Icma.az
close
up
RU
Tarixin və milli yaddaşın keşiyində duran qələm adamı

Tarixin və milli yaddaşın keşiyində duran qələm adamı

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Samir Əsədli

Özgələr bu xalqın dərdini “çəkir”,
Güya doğmadılar, sanki özdülər…
Üzlərindən yadlıq-özgəlik səkir-
Arxada rişxəndlə dodaq büzdülər…
Məhrəm mövzularla şan-şöhrət əkir,
Döyüşmək gərəksə, xəstə qazdılar…
Ocaq qırağında yadlar kirlikir,
Sanki sonumuzu güdən gözdülər…
Türk görəndə titrəyənlər dirikib,
Bu xalqı əzməyə fürsət gəzdilər…

Bu misralar yalnız bir yazarın poetik duyumu deyil, bütöv bir xalqın tarix boyu yaşadığı ağrıların, xəyanətlərin, maskalanmış düşmənliklərin bədii xronikasıdır. Bu sözlərin müəllifi Cabir Alpoğlu Albantürk Azərbaycan ədəbi və ictimai fikir məkanında həm şair, həm publisist, həm də milli tarix araşdırıcısı kimi seçilən simalardandır. Onun yaradıcılığına baxdıqda görürük ki, o, sadəcə yazmır və o, söz vasitəsilə milli yaddaşı oyadır, tarixə yenidən baxmağa çağırır və unudulmuş həqiqətləri üzə çıxarmağa çalışır. Onun qələmi faktları sadəcə qeyd etmir, onları milli şüurun içində yenidən yoğurur və oxucunu düşünməyə, müqayisə etməyə, nəticə çıxarmağa vadar edir.
6 may 1961-ci ildə Qubanın qədim Alpan kəndində müəllim ailəsində dünyaya gələn Cabir Səbrulla oğlu Ağaoğlu taleyini doğulduğu torpağın tarixi ilə bağlayan bir ziyalı kimi formalaşıb. Alpan kəndi onun üçün yalnız yaşadığı məkan deyil, qədim “Caucasian Albania” mirasının canlı izidir. Bu səbəbdən onun “Qədim Alpan və Albanlar” əsəri yalnız bir kitab deyil, milli kimliyin, etnik yaddaşın, Qafqazda türk izlərinin araşdırılması istiqamətində mühüm addımdır. O, tarixə romantik yanaşmır, onu milli varlığın dayağı kimi görür. Albantürk üçün tarix keçmişin tozlu səhifələri deyil, bu günün ideoloji silahı, sabahın isə yol xəritəsidir. Onun yaradıcılığında dərd əsas xəttdir. Bu dərd fərdi deyil, ictimai dərddir. Onun məşhur şeirində bu fikir açıq şəkildə ifadə olunur

Dərdin qapısı yox, dərdin damı yox,
Dərdlə doğuluruq, dərdlə ölürük.
Hamının dərdi var, dərd Adamı yox,
Kefli ağlayırıq, dərdli gülürük…

Bu bənddə şair insan həyatının başlanğıcından sonuna qədər dərdlə müşayiət olunduğunu deyir. Dərdin qapısı və damı yoxdur deməklə onun sərhədsizliyini, qaçılmazlığını vurğulayır. Hamının dərdi var, amma “dərd Adamı” yoxdur ifadəsi ilə isə o, dərdi anlayan, onu dərk edən, onunla üzləşə bilən insanların azlığını tənqid edir. Kefli ağlamaq və dərdli gülmək obrazları isə cəmiyyətin daxili ziddiyyətlərini və saxta emosiyalarını açır. Burada şair əslində bir millətin psixoloji portretini çəkir- ağrını gizlədən, gülüşün arxasında sızıltını saxlayan bir toplumun obrazını yaradır.

Bir dünya dərdi var, bir də axirət,
Qalan yarı azar - dərd tutumu yox.
Dünyanın işləri Tanrı sınağı;
Dərdinin çarəsi, əlacı yoxsa
Adam şair olur, ya qan çanağı…

Bu hissədə şair dərdi iki müstəviyə ayırır dünya və axirət. Dünya dərdi insanın yaşadığı sosial, siyasi, mənəvi problemlərdir. Axirət dərdi isə daha dərin, metafizik narahatlıqlardır. Əgər insan bu dərdlə başa çıxa bilmirsə, ya şair olur, ya da məhvə gedir. Burada şairlik bir çıxış yolu kimi təqdim olunur, amma eyni zamanda ağır bir tale kimi. Bu yanaşma ilə Albantürk şairliyi seçilmişlik yox, çəkilən əzabın nəticəsi kimi təqdim edir. Onun vətənpərvərlik ruhu ilə yazdığı şeirlər isə Azərbaycan xalqının son illərdə yaşadığı tarixi dönüşlərin poetik salnaməsidir.

Şəhidlərin şücaəti sözdən uca!
Qazilərin rəşadəti bizdən uca!
Nə yazsaq da, üzümüzün ağı deyil,
Yüz yol baş əy, o haqqın qırağı deyil

Bu şeirdə şair şəhidlərin qəhrəmanlığını sözlə ifadə etməyin mümkünsüzlüyünü vurğulayır. Şəhidlərin şücaəti sözdən uca deyərkən o, poeziyanın belə, bu böyüklük qarşısında aciz qaldığını etiraf edir. Qazilərin rəşadətini isə canlı qəhrəmanlıq nümunəsi kimi təqdim edir. Burada əsas fikir odur ki, yazmaq, danışmaq kifayət deyil, bu qəhrəmanlıq qarşısında insan yalnız baş əyməlidir. Bu misralar həm də mənəvi hesabatdır- yaşayanların şəhidlər qarşısında borcunun bitmədiyini xatırladır.

Daşaltıda düşdüyümüz daş altından çıxdıq axır,
Düşmənin ilk “zəfər”ini başlarına yıxdıq, axır!
Ay-ulduzlu bayraqları Şuşamıza taxdıq axır,
Qarabağın qalasından can Vətənə baxdıq, axır!

Bu misralar Şuşa uğrunda gedən mübarizənin və qələbənin bədii təsviridir. Daşaltı obrazı məğlubiyyətin, sıxıntının simvoludur. Amma şair deyir ki, biz o daşın altından çıxdıq, yəni məğlubiyyəti aşdıq. Şuşaya bayraq sancmaq isə milli qürurun zirvəsidir. Qarabağın qalasından Vətənə baxmaq isə artıq qalib xalqın baxışıdır. Burada “axır” sözünün təkrar-təkrar işlədilməsi uzun illərin həsrətinin sona çatdığını emosional şəkildə vurğulayır.

Dövlət Bayrağımı sancıb Şuşaya,
Əhməd bəy ruhunu şad etdin, Ordum!
Sultan bəy, Xosrov bəy, Nuru Paşaya,
Bu Zəfər çağını ad etdin, Ordum!

Burada şair keçmişlə bu günü birləşdirir. Nuru Paşa kimi tarixi şəxsiyyətlərin ruhunun şad olması fikri ilə o, müasir qələbəni tarixi davamlılıq kimi təqdim edir. Ordunun bu zəfəri təkcə bugünün deyil, keçmişin də haqqının bərpasıdır. Şair burada milli yaddaşın qırılmadığını, tarix zəncirinin davam etdiyini göstərir.

Şuşa dərdə yar olmaqdan qurtulub,
Xarıbülbül xar olmaqdan qurtulub…
Xəyalımız Xocalıda yoğrulur,
Zəfərimiz Zəngəzurda doğrulur!

Bu şeir artıq gələcəyə yönəlmiş ümiddir. Xocalı və Zəngəzur kimi adların çəkilməsi ilə şair milli arzuların coğrafiyasını genişləndirir. Xarıbülbülün azadlığı isə Şuşanın ruhunun dirçəlişidir. Bu misralarda yalnız sevinc yox, həm də tamamlanmamış arzuların davamı, gələcəyə ünvanlanan milli iradənin addımları hiss olunur. Cabir Alpoğlu Albantürk yalnız şair, yazıçı deyil, həm də ictimai fikir adamıdır. O, müxtəlif ədəbi məclislərdə iştirak etmiş, “Gülüstan” məclisinə rəhbərlik etmiş, mətbuatda fəal çıxışlar etmişdir. Onun yaradıcılığı haqqında Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Nizaməddin Şəmsizadə, Mirmahmud Mirəlioğlu kimi tanınmış simalar yüksək fikirlər söyləyiblər. Bu da onun ədəbi mühitdəki yerini göstərir. Bu qiymətləndirmələr onun yaradıcılığının təkcə fərdi deyil, ümummilli əhəmiyyət daşıdığını təsdiqləyir. O, görmə məhdudiyyətinə baxmayaraq yaradıcılıqdan əl çəkməmiş, əksinə daha da dərinlərə baş vurmuşdir. Bu fakt onun iradəsinin və milli ideyaya bağlılığının göstəricisidir.
O, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin və Vətəndaş Həmrəyliyi Partiyasının fəal üzvüdür. Onun düşüncə və yaradıcılıq sərhədlərinin genişliyi onun qələmini güclü iradə simvoluna çevirilib. Cabir Alpoğlu Albantürk sözün əsl mənasında milli dava adamıdır. Onun qələmi həm tarix yazır, həm poeziya yaradır, həm də cəmiyyətə güzgü tutur. O, unutmağa qarşı yazır, yaddaşı oyatmaq üçün yazır, xalqın kim olduğunu xatırlatmaq üçün yazır. Onun yaradıcılığı göstərir ki, söz yalnız estetik vasitə deyil, həm də milli müqavimət formasıdır. Onun yazıları oxucuya sadəcə informasiya vermir, onu mövqe tutmağa, düşünməyə və milli kimliyini dərk etməyə çağırır. Bu gün onun qələmi Qafqazın qədim qatlarını araşdırır, türk izlərini üzə çıxarır, Alban tarixini yenidən oxuyur. O, təkcə keçmişi yazmır, gələcəyin ideoloji əsaslarını qurur. Yorulmadan, dayanmadan, inamla. Bu davamlılıq onun yaradıcılığını zamanın fövqünə qaldırır və onu bir missiyaya daşıyıcısına çevirir. Və bəlkə də onun bütün yaradıcılığını bir cümlə ilə ifadə etmək olar: Sözlə savaşan tarix adamı. Söz onun üçün sıyrılmamış qılınc, tarix isə bu qılıncın yol açdığı gerçəklərdir.

Qeyd: Bu gün Cabir bəyin doğum günüdür. Onu doğum günü ilə bağlı təbrik edirik. Möhkəm can sağlığı və işlətində uğur arzu edirik.

seeBaxış sayı:155
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri