. Əsgərlərimiz, qazilərimiz o rəngin elmi adını bilməsələr də, onu gözləri ilə görüblər.

Bəlkə, ona görə qazi şairimiz, yazıçımız Rəfail Tağızadənin yeni kitabının üz qabığının rəngi məhz torpaqla qanın qarışığı rəngindədir. Kitabın üzərində şahmat fiqurlarının olması da təsadüfi deyil. Bu fiqurlar illərcə dünyanın aparıcı dövlətlərinin Qarabağ problemini oyuna çevirib qarşılaşdığımız acı həqiqətləri gizlətmələrinin və sonda bu oyunun bizim xeyrimizə başa çatmasına bir növ işarədir. Filoloqiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının kitaba yazdığı ön söz o qədər ətraflıdır ki, onu oxuduqdan sonra oxucu müəllifin çoxşaxəli yaradıcılığı ilə qismən tanış olub kitabın əsas məzmununa maraqlı bir keçid əldə edir. “Qarabağ - həsrətdən zəfərə” kitabının yazılma üslubu da maraqlıdır.

Müəllifin həm nəzm, həm nəsrdə öz sözünü demək bacarığı oxucunu yormadan gah maraqlı təhkiyə ilə, gah da hər misrası bir dərin fikir ifadə edən şeirlərlə oxucunu cəlb edir. Kitabda Rəfail Tağızadənin müxtəlif vaxtlarda yazılmış həsrət dolu və zəfər sevincli yazıları yer alıb. Təbii ki, bütün yazıların əsas mövzusu Qarabağdır. 30 ilə yaxın yurdundan, elindən, obasından ayrı düşənlərin dərdini öz dərdi hesab edən Rəfail Tağızadə hər gün, hər saat bir cümlə də olsa yazdı. Həsrətini, dərdini, qəmini ağ kağızla bölüşdü. Bölüşdü ki, biz oxucular həmin dərddən, həsrətdən halı olaq və ən əsası, Qarabağ dərdimiz unudulmasın. Rəfail Tağızadənin Qarabağ mövzusunda yazıları haqda çox yazılıb, çox deyilib.

Hər dəfə də hamının və Rəfail müəllimin son sözü o olub ki, Qarbağ həsrəti mütləq Zəfərlə bitəcək və biz öz torpaqlarımıza qayıdacağıq. Hər dəfə Rəfail Tağızadə yaradıçılığına müraciət edəndə deyirdik: Gün o gün olsun ki, zəfərdən, qələbədən yazasınız! 44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi Zəfər hər bir ədəbiyyat nümayəndəsinin yaradıcılığına yeni nur, yeni işıq saçdığı kimi Rəfail Tağızadənin də yaradıcılığında bir dönüş yaratmış oldu. Yazıçı, şair, publisist Rəfail Tağızadə silsilə yazılar yazdı, şeirlər qoşdu. O, illərdir həsrətində olduğu doğma Ağdamı ziyarət edir və nəticədə “yoxluqdan var olan” şəhərə həsr edilmiş yazılar yazılır. Sonra Şuşa səfəri ...

Beləliklə, Rəfail Tağızadə yaradıcılığının yolu həsrətdən keçib Zəfərə yönəldi və Xankəndidə bayrağımız dalğalanan zaman Rəfail müəllim Qarabağ mövzusunun “son kadansına” imza atdı. “Qarabağ - həsrətdən zəfərə” kitabının əsasını da məhz bütün bu qeyd edilən yazılar təşkil etdi. Bu maraqlı, lazımlı, çox əhəmiyyətli kitabın ərsəyə gəlməsi münasibəti ilə Rəfail müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. Oxuculara isə kitabı oxmağı tövsiyə edirəm.

Təranə Məmməd 

05.01.2024

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri