Icma.az
close
up
RU
Tatar: “Yaranmış yeni atmosferin gedişatına dair bir addım”

Tatar: “Yaranmış yeni atmosferin gedişatına dair bir addım”

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən Maria Angela Holguinin Kipr məsələsində Şəxsi Nümayəndə kimi yenidən təyin olunmasını, yaranmış yeni atmosferin gedişatına dair bir addım kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, Prezident Aparatının yazılı açıqlamasına görə, Tatar 17–18 mart tarixlərində Cenevrədə keçirilmiş genişləndirilmiş formatda qeyri-rəsmi görüşdə Şəxsi Nümayəndənin təyin olunması məsələsində bütün tərəflər arasında razılıq əldə olunduğunu bildirərək: “Holguin xanım 2024-cü ilin yanvar–iyul ayları arasında da Şəxsi Nümayəndə vəzifəsini yerinə yetirib, ardından hazırladığı hesabatı Baş katibə təqdim edib. Cənab Guterres isə keçən ilin oktyabr ayında iki liderlə keçirdiyi qeyri-rəsmi axşam yeməyindən sonra verdiyi yazılı açıqlamada Holguinin hesabatına istinad edərək, Kipr məsələsinin həlli üçün tərəflər arasında ortaq bir zəminin olmadığını rəsmi şəkildə qeyd edib.

Bu yeni dövrdə Holguin xanım mart ayında Cenevrədə keçirilmiş görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə olunmuş razılıq çərçivəsində təmaslarını davam etdirəcək və iyul ayının sonunda qeyri-rəsmi formatda keçirilməsi planlaşdırılan ikinci görüşün hazırlıqlarını aparacaq”, - deyib.

Kipr Türk tərəfi olaraq, dialoq prosesinin mövcud reallıqlar əsasında, tərəflərin bərabər statusuna hörmət göstərilərək, konstruktiv və nəticəyə yönəlik bir yanaşma ilə irəliləməsinin vacibliyini vurğulayan Tatar bildirib: “Kipr adasında ədalətli, davamlı və dayanıqlı bir razılaşma yalnız adadakı iki tərəfin suveren bərabərliyi və bərabər beynəlxalq statusu əsasında mümkündür. Bu vizyon istiqamətində konstruktiv mövqeyimizi qətiyyətlə davam etdirəcəyik.”

Prezident Ersin Tatar, ana vətən Türkiyənin artıq qlobal səviyyədə güc və söz sahibi bir ölkə olduğunu vurğulayaraq, “Biz, sizin – Türk millətinin ayrılmaz və vəhdətsiz bir parçasıyıq. Buna görə də bizə verilən dəyərin nə məna daşıdığını burada bir daha gördük,” – deyə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri