“Taşfırın”da dönərçidən xadiməyə qarşı Cinayət
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabirabad rayonunda iş yoldaşının kartından pul oğurlayan restoran işçisinin məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən 1993-cü il təvəllüdlü Elvin İmanova hökm oxunub.
Bildirilib ki, oğurluq hadisəsi Sabirabad şəhərində yerləşən “Taşfırın” restoranında baş verib. Belə ki, restoranda dönərçi işləyən Elvin orada xadimə kimi çalışan X.Ramazanovanın telefonundan gizli şəkildə 280 manat pulu öz kartına atıb. Məlum olub ki, Elvin qadının telefonunu götürdükdən sonra bank proqramına daxil olub və 300 manatlıq krediti rəsmiləşdirib. O, daha sonra 300 manatdan 280 manatını özünə ötürüb.
Fakt üzə çıxdıqdan sonra X.Ramazanova polisə müraciət edib və cinayət işi başlanılıb.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə E.İmanova 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb və yaşadığı ərazini xəbərdarlıq etmədən tərk etməsi qadağan olunub.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 29 İyun 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















