Yeni cinayət işi: Sərkisyanın da adı hallanır
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ermənistanda 22 il əvvəl dövlət əmlakının özgəninkiləşdirilməsi ilə bağlı mümkün qanun pozuntuları araşdırılır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, söhbət Araqatsotn vilayətinin Aştarak icmasının Kasax dərəsi istirahət zonasında yerləşən “Van Lake Paradise” restoran kompleksinin, həmçinin ona bitişik 2,56 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsindən gedir:
“Dövlət mülkiyyətində olan bina və qurğuların özgəninkiləşdirilməsinə 2004-cü il martın 18-də hökumətin 337-A saylı qərarı ilə müdafiə nazirinin məruzəsi əsasında icazə verilib. Həmin dövrdə Müdafiə Nazirliyinə Serj Sərkisyan rəhbərlik edib. Əmlakın fiziki şəxsə birbaşa 500 min dollara satılmasına icazə verilib. Həmin əmlakın dəyəri hələ 1997-ci ildə 500 min dollar qiymətləndirilib. Bundan sonra restoran kompleksi genişləndirilib, əlavə tikililər inşa edilib və abadlaşdırılıb. Lakin özgəninkiləşdirilmədən cəmi bir il sonra, 2005-ci il aprelin 26-da bağlanmış ipoteka müqaviləsinə əsasən, əmlakın ləğvetmə dəyəri artıq 700 min dollar müəyyən edilib”.
Prokurorluq 2,56 hektar ərazisi olan torpaq sahəsi ilə bağlı halları da müəyyən edib:
“Həmin torpaq sahəsinin icarə hüququ hər hansı hüquqi və müqavilə əsası olmadan fiziki şəxsin üzərində saxlanılıb. Sonradan bu, həmin şəxsin torpaq sahəsinə mülkiyyət hüququnu əvəzsiz əldə etməsinə əsas olub. Torpaq sahəsinin kadastr dəyəri 115 milyon 814 min 400 dram (317 min dollar) təşkil edib”.
Prokurorluq Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə məlumat göndərib. Hərbi Prokurorluq dövlətin maraqlarının müdafiəsi məqsədilə məhkəməyə iddia ərizəsi təqdim edib. İddia icraata qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 Oktyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















