Icma.az
close
up
RU
Taxıl biçini vaxtında başa çatdırılacaq

Taxıl biçini vaxtında başa çatdırılacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İyulun 7-dək sahələrdən 2,3 milyon ton məhsul yığılıb

Taxıl biçini kənd təsərrüfatının ən mühüm mərhələlərindən biridir. Hazırda ölkənin taxıl zəmilərində məhsul yığımının qızğın çağıdır. Mövsümün əvvəlindən torpağa səpdiyi toxumun cücərib boy atması, sünbülə çevrilməsi üçün gecəni gündüzə qataraq minbir əziyyətə qatlaşan təsərrüfat sahibləri məhsulu vaxtında və itkisiz başa çatdırmaq üçün bütün imkanları səfərbər ediblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış mərkəzi qərargahın yaydığı operativ məlumata görə, iyulun 7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 74,4 faizində biçin başa çatıb. Ötən müddətdə sahələrdən 2 milyon 336 min 704 ton məhsul yığılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən isə bildirilib ki, mövsüm ərzində biçin aparılmış 691 min 928 hektar sahə üzrə orta məhsuldarlıq 33,8 sentner təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 sentner çoxdur. İndiyədək mexanizatorlar tərəfindən 299 min 401 hektar buğda, 392 min 527 hektar arpa sahəsi biçilib. Həmin sahələrdən 1 milyon 92 min 309 ton buğda və 1 milyon 244 min 394 ton arpa yığılıb. Buğda sahələrinin 60,5 faizində, arpa sahələrinin isə 90,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,5 sentner/hektar, arpa üzrə isə 31,7 sentner/hektar təşkil edir.

Artıq Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Lənkəran, Masallı, Salyan, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə, 22 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda, 38 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.

Hazırda biçin prosesində 1153 kombayn iştirak edir. Bunlardan 439-u “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin, 714-ü isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata əsasən, hazırda ən fəal biçin aparılan Şəki, İsmayıllı, Qusar, Tovuz, Qəbələ, Oğuz, Xaçmaz, Şamaxı və Füzuli rayonlarında texnikadan daha çox istifadə olunur.

Ölkə üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri