Icma.az
close
up
RU
Səssiz qalan tarixin Qadını

Səssiz qalan tarixin Qadını

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən tarix ucadan danışmır. Bəzən o, səssiz qadınların taleyində yazılır. Azərbaycan dövlətçiliyinin ən çətin, ən sarsıntılı illərində – 1992–1993-cü illərdə ölkənin daxili işlər naziri olmuş İsgəndər Həmidovun ailə həyatı da həmin sarsıntıların içində formalaşmışdı. Bu yükün görünməyən, amma ən ağır tərəfini isə onun xanımı - Rəna İbrahimova daşıyırdı.
Dekabrın 23-də Rəna İbrahimovanın vəfatından 9 il ötür. Bu tarix bir ailənin itkisi olmaqla yanaşı, Azərbaycanın mürəkkəb siyasi tarixində səssiz qalmış bir qadının xatirə günüdür.
Rəna İbrahimova nə mətbuat konfranslarında görünürdü, nə də siyasi tribunanın ön sıralarında dayanırdı. Onun missiyası başqa idi – evin içində səbirli olmaq, qorxunu içinə atmaq, hər gecə qapının açılmasını ümidlə gözləmək. Dövlətin taleyi ilə bağlı qərarlar qəbul edilərkən, həmin qərarların ailəyə gətirdiyi ağrını səssizcə yaşamaq hər qadının bacaracağı yük deyil.
O illər asan deyildi. Azərbaycan müstəqilliyini yeni qazanmışdı, ölkə daxilində və ətrafında gərginlik hökm sürürdü. Belə bir zamanda yüksək dövlət vəzifəsində olmaq yalnız kabinet məsuliyyəti demək deyildi – bu, ailənin də təhlükə, narahatlıq və qeyri-müəyyənlik içində yaşaması demək idi. Rəna İbrahimova bu taleyi şikayətsiz qəbul edən qadınlardan idi.
Tarix adətən nazirlərin adını yazır.
Amma onların arxasında dayanan qadınları çox vaxt unutmağa meyllidir. Halbuki bu ölkənin taleyində, xüsusilə də ağır illərində, qadınların səssiz fədakarlığı danılmazdır. Rəna İbrahimova həmin fədakarlığın simvoludur.
Onun həyatı bizə xatırladır ki, vəzifə yalnız kreslo ilə ölçülmür. Bəzən ən böyük xidmət səbrlə susmaq, ailəni qorumaq, insanlığı itirməməkdir. O, məhz bunu bacaran qadınlardan biri idi.
Bu yazı nekroloq deyil. Bu yazı xatırlatmadır.
İki gün sonra anılacaq bir tarixdən öncə, yaddaşımızı oyatmaq cəhdidir. Çünki insan yalnız öldüyü gün deyil, xatırlandığı qədər yaşayır.
Rəna İbrahimovanın xatirəsi, Azərbaycanın çətin illərində səssiz qalan bütün qadınların xatirəsi kimi, hörmətə layiqdir.
Allah rəhmət eləsin!

Azər Nəcəf/Azertaym.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri