Icma.az
close
up
RU
Tatyana Valovaya: Qlobal Bakı Forumu dialoqa ehtiyac duyulan bir vaxtda mühüm platformaya çevrilib

Tatyana Valovaya: Qlobal Bakı Forumu dialoqa ehtiyac duyulan bir vaxtda mühüm platformaya çevrilib

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Qlobal Bakı Forumu dialoqa ehtiyac duyulan bir vaxtda mühüm platformaya çevrilib.

Bunu BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Bu gün XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak mənim üçün böyük şərəfdir. Mən səmimi qəlbdən Prezident İlham Əliyevə bu beynəlxalq platformaya göstərdiyi isti münasibətə və davamlı dəstəyə görə təşəkkür edirəm. İllər ərzində Qlobal Bakı Forumu dialoqa ehtiyac duyulan bir vaxtda mühüm platformaya çevrilib. Belə forumlar müxtəlif baxışları və perspektivləri bir araya gətirərək fikir mübadiləsi aparmaq və əməkdaşlıq yollarını araşdırmaq imkanı yaradır. Builki forumun mövzusu olan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu beynəlxalq sistemimizi formalaşdıran dərin geosiyasi, iqtisadi və texnoloji dəyişiklikləri əks etdirir. Geosiyasi gərginliklər artır, ölkələr arasında etimad zəifləyir, cəmiyyətlərdə qütbləşmə dərinləşir və parçalanma müasir beynəlxalq münasibətlərin xarakterik xüsusiyyətinə çevrilir. Yaxın Şərqdəki son hərbi eskalasiya regional sabitliyin nə qədər həssas olduğunu və böhranların qlobal miqyasda necə sürətlə təsir göstərə biləcəyini xatırladır, bu da beynəlxalq sülh və təhlükəsizliyi sarsıdır. BMT Baş katibinin də qeyd etdiyi kimi, çağımızın paradoksu budur ki, beynəlxalq əməkdaşlığa ən çox ehtiyac duyulan vaxtda ona sərmayə qoymaq istəyi azalır. Lakin qlobal çağırışlar əməkdaşlığı zəruri, vacib edir, seçimi deyil. İqlim dəyişikliyi sabitliyi daha da mürəkkəbləşdirir, inkişaf fərqləri və borc böhranları dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesini ləngidir, sürətli texnoloji inkişaf, xüsusən süni intellekt, cəmiyyətləri hökumət sistemləri onlara uyğunlaşmağa macal tapmamış sürətlə dəyişdirir. Heç bir ölkə bu çağırışları təkbaşına həll edə bilməz. Buna görə də çoxtərəfli əməkdaşlıq əvəzsizdir. BMT-yə üzv dövlətlər, Gələcək üçün Pakt kimi təşəbbüslərlə beynəlxalq əməkdaşlığı yeniləməyə və gücləndirməyə çalışırlar. Həmçinin, BMT təşəbbüsü təşkilatın özünün bu günün reallıqlarına uyğunlaşmasını və daha təsirli, inklüziv və təmsilçi olmasını təmin etməyi təşviq edir. Dialoq və əməkdaşlıq fərqləri bağlamağa və həll yolları irəlilətməyə kömək edir, hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademiya və özəl sektor bir araya gələrək ən təcili qlobal çağırışlarla mübarizə aparır. BMT sülh, ədalət, imkan və etibarlı planet üçün bir qapı kimi yaradılmışdır. Beynəlxalq sistem dəyişsə də, BMT Nizamnaməsinin prinsipləri və dialoq, həmrəylik və əməkdaşlıq ehtiyacı həmişə aktual qalır. Qarşımızda duran çağırış keçmişi yenidən yaratmaq deyil, daha mürəkkəb və qarşılıqlı bağlı bir dünyada işləyə biləcək əməkdaşlıq formalarını qurmaqdır. Fərqləri aradan qaldırmaq daha sabit, davamlı və inklüziv bir gələcək formalaşdırmaq üçün zəruridir”, - deyə Tatyana Valovaya vurğulayıb .

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri