Icma.az
close
up
RU
Tarixin bu günü kimlər xatırlanır ?

Tarixin bu günü kimlər xatırlanır ?

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

2 dekabr bəzi unudulmaz şəxsiyyətlərimizin doğum və anım günləri ilə yadda qalıb. 


Missiya.Az onları təqdim edir: 

1929-cu ilin bu günündə Azərbaycan şairi, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği Şuşada vəfat edib. (1848-1929).Qaradağinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində dünyaya göz açıb. Həsənəli xan Qaradaği İvan Krılovun 60-dan çox təmsilinin, K.Uşinski, A.İzmaylov, A.Pçelnikova və digər yazıçıların şeir, hekayə və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olub. Şairin bizə gəlib çatmış əsərləri arasında 50-dən çox qəzəl, müxəmməs və növhələr, onlarla məktub var. 

2 dekabr 1938-ci ildə şair, publisist Zeynal Vəfanın doğum günü olaraq da xatırlanır.1938-ci ilin bu günü Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M. T. Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957–1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı "Şərq Qapısı" qəzetində başlayıb. Habelə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963–1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969–1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb(1980–1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982–1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987–1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990–1992), "Meydan" qəzetində baş redaktor (1992–1993) vəzifələrində çalışıb. 1990–1993-cü illərdə açıqfikirli cəsarətli yazılarına görə hakimiyyət tərəfindən ağır təzyiqlərə məruz qalıb. Evi və redaksiyası dəfələrlə mühasirə halqasına düşüb. O, 14 mart 2024-cü ildə vəfat edib. 

1969-cu ilin bu günü Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyev (1969- 1991) Bakının Qobustan qəsəbəsində doğulub. Qəsəbədəki 223 saylı orta məktəbi bitirib. 1988-ci ildə ordu sıralarına çağırılıb, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkib. Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxıb. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar ediblər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına, şəhadətə yüksəlməsi ilə başa gəlib. 

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://missiya.az
archiveBu xəbər 02 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see305

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see287

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see280

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see264

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see260

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see230

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see223

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see214

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see209

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see193

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see192

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see190

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see187

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see185

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see183

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see182

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see171

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see168

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri