Icma.az
close
up
RU
Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?

Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçün qollarınızı 10 ay ardıcıl açıq vəziyyətdə saxlamaq lazımdır. 

Qaynarinfo "IFL Science” portalına istinadən xəbər verir ki, rekordçu uzunqanad enmədən məhz bu qədər uça bilir.

Uelsli ornitoloq Ronald Lokli hələ 1970-ci illərdə uzunqanadların belə bir qabiliyyətə malik ola biləcəyini irəli sürsə də, bu nəzəriyyəni yalnız 2016-cı ildə İsveçin Lund Universitetindən olan tədqiqatçılar qrupu təsdiqləyə bilib.

Araşdırma 2016-cı ildə "Current Biology” jurnalında dərc olunub.

Bunun üçün komanda 13 yetkin uzunqanadı müşahidə edib və quşların üzərinə uçuş aktivliyini qeydə alan akselerometrlərlə, eləcə də yerləşmə yerlərini müəyyənləşdirmək üçün işıq səviyyəsi sensorları olan miniatür məlumat qeydiyyatçıları bərkidib. Bəzi quşlar İsveçdən Sahranın cənubuna qış miqrasiyası zamanı və geri dönüşdə bir neçə il ərzində izlənilib.

Nəticələr alimlərin uzun müddətdir şübhələndiyi faktı təsdiqləyib: uzunqanadlar vaxtlarının böyük hissəsini havada keçirir. İzlənilən quşlar ildə cəmi iki ayı balalamaq üçün yerdə keçirib. Digər 10 ay ərzində bəzi fərdlər qısa müddətə enmiş olsa da, yenə də vaxtlarının 99,5 faizindən çoxunu uçuşda olublar.

Üç uzinqanad isə miqrasiya dövrünün bütün 10 ayı boyunca ümumiyyətlə yerə enməyib. Bu, xüsusilə də cəmi təxminən 40 qram çəkisi olan kiçik quşlar üçün olduqca təsiredici göstəricidir.

Tədqiqatçılar hesab edirlər ki, "marafonçular”la eniş edənlər arasındakı fərq tüklənmə ilə bağlı ola bilər: eniş edən quşlar tük dəyişməyib, havada qalanlar isə uçuş lələklərini yeniləyiblər.

"Tük dəyişib-dəyişməmələri onların ümumi vəziyyətindəki kiçik fərqlərə və ya parazitlərin mövcudluğuna işarə edə və növ daxilində fərdi uçuş davranışını izah edə bilər”, deyə tədqiqatın müəllifi Anders Hedenström bildirib.

Quşlar bu qədər necə uça bilir? Bu sual çoxlarını maraqlandırır, çünki istənilən fiziki fəaliyyət enerji tələb edir. Məlum olur ki, uzunqanadlar uzunmüddətli uçuşlar zamanı enerjini nisbətən az sərf etməyə uyğunlaşıblar.

Anders Hedenström "Nature” jurnalına bildirib ki, uzunqanadlar təkamül prosesində son dərəcə səmərəli uçan quşlara çevriliblər: onların bədən forması axınayönlüdür, uzun və dar qanadları isə minimal enerji itkisi ilə qaldırıcı qüvvə yaradır. Bu, enerjiyə qənaət etməyə kömək edir, üstəlik onlar havada uçarkən birbaşa həşəratlarla qidalanaraq tez-tez "yanacaq doldura” bilirlər.

Uçuş zamanı qidalanmaqla yanaşı, insanların olduğu kimi dincəlmək ehtiyacı da yarana bilər. Uzunqanadlarıb yuxu məsələsi isə hələ də açıq qalır. "Onlar freqat quşları kimi süzülmə zamanı yata bilərlər. Hər gün sübh və qürub vaxtı uzunqanad iki-üç kilometr hündürlüyə qalxır. Ola bilsin ki, onlar yavaş eniş zamanı yatırlar, amma buna tam əmin deyilik”, deyə Hedenström Lund Universitetinin açıqlamasında qeyd edilib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Dekabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri