TAU da universitetlərlə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 fevral, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə-Azərbaycan Universitetində (TAU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfirlə görüşən TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev və proqram rəhbərləri universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə səfirə ətraflı məlumat verib.
Görüş zamanı Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq TAU-da görüləcək işlər, eləcə də Azərbaycan Milli Qida Texnologiyaları Platforması üzrə universitetlərlə birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzi olan TAU-nun yaradılmasının ikinci ildönümündə universiteti ziyarət etməkdən məmnunluğunu ifadə edən səfir Birol Akgün burada görülən işləri və həyata keçirilən yenilikləri yüksək qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 Fevral 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















