Taxıl sahələrinə səssiz hücum: İlbizlər hektarları yeyib yox edir
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Masallıda ilbizlər taxıl sahəsinə hücum çəkib.
Bu barədə Qaynarinfo-ya fermer Anar Abbasov məlumat verib. Fermer hər gün taxıl sahələrində ilbizlərin çoxaldığını deyib:
"Buğda şirindir deyə ilbiz onu yeyə-yeyə kökünə kimi gedib taxılı məhv edir. Fermer məcburdur ki, təkrar əksin, bu da maddi baxımdan mümkün deyil. Yazda açıq sahələrdə əkinçiləri böyük əziyyət gözləyir. Çünki yaz aylarında ilbizlər daha da çoxalır”.
Fermer ilbizlərin məhv etməyin yolunun olduğunu vurğulayıb:
"Yllu var. Amma çox bahadır, bu heç bir fermerə sərf etmir. Hava şəraiti nəmli və tempratur yuxarı olduqda ilbizlərin çoxalması üçün min bir şərait yaradılır. Mən hardasa 17 hektar taxıl əkmişəm. Onun 13 hektarını ilbiz yeyib. Xərclər məhsulun maya dəyərindən baha olduğundan ilbizlə mübarizə apara bilmirik”.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 14 Noyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















