Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tarixin ən pis dönəmi...

Tarixin ən pis dönəmi...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransada antirekordlar yenilənir

Bu gün bütün dünya Fransanın düşdüyü ağır vəziyyətə şahidlik edir. Ölkə tarixinin ən pis dönəmlərindən birini yaşayır, desək, yanılmarıq. İflas, geriləmə bütün sahələri əhatə edir. Daxili siyasətdə böhran meylləri güclənir, sosial tələblərlə etirazlar dalğasının əhatə dairəsi genişlənir. Xarici siyasətdə də təbəddülatlar yaşanır. Xüsusilə də Yelisey Sarayının müstəmləkə ölkələri ilə münasibətlərində ciddi çatlar yarandığı müşahidə edilir. Bütün bunların məsuliyyəti isə bilavasitə prezident Makronun üzərinə düşür. Məhz onun iki prezidentliyi dönəmində həyata keçirilən səriştəsiz siyasət ölkəni ənənələrindən döndərib və indiki çətinliklərlə üz-üzə qoyub.

1962-ci ildə Jorj Pompidu hökumətinin devrilməsindən sonra Yelisey Sarayı uzun sürən və çıxılmaz görünən yeni hökumət böhranı ilə üz-üzə qalıb

Dalana dirənən hökumət böhranı

İş o yerə çatıb ki, indi Fransada antirekordlar da yenilənir. Bu günlərdə ölkədə 1962-ci ildə Jorj Pompidu hökumətinin devrilməsindən sonra Yelisey Sarayı uzun sürən və çıxılmaz görünən yeni hökumət böhranı ilə üz-üzə qalıb. Parlamentdə Mişel Barnye hökumətinə etimadsızlıq göstərilib.

Burada deyiblər ki, “hayla gələn, vayla gedər”. Yada salaq ki, Makron cari ilin sentyabrında M.Barnyeni qanunvericiliyi pozmaqla Baş nazir təyin etmişdi. Fransada  Konstitusiyaya görə, seçkilərdən sonra hökumət parlamentin yeni tərkibinə uyğun olaraq formalaşdırılmalı idi. Lakin Makron konstitusion tələblərə və demokratik prinsiplərə məhəl qoymayaraq yeni hökumətin formalaşmasını xeyli yubatdı və sentyabr ayında sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Barnyeni yeni Baş nazir təyin etdi. Çox doğru olaraq Makronun bu addımı onun seçkilərin nəticələrini tanımaması anlamında qəbul edilir. 2024-cü il qanunvericilik seçkilərindən sonra solçuların nisbi çoxluq əldə etmələri fonunda heç kim respublikaçının Baş nazir təyin ediləcəyini gözləmirdi. Bununla belə, absurd reallıq ortadadır. Makron şəxsi iradəsini ölkə qanunvericiliyinin fövqündə qoyaraq Barnyeni Baş nazir postuna gətirdi. Daha da pisi o oldu ki, təyin olunan yeni nazirlərin demək olar, hamısı respublikaçılar və ya “Renessans” (Renaissance) yəni, Makronun partiyasını təmsil edirdilər.

M.Barnyenin Baş nazir təyin edilməsi ölkədə narazılıqlar yaratdı. Yeni hökumətin gələcək fəaliyyəti ilə bağlı proqnozlar da nikbin deyildi. Barnye hökumətinin ona miras qalan çətinlikləri aradan qaldırmaq iqtidarında olmadığı barədə yəqinlik var idi. Ehtimallar özünü doğrultdu. Belə ki, Barnye hökumətinin ömrü üç aydan da qısa oldu və parlament ona qapını göstərdi.

Makron yenidən çətin seçim qarşısında

Barnye hökumətinin devrilməsindən beş gün sonra Makron yeni Baş nazir tapmaq üçün məsləhətləşmələrə başlayıb. O, Yelisey Sarayında ardıcıl olaraq Liot qrupunun müstəqil deputatları, Marin Tondelyerin başçılıq etdiyi ekoloqlar, həmçinin Fabyən Russelin ətrafındakı kommunistlər ilə görüşüb, hər qrupla bir saatlıq danışıqlar aparıb.

Öz düşərgəsi tərəfindən sıxışdırılan Makron Barnyeni 51 gün gecikmə ilə Baş nazir təyin etmişdi. Bu dəfə isə  tez qərar verməlidir. Potensial namizədlər arasında Fransua Bayru, Sebastyan Lekornu və Bernar Kaznövün adları hallanır. Fransua Bayru özünü bu çətin vəziyyətdən çıxmağa “kömək etməyə” hazır göstərir. Lakin onun namizədliyi solçular tərəfindən tamamilə rədd edilir. Müxalifətdə olan Jan-Lüc Melonşon isə sosialistlər Makronla müqavilə bağlayacaqları təqdirdə, “Yeni Xalq Cəbhəsi”nin onlarsız davam edəcəyi ilə hədələyir. O, dövlət başçısına güzəştlər təklif edən sosialistlərin rəhbərinin strategiyasını pisləyir.

Göründüyü kimi, Makron son dərəcə çətin seçim qarşısındadır. O, hakimiyyətini qorumaq üçün yeni Baş naziri də Konstitusiyanın tələbini pozmaqla şəxsi iradəsi əsasında təyin etmək istəyini ortaya qoyur. Ancaq onun irəli sürəcəyi namizədin parlament çoxluğu tərəfindən qəbul ediləcəyi yenə də sual altındadır.

Yelisey Sarayının üzləşdiyi çətinlik həm də ölkədə müşahidə edilən iqtisadi çətinliklərdən qaynaqlanır. Belə bir vəziyyətdə istefaya göndərilən Barnyenin yerinə başqa bir simanın gəlməsi əslində heç nəyi dəyişmir. İndiki siyasi komanda ilə yaxın perspektivdə hansısa müsbət dəyişikliklərin baş verəcəyini gözləmək əbəsdir. Ölkədə yeni bir idarəçilik modeli yaradılmalıdır. Makronun baxışları isə tamam fərqlidir. Buradan da o qənaət hasil olur ki, siyasi komandanın əvəzlənməsi artıq vaxtı çatmış zərurət qismində çıxış edir. Təsadüfi deyildir ki, parlamentdə prezidentin impiçment məsələsi də gündəmdədir. Müxalifət partiyaları bununla bağlı prosedura start veriblər. Beləliklə də, Makron hər nə qədər istefa vermək niyyətində olmadığını bildirsə də, onun üçün də sonun gəldiyi heç kəsdə şübhə doğurmur...

Uğursuzluğun yeni simvolu

“Bu tarixidir, Fransada hökumət Milli Assambleya tərəfindən senzuraya məruz qalıb. Bu, Emmanuel Makronun siyasətinin uğursuzluğunun yeni simvoludur. O, öz xalqının əleyhinə idarə edən varlıların prezidentidir, pensiya yaşını artıran prezidentdir. Makron sərvət vergisini ləğv edən və bərabərsizlikləri genişləndirən prezidentdir. Avtoritar siyasət aparan, “sarı jiletliləri”, həmkarlar ittifaqlarını və onun anti-sosial siyasətinə qarşı çıxanların hamısını şiddətli repressiyaya məruz qoyan prezident. O, dövlət xidmətlərini və sosial büdcələri azaltmaqla hərbi büdcəni bir neçə milyard artırmaq istəyən prezidentdir”. Bu fikirləri belçikalı deputat Raul Edebuv (Raoul Hedebouw) parlamentdə çıxışı zamanı deyib.

“İyun ayında Makron seçkilərin nəticələrini inkar etmək və “Yeni Xalq Cəbhəsi”nin qələbəsini tanımamaq qərarına gəldi. O, anti-sosial siyasətini davam etdirmək və RN (“Milli Birlik” partiyası-Marin Lö Pen) ilə müqavilə bağlamaq üçün qeyri-qanuni Baş nazir təyin etdi. Bu siyasət uğursuz oldu”, - deyən deputat vurğulayıb ki, Fransada yenidən xalq səfərbərliyi baş verir. Məktəblər, xəstəxanalar, hava limanları, idarələr, polis və hətta enerji sektorunda tətillər yenidən başlayır.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri