Icma.az
close
up
RU
Tarixin bu günü kimlər xatırlanır?

Tarixin bu günü kimlər xatırlanır?

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fevralın 24-ü bəzi tarixi şəxsiyyətlər xatırlanır. 


Missiya.Az onları təqdim edir: 

1. Azərbaycanın el qəhrəmanı, "Qırmızı tabor"un komandiri Abbasqulu bəy Şadlinski 1886-cı ilin bu günü İrəvan quberniyasının Böyük Vedi kəndində dünyaya gəlib. 

Kiçik yaşlarından atasını itirib. 1918-ci ildə Naxçıvan və Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qarşısını almaq üçün Şadlinski Vedidə“Qırmızı tabor” adlı könüllü partizan birliyi təşkil edib. 1918-1919-cu illərdə daşnak hərbi hissələrinin Vediyə hücumları zamanı böyük şücaət göstərib. 1922-28-ci illərdə Qərbi Azərbaycanda məsul vəzifələrdə çalışıb. 

1930-cu il fevralın 26-da isə quldurlar tərəfindən qətlə yetirilib. Yazıçı Fərman Kərimzadə “Qarlı aşırım” romanında bu xalq qəhrəmanının həyat və fəaliyətinə geniş bəhs edib. 

2. 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, publisist, dramaturq, pedaqoq və ictimai xadim Abdulla Şaiq 24 fevral 1881-ci ildə Tbilisinin (köhnə adı Tiflis) Şeytanbazar məhəlləsində doğulub. 

“Tülkü Həccə gedir”, “Yaxşı arxa”, “Şələquyruq”, “Tıq-tıq xanım” mənzum hekayələri bu gün də uşaqlar tərəfindən sevə-sevə oxunur, söylənilir.   Abdulla Şaiq həm də Azərbaycan uşaq dramaturgiyasının banisidir. "Gözəl bahar”, “El oğlu”, “Vətən”, “Nüşabə”, “Ana” pyesləri tamaşaya qoyulub. Dünya ədəbiyyatı ilə yaxşı tanış olan, rus və fars dillərini mükəmməl bilən görkəmli şəxsiyyət Nizami, Şekspir, Defo, Krılov, Puşkin, Lermontov, Qorki və başqalarından tərcümələr edib. Onun xalq maarifi sahəsində də mühüm xidmətləri olub: "Əlifba", “Uşaq çeşməyi”, "İkinci il", “Gülzar”, “Qiraət kitabı” və s. dərsliklər yazıb, ali məktəblərdə mühazirələr oxuyub. Qələmə aldığı "Yeni ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. 

Ölməz şairimiz 24 iyul, 1959-cu ildə Bakıda vəfat edib.

Zərintac Mayisqızı 

Missiya.Az 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:329
embedMənbə:https://missiya.az
archiveBu xəbər 24 Fevral 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri